Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-241/2021 04.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şamaxı rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Prokurorluğunda 27 may 2021-ci il tarixli qərarla inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, material baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şamaxı rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X6 izahatında göstərdi ki, Şəxs 29 mart 2021-ci il tarixdə Şamaxı rayon İcra Hakimiyyətinin inzibati binasında saat 12 radələrində evinin təmirinin tamamlanması ilə əlaqədar müraciətinə müsbət cavab ala bilmədiyi üçün nalayiq hərəkətlər və intizamsızlıq edərək səs-küy salmış və vəzifə başında olan Xəlil İsgəndərova nalayiq ifadələr səsləndirərək onu ağır sözlərlə və kobud ifadələrlə təhqir etmiş, X9 polis nəfəri polis serjantı Aydın Salmanovun qanuni tələbinə qəsdən tabe olmayaraq onun xidməti geyim formasının qalstukunu qoparmışdır. Bununla da o, ictimai qaydanı, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydalarının və dövlət hakimiyyətinin normal idarəetmə fəaliyyəti ilə yaranan ictimai münasibətləri pozmqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, Şamaxı rayonunda baş vermiş zəlzələ ilə əlaqədar onun yaşadığı ev yararsız vəziyyətə düşmüş, evinin təmir edilməsi məqsədilə icra hakimiyyətinə getmiş, 29.03.2021ci il tarixdə icra hakimiyyətinin binasında olarkən mühafizə polisinə Xəlil İsgəndərov ilə görüşmək istədiyimi bildirmiş, sonra isə adını bilmədiyi polis əməkdaşı onu X.İsgəndərovun iş otağına aparmış, X.İsgəndərovun iş otağında olarkən, X.İsgəndərovdan evinin təmiri üçün ayrılmış vəsaitin qaiməsini tələb etmiş, Xəlil İsgəndərov isə iş icraçısı olan Qurban adlı şəxslə danışdıqdan sonra ona səsini telefonla yazdığını, buna görə də otaqdan çıxmağını bildirmiş, bundan sonra Xəlil İsgəndərov onun üzərinə gələn zaman müdafiə olunmaq və yıxılmamaq üçün qapının dəstəyindən tutmuş, bu zaman qapının dəstəyi qırılmış, ardınca polis əməkdaşı gələrək onu otaqdan çıxarmış, ardınca rayon polis şöbəsinin əməkdaşları gələrək onu rayon polis şöbəsinə aparmışlar. O, hadisə zamanı Xəlil İsgəndərovu nalayiq ifadələrlə təhqir etməmiş, mühafizəçinin xidməti geyim formasının qalstukunu qoparmamış, onun polis əməkdaşı ilə söz-söhbəti olmamış, binaya daxil olan zaman üzərində telefon olmamış, telefonu binaya daxil olan zaman mühafizəçi tərəfindən alınmışdır. Hadisənin video görüntüləri vardır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X7 bildirdi ki, icra hakimiyyətində video kameralar var, həmin video görüntülərin gətirilməsi və onlara baxış keçirilsi daha məqsədəuyğun olar. Konkret olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətləri həmin video görüntülərə baxış keçirildikdən sonra müəyyən edilməlidir. Bəlkə də onun etdiyi hərəkətlər onun üçün adi görülə bilər, ola bilər də ki, polislərə müqavimət olub, amma bela də ola bilək ki, polisə heç bir müqavimət olmasın. Ona görə də, həmin video görüntülərə baxış keçirilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan 27 may 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. İş materiallarında olan X4 Şamaxı rayon Prokurorluğuna verdiyi izahatdan görünür ki, o, Şamaxı rayon İHB-nin başçısı aparatının nemarlıq və tikinti şöbəsinin böyük məsləhətçisidir. Şəxs rayonun Şəhriyar qəsəbə sakinidir. O, tez-tez rayon icra hakimiyyətinin qəbuluna gəldiyi üçün onu tanıyır. 29.03.2021-ci il tarixdə saat 13 adələrində Şəxs onun xidməti otağına daxil olaraq evinin təmirinin davam etdirilməsini ona dedikdə cavabında ona “sənin evin hal-hazırda təmirə yazılmayıb” demiş, bundan sonra Şəxs onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, bu vaxt yanlarında olan mühafizə polisinin əməkdaşı Aydın Salmanov onu sakitləşdirməyə çalışan zaman sonuncunun boynuna əl ataraq qalustukunu çıxardaraq yerə atmış, sonra isə Şəxs kağız tikəni (stepleri) ona tərəf ataraq ünvanına nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan X5 və X8 Şamaxı rayon Prokurorluğuna verdiyi izahatdan görünür ki, həmin şəxslər də X10 ilə eyni məzmunlu izahat vermişdirlər. İş materiallarında olan 29 mart 2021-ci il tarixli aktdan görünür ki, X10, X12 və X5 imzaları ilə tərtib edilmiş aktdan görünür ki, 29 mart 2021-ci il tarixdə Şamaxı rayon İcra Hakimiyyəti binasında saat 12:00 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsi sakini Şəxs tərəfindən evinin təmirinin tamamlanması ilə əlaqədar müraciətinə müsbət cavab ala bilmədikdə 15 dəqiqə ərzində nalayiq hərəkətlər və intizamsızlıq edərək səs-küy salmış və vəzifə başında olan Xəlil İsgəndərova nalayiq ifadələr səsləndirərək onu ağır sözlərlə və kobud ifadələrlə təhqir etmiş, xidməti otağın qapısını qırmış və mühafizə polisi geyim formasının qalstukunu çıxarmışdır. Onu dəfələrlə intizama dəvət edilməsinə baxmayaraq Şəxs vəzifəli şəxslərin ünvanına nalayiq ifadələr səsləndirərək onları ağır sözlərlə və kobud ifadələrlə təhqir etmiş, yalnız polis əməkdaşının müdaxiləsindən sonra vətəndaş inzibati binadan uzaqlaşdırılmışdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə edilmiş sənədləri tədqiq edib və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-241/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-241/2021
04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver