Məhkəmə qərarları › İş №3(074)-242/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-242/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-242/2020 05.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1955-ci ildə Şamaxı rayonu, Sabir sovxozunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 211.2-ci maddələri ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 211.2-ci maddələri ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs döymüş, ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlər yetirərək döymüş, eyni zamanda fərdi qoruyucu vasitələrdən istifadə etməyərək karantin rejimləri dövründə tələbləri pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə Aqrolizinq ASC-nin Şamaxı bölməsindən gübrə götürən zaman orada olan Zərərçəkmiş şəxs söyməmiş, həmçinin ona heç bir xəsarət yetirməmişdir. Belə ki, o, orada olan gübrə kisələrini oğlu Kazım Cəbrayılovla birlikdə idarə etdiyi avtomobilə yükləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə əkin sahəsi üçün gübrə almaq məqsədilə Aqrolizinq ASCnin Şamaxı bölməsinə gəlmiş, orada olarkən Şəxs qaiməsində olan 13 kisə gübrəni avtomobilə yükləmək üçün ondan kömək etməsini istəmiş, o isə Şəxs bel nahiyyəsində ağrı olduğu üçün kisəni qaldıra bilməyəcəyini bildirdikdə, Şəxs onu nalayiq şəkildə söyüb təhqir etmiş, daha sonra oğlu Kazım Cəbrayılova zəng etmiş, oğlu gəldikdən sonra isə oğlu ilə birlikdə kisələri avtomobilə yüklədikdən sonra ondan daha 5 kisə gübrə istəmiş, o, isə bu barədə sənədlərini təqdim etməsini bildirmiş, Şəxs yenə də onu nalayiq söyüşlərlə söyməyə başlamış, sonra onun yanına yaxınlaşaraq sol üz nasiyyəsindən bir dəfə şillə vurmuşdur. İş materiallarında olan xx xxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Şamaxı rayon Polis Şöbəsinə müraciəti əsasında toplanılmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 211-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1 № 123 saylı ekspert rəyindən görünür ki, ekspertiza zamanı Zərərçəkmiş şəxs üzün sol yarısında, sol qulaq sırğalığı proyeksiyasının qançırı küt əşya (əl zərbaəsi) təsirindən törənməklə, xx.xx.2020-ci il tarixə, kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 6(105)- 15/2020 saylı qərarından görünür ki, Şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şamaxı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 6(074)-4/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmşdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsi dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 211.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və daha ciddi xətanı əhatə edən 157-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növlərindən inzibati qaydada cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 211.2-ci maddələri ilə təqsirli bilinsin, və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətinə müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar