Məhkəmə qərarları › İş №3(074)-247/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-247/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-247/2020 06.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Şamaxı rayonu, Qonaqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Qonaqkənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Orucov X5 Apellyasiya Məhkəməsinin 2(105)-2367/2018 saylı icra vərəqəsi üzrə 9435,20 manat borcun icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, həqiqətən də hazırda onun Yuliya Orucovaya 9435,20 manat aliment borcu vardır. Lakin hal-hazırda maddi imkanı olmadığından borcunu ödəyə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona 9435,20 manat məbləğində aliment borcu vardır. Belə ki, Şəxs barəsində axtarış elan olunmasına və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq aliment borcunu ödəməmişdir. Sonda Yuliya OrucovaŞəxs şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş icra məmuru X1 izahat verib bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2367/2018 saylı icra vərəqəsinə əsasən Şəxs xx xxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 136 manat 60 qəpik olmaqla ümumilikdə 273 manat 20 qəpik sabit pul məbləğində alimentin alınıb X2 verilməsi qət edilmiş, borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş və barəsində axtarış elan olunmuşdur. Həmçinin Şəxs izahat verərək hal-hazırda maddi imkanının olmadığını, borcundan ödəniş edə bilmədiyini bildirmişdir. Beləliklə də o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 9435,20 manat aliment borcu vardır. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2367/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx xxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 136 manat 60 qəpik olmaqla ümumilikdə 273 manat 20 qəpik sabit pul məbləğində alimentin alınıb X2 verilməsi qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Şəxs icranı dərhal təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, borcluya barəsində olan borcun icrasını könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli № 188-19523-1218 saylı məktubun surətindən görünür ki, Şəxs barəsində Şamaxı Rayon Polis Şöbəsində axtarış işi açılmışdır. İş materiallarında olan Şəxs izahatından görünür ki, Şəxs icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırdığı halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı izah olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədinin icrasını təmin etməyərək icranı həyata keçirməmişdir. Beləliklə də, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında işə baxılan zaman proses iştirakçılarının izahatları, iş materialları, inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 ( on ) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar