Məhkəmə qərarları › İş №3(074)-236/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-236/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-236/2023 12.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Səlahiyyətli orqan Şamaxı rayonu Yol Patrul xidməti inspektoru, polis serjantı X2, Şikayət vermiş şəxs X4 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayonu Yol Patrul xidməti inspektoru, polis serjantı X2 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X7 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayonu Yol Patrul xidməti inspektoru, polis serjantı X2 xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərarı ilə o, 1 il müddətinə nəqliyyat vasitələrini idarəetmək hüququndan məhrum olunmuşdur. Həmin vaxt oun bütün sənədləri, o cümlədən sürücülük vəsiqəsi polis şöbəsinin DYX-nin xidmətinin inspektoru Orxan Yolçiyevdə olmuşdur. O onun sənədlərini məhkəməyə verməmiş, nəticədə məhkəmə qərarı icra olunmamışdır. Sonra da o, həbs olunmuş, yaxın vaxtlarda həbsdən azad olunmuşdur. Hesab etmişdir ki, artıq müddət keçmiş, məhdudiyyət götürülmüşdür. xx.xx.2023-cü il tarixdə avtomaşınını idarə edərək univermağın yanında saxlayarkən polis əməkdaşları onu 200 manat cərimə etmişlər. O, polis şöbəsində olmuşdur. Onlar etiraf etmişlər ki, sürücülük vəsiqəsi onların günahı ucbatından itmiş vaxtında icra üçün təqdim olunmamışdır. Belə hesab edir ki, bu qərar əsassızdır, ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən X7 şikayətə uyğun izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şamaxı rayonu Yol Patrul xidməti inspektoru, polis serjantı X3 izahat verərək bildirdi ki, vətəndaş X7 xx.xx.2023-cü il tarixdə mobil telefondan istifadə etmiş və stop xəttinin tələbini pozmuşdur. Tərəfərindən saxla işarəsi verilmiş, kompüterdə sənədləri yoxlanılarkən nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi məlum olmuşdur. Nəqliyyat vasitəsi duracağa yerləşdirilmiş, iltizamı alındıqdan sonra buraxılmışdır. Eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə hüququ məhdudlaşdırıldığına görə tərəfindən 332.3-cü maddəsinə əsasən 200 manat cərimə edilmişdir. Kamran Kərimovun sürücülük vəsiqəsini polis şöbəsinə təqdim etməsi ilə bağlı onlarda məlumat olmamışdır. İş materiallarında olan Şamaxı rayon polis Şöbəsi tərəfindən DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 18:48 radələrində Şamaxı şəhər Əzizbəyov küçəsində hərəkətdə olan Vaz 21214 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşını avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə həmin ərazidə xidmət aparan Kia Sorento markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomaşınında xidmət aparan yol-patrul inspektoru polis baş leytenantı Fərid Məlikov tərəfindən saxlanılmış və sürücü barəsində İXM-nin 511.1-ci maddəsinə əsasən KYP 263732 saylı inzibati xəta haqqında protokol tərtib edilərək Şamaxı rayon Məhkəməsi tərəfindən sürücü barəsində 500 ( beş yüz ) manat cərimə və sürücülük hüququndan 12 ay müddətinə məhrum edilmişdir. Vət. K.Kərimov barəsində qəbul edilmiş məhkəmə qərarı ilə birlikdə sürücülük vəsiqəsi Şamaxı RPŞ-nin DYPB-nin X8 baş inspektoru, polis kapitanı Orxan Yolçiyevə təhvil verilmişdir. Qeyd olunan sürücülük vəsiqəsi və sürücü barəsində toplanmış material xidməti otağdan naməlum şəraitdə itmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.3-cü maddəsinə əsasən vət. X1 hüququ məhdudlaşdırılması axını xx.xx.2019-cu il tarixindən hesablanmalıdır. İş materiallarında olan arayışdan görünür ki, Şamaxı şəhəri, İmamlı küçəsi ev 23-də qeydiyyatda olan X7 xx.xx.2019-ci il tarixdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində idarə etdiyi VAZ 21214 markalı **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə avtoxuliqanlıq etdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinə əsasən barəsində KYP26373 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün xx.xx.2019-cu il tarixdə Şamaxı rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin qərarına əsasən vət. K.Kərimovun sürücülük hüququ 12 (on iki ) ay müddətinə məhdudlaşdırılmışdır. Vət. K.Kərimov sürücülük vəsiqəsini təqdim etmədiyindən sürücülük hüququ məhdudlaşdırılması axını xx.xx.2019-cu il tarixdən hesablanmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə saat 10:41 radələrində “VAZ 2114” minik markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3, 342.6, 327.1, 332-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiyinə görə, İXN-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək, 200 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 153.2-ci maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2-152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. Qeyd edilən Məcəllənin 153.3-cü maddəsinə əsasən xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən X1 hüququnun məhdudlaşdırılması müddətinin hansı vaxtdan hesablanması, onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin qurtarıb-qurtarmaması kimi inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş hallar araşdırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və göstərilən hallar yenidən araşdırılmaqla müvafiq qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayonu YPX-yə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə dair, Azərbaycan Respublikasının İXM-nin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayonu Yol Patrul xidməti inspektoru, polis serjantı X2 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayonu YPX-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayonu YPX-nin X4 barəsində olan xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayonu YPX-yə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar