Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-235/2022 29.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, müdafiəçi Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Şamaxı rayonu, Dağ-Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Şamaxı rayonu, Dağ-Bağırlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Şamaxı rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(074)-799/2021 saylı sənədinin icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, icra sənədinin icrasından boyun qaçırmır, bu günədək aliment borcundan ümumiləkdə çox ödəniş olunub, hal hazırda qalıq aliment borcu 1550 manat təşkil edir. Ozü, səyyar ticarətlə məşğul olur, iş olanda işləyir olmayanda isə işsiz qalır. Ona görə də imkanı olmayıb borcunu ödəsin. Hazırda da borcundan heç bir ödəniş edə bilmir, amma ona möhlət verilsə borcundan ödəniş etməyə çalışacaqdır. Həmçinin qeyd edir ki, zərərçəkmiş şəxs X3 ailə həyatı qurduğundan oğlu X4 gəlib onunla yaşayır. Qeyd etdiklərini nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, məhkəmənin icra sənədi icra olunmalıdır, amma bugün ki, vəziyyətdə Şəxs icra sənədinin icrasından yayınmamış, müxtəlif vaxlarda ödənişlər etmiş, qalan borcunu isə çalışıb hissə-hissə ödəyərək aliment borcunu bitirəcəkdir. Eyni zamanda borclunun dediyinə görə zərərçəkmiş şəxs X3 ailə həyatı qurduğundan oğlu X4 gəlib onunla yaşayır. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)- 799/2021 saylı icra sənədinə əsasən Şamaxı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)- 846/2019 saylı qətnaməsi təyin edilmiş alimentin miqdarı artırılmış və cavabdeh Şəxs qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X2 verilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş təqdim edilmişdir. Borclu müəyyən aralarla ödənişlər etmiş, amma ödənişlər etsə də, məbləği az olmuşdur. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmişdir. Həmçinin Şəxs izahat verərək bugün yaranmış aliment borcundan ödəniş edə bilməyəcəyini bildirmişdir. Beləliklə də o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 1550 manat borcu vardır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(074)-799/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)-846/2019 saylı qətnaməsi təyin edilmiş alimentin miqdarı artırılmış və cavabdeh Şəxs qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X2 verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 08 sentyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(074)-799/2021 saylı icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun axtarılması haqqında 16 avqust 2022-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1986-ci il təvəllüdlü, Şamaxı rayonu, Dağ-Bağırlı kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunması qərara alınmışdır. İş materiallarında olan 07 fevral 2022-ci il tarixli ərizənin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(074)-799/2021 saylı icra sənədinə əsasən 1500 manat Şəxs alınıb X8 verilməsi xahiş edilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8(səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №3(074)-235/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-235/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver