Məhkəmə qərarları › İş №3(074)-237/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-237/2022

07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-237/2022 07.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ İŞamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Şamaxı şəhəri, Dədə Qorqud küçəsi ev 20 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 17:40 radələrində Şəxs yaşadığı ünvanda, yəni ünvan 5 ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni göstərişlərinə məhəl qoymayaraq qanunsuz hərəkətlərinə davam etmişdir. Şəxs tutularkən sərxoş vəziyyətdə olsa da, inzibati qaydada tutularkən ayıq olmuş və izahatı alınmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 06 oktyabr 2022-ci il tarixdə yaşadığı evdə, yəni Şamaxı şəhər Dədə Qorqud küçəsi ev 20-də yerləşən fərdi yaşayış evində spirtli içki qəbul etmişdir. Həmin vaxt atası Cəbrayıl ilə arasında mübahisə yaranmış və o, əsəbi, həmçinin içkili olduğundan əlini stolun üstündə olan stəkana vurmuşdur. Stəkan sınaraq əlini kəsmiş və əli qanamağa başlamışdır. Həmin vaxt o, ünvansız nalayiq ifadələr və kobud söyüşlər söyməyə başlamışdır. Təxminən 10 dəqiqə sonra polis əməkdaşları yaşadığı ünvana gəlmişdir. Həmin vaxt o, ünvansız nalayiq ifadələr işlətdiyindən onu nizam-intizama dəvət etmişlər, lakin o, polis əməkdaşlarının qanuni göstərişlərinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmişdir. Daha sonra polis əməkdaşları onu rayon Polis Şöbəsinə dəvət etmişlər və o, onlarla mübahisə edərək polis şöbəsinə getmək istəməmiş, sonra isə onlarla birlikdə rayon Polis Şöbəsinə gəlmişdir. Hazırda etdiyi əməldən peşmandır, bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon X4 Qrupunun təhqiqatçısı, polis kapitanı Bəhlul Məlikli izahat verib bildirdi ki, 06 oktyabr 2022-ci il tarixdə təxminən saat 17:30 radələrində Azərbaycan Respublikası DİN-in "102" xidmətindən Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə Şamaxı şəhəri, Dədə Qorqud küçəsi ev 20-də yaşayan X1 məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatda Samirə Hacıyeva qardaşı Şəxs bıçaqla özünə xəsarət yetirməsini, ata və anasının qarşısında dayanaraq onları da, bıçaqlayacağını deməsini bildirməsi göstərilmişdir. Həmin məlumat əsasında dərhal əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə ünvan 6 ünvanda olarkən Şəxs əməliyyat-istintaq qrupunun üzvlərinə qarşı qərəzli hərəkət edərək, ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt Şəxs etdiyi qərəzli hərəkətlərinə və təhqiramiz ifadələrinə son qoyması tələb edildikdə, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməkdən imtina edərək yenə də əməliyyat qrupunun üzvlərinə qarşı qərəzli hərəkətlər edərək, ünvansız nalayiq söyüşlər söyməyə davam etmiş, X1 ərizəsinin alınmasına maneəçilik törətməyə çalışmışdır. Daha sonra Şəxs rayon polis şöbəsinə dəvət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verib bildirdi ki, 06 oktyabr 2022-ci il tarixdə Şamaxı şəhəri, Dədə Qorqud küçəsində yerləşən ata evində olarkən qardaşı Vidadi sərxoş olduğundan heç bir səbəb olmadan bıçaq ilə özünə xəsarət yetirməyə başlamış, bacısı Samirə qorxduğundan polisə məlumat vermişdir. Daha sonra polis əməkdaşları ünvanlarına gəlmiş, qardaşı Vidadi ünvansız nalayiq ifadələr işlətməyə başlamış və polis əməkdaşları qardaşına bu cür hərəkətlərinə son qoymağı bildirmiş, nizam intizama dəvət etsələrdə Vidadi onların qanuni göstərişinə məhəl qoymayaraq polis əməkdaşlarına müqavimət göstərmişdir. Həmin vaxt polislər qardaşını rayon polis şöbəsinə dəvət edərək qardaşı ilə birlikdə polis şöbəsinə getmişlər. Bu qardaşının birinci belə hərəkəti deyil. Qardaşı içkili olanda evdə dava edir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis kapitanı Bəhlul Məlikli tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 06 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in "102" xidmətindən Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə Şamaxı şəhəri, Dədə Qorqud küçəsi ev 20-də yaşayan X1 məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatda Samirə Hacıyeva qardaşı Şəxs bıçaqla özünə xəsarət yetirməsini, ata və anasının qarşısında dayanaraq onları da, bıçaqlayacağını deməsini bildirməsi göstərilmişdir. Həmin məlumat əsasında dərhal əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə ünvan 6 ünvanda olarkən Şəxs əməliyyatistintaq qrupunun üzvlərinə qarşı qərəzli hərəkət edərək, ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt Şəxs etdiyi qərəzli hərəkətlərinə və təhqiramiz ifadələrinə son qoyması tələb edildikdə, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməkdən imtina edərək yenə də əməliyyat qrupunun üzvlərinə qarşı qərəzli hərəkətlər edərək, ünvansız nalayiq söyüşlər söyməyə davam etmiş, X1 ərizəsinin alınmasına maneəçilik törətməyə çalışmışdır. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 2.010 promildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AZ № 017658 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi, Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını, məsuliyyətini ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş vəziyyətdə törətməsini və məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar