Məhkəmə qərarları › İş №3(074)-250/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-250/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-250/2023 06.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi ilə, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materialı nəzərdən keçirərək, müəyyənetdi: Qobustan Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* nömrəli, 06 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Samand Se minik markalı, **- XX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanunla müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qobustan Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 3(026)-133/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan xəyanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 may 2023-cü il tarixli 3(105)-257/2023 saylı qərarı ilə Qobustan Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 3(026)-133/2023 saylı qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün materialın Şamaxı Rayon Məhkəməsinə, məhkəmə baxış iclası mərhələsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan DİN-nin DYP hökumət portalından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli, EQ 12198139 nömrəli protokola əsasən, Şəxs 06 aprel 2023-cü il tarixdə “Samand Se minik” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, nəqliyyat vasitəsini “Yol hərəkət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə, İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Eyni zamanda, “AsanPay” elektron ödəniş sistemi vasitəsilə Şəxs tərəfindən EQ 12250302 və EQ 12198139 nömrəli inzibati xəta haqqında protokollar üzrə cərimə və dəbbə pulunun ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə, inzibati məsuliyyətdən azad olunur. Beləliklə, inzibati xətanı törətmiş Şəxs tərəfindən EQ 12198139 nömrəli inzibati xəta haqqında protokol üzrə 50 manat məbləğində cərimə məbləği və onlara hesablanmış dəbbə pullarının tam şəkildə ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İXP ******* nömrəli 06 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar