Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-239/2024 09.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 25 mart 2023cü il tarixli, EQ 13669736 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin onun barəsində qəbul etdiyi 25 mart 2023-cü il tarixli, EQ 13669736 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o, 17 dekabr 2021-ci il tarixdə Rusiya Federasiyasının Sverdlovsk vilayətinə getmiş və 06 fevral 2024-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. Əvvəllər Bakı şəhərində yaşayan zaman atası X2 məxsus olan “Mersedes S” markalı, ** LH *** qeydiyyat nişanlı avtomobili idarə etmək üçün atası etibarnamə vermiş, lakin o, həmin avtomaşını əvvəllər də idarə etməmişdir. Bu ilin fevral ayında Azərbaycan Respublikasına qayıdanda ona məlum olmuşdur ki, Rusiya Federasiyasında olduğu müddətdə atasına məxsus yuxarıda qeyd etdiyi avtomobili idarə etmədiyi halda barəsində əsassız və qanunsuz olaraq inzibati protokol tərtib edilərək 50 manat cərimə edilmişdir. Atası tərəfindən ona avtomobili idarə etmək üçün etibarnamə verilsə də 17 dekabr 2021-ci il tarixdə Rusiya Federasiyasına getmiş və 06 fevral 2024-cü il tarixdə Bakı şəhərinə qayıtmışdır. Qeyd etdikləri PC AZE C03548602 nömrəli pasportunun 2-3 və 48-ci səhifələrinin kserosurəətlərində aparılmış müvafiq sərhədkeçmə qeydləri ilə sübut olunur. Odur ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə şikayət vermiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 25 mart 2023-cü il tarixli, EQ 13669736 nömrəli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:06 radələrində “MERCEDES S320 CDİ MİNİ” markalı, **-LH-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X4 həmin maddə ilə təqsirli bilinərək, 50 manat cərimə edilmişdir. İş materiallarında olan X3 məxsus PC AZE C03548602 nömrəli pasportunun 2-3 və 48-ci səhifələrinin kserosurəətlərindən görünür ki, X4 aparılmış müvafiq sərhədkeçmə qeydlərinə əsasən Respublikanın hüdudlarından kənarda olmuş, yəni xx.xx.2021-cu il tarixdə Rusiya Federasiyasına getmiş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən barəsində bu məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, X1 barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi tarixdə “MERCEDES S320 CDİ MİNİ” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili faktiki olaraq o idarə etməmişdir. Belə ki, həmin tarixdə X4 Azərbaycan Respublikasında olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, “MERCEDES S320 CDİ MİNİ” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 tərəfindən deyil, digər şəxs tərəfindən idarə edilməsi məhkəmə iclasında öz təsdiqini tapdığından, X1 barəsində qəbul edilmiş şikayətdə göstərilən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X4 barəsində qəbul edilmiş 25 mart 2023-cü il tarixli, EQ 13669736 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. 25 mart 2023-cü il tarixli, EQ 13669736 nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilən inzibati xətanın kimin tərəfindən törədilməsinin müəyyən edilməsi və barəsində inzibati məsuliyyət tədbirlərinin görülməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-239/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-239/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver