Məhkəmə qərarları › İş №3(074)-236/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-236/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-236/2022 05.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi Babayeva Günel Pərvin qızının katibliyi, Müdafiəçi Vəkil Ələsn oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN № ******* saylı inzibati protokol tərtib olunmuşdur. Ona görə ki, xx.xx.2022-ci il tarixdə saat 10:20 radələrində Rəfiqə Hüseynovanın Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə oğlu Şəxs evlərində mübahisə yaratması barədə etmiş olduğu müraciəti əsasında hadisə yerinə getdikdə, vətəndaş Şəxs ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş, polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq onlarla yaxalaşmış, tabesizlik göstərərək polisin qanuni tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdə ailə münaqişəsi yaratmış, evin qapısında olan şüşəni sındırmış, evdə uca səslə qışqıraraq nalayiq ifadələr işlətmişdir. Anası onun bu hərəkətlərinə görə Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə məlumat vermiş və polis əməkdaşları gələrək onu nizam intizama dəvət etmişlər, amma o yenədə söyüşlər söyməyə davam etmiş, sonra isə polis əməkdaşları ilə yaxalaşmışdır. Hazırda etdiyi əməldən peşman olmasını bildiərək polis əməkdaşlarından üzr istəmiş, bir daha bu cür əməllər törətməyəcəyinə söz vermişdir. Göstərilənləri nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, Şəxs etdiyi qayda pozuntusunu səmimi etiraf etmiş, törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz vermişdir. Göstərilənləri nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə X6 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu Mədrəsə qəsəbə sakini X2 DİN-nin “102” zəng xidmətinə etdiyi müraciət əsasında təxminən 10:20 radələrində Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Elgiz Şahbazov ilə birlikdə Şamaxı rayon Mədrəsə qəsəbəsinə getmişlər, həmin ərazidə ailə münaqişəsinin olması onlara məlum olmuşdur. Sonradan adı onlara məlum olan Şəxs sərxoş halda “bura niyə gəlmisiz?”, “eləmişəm özüm bilərəm” kimi ifadələr işlətmiş onlar onu dəfələrlə nizam-intizama dəvət etsələrdə, həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq nalayiq ifadələr işlətmiş və onlara müqavimət göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X1 rayon Polis Şöbəsinin İTB-nin sahə X6 eyni məzmunlu izahat verdilər. İş materiallarında olan Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Elgiz Şahbazov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu Mədrəsə qəsəbə sakini X2 DİN-nin “102” zəng xidmətinə etdiyi müraciət əsasında təxminən 10:20 radələrində Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Rəşad İlyasov ilə birlikdə Şamaxı rayon Mədrəsə qəsəbəsinə getmişlər, həmin ərazidə ailə münaqişəsinin olması onlara məlum olmuşdur. Sonradan adı onlara məlum olan Şəxs sərxoş halda “bura niyə gəlmisiz?”, “eləmişəm özüm bilərəm” kimi ifadələr işlətmiş onlar onu dəfələrlə nizam-intizama dəvət etsələrdə, həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq nalayiq ifadələr işlətmiş və onlara müqavimət göstərmişdir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 1,967 promildir. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun etirafedici izahatı, eyni zamanda şahidlərin izahatları, iş materialları, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və daha ciddi xətanı əhatə edən 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını və törətdiyi əməldən səmimi şəkildə peşman olmasını onun məsuliyyətini yüngülləşdirən, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən etdi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan inzibati həbs növündə cəza təyin olunmalıdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 6 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8(səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar