Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-252/2020 12.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Şamaxı rayonu, Məlhəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X18 tərəfindən MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2004-cü il tarixli icra vərəqəsi üzrə 9784,10 manat borcun icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, tələbkar onda olan avtomobili götürmüş, o, 2004-cü ildə həbs olunmuş, daha sonra maddi imkanı olmamış, hal-hazırda isə borcundan hər ay 250-300 manat ödəyə bilər. Şəxs həmçinin ödəniş üçün ona vaxt verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş icra məmuru X18 izahat verib bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2004-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 9784,10 manat məbləğində pul alınaraq X30 verilməlidir. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, barəsində axtarış elan və məcburi gətirilmə qərarı çıxarılmışdır. Şəxs izahat verərək məhkəmənin qərarı ilə razı olmadını və həmin pulu X30 ödəməyəcəyini bildirmişdir. Beləliklə də o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 9784,10 manat borcu vardır. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2004-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs vurulmuş ziyanın ödənilməsi hesabına 48920500 manat X19, 720.000 manat X39, 920000 manat X20, ******* manat X14, 500000 manat X21, 900000 manat X40, 400000 manat X4, ******* manat X22, 700.000 manat X15, 500000 manat X9, ******* manat X16, 250000 manat X10, 500000 manat X3, ******* manat X11, 500000 manat X31, 450000 manat X32, 250000 manat X50, 250000 manat X41, 250000 manat X23, 250000 manat X42, 280000 manat X5, 280000 manat X43, 250000 manat X24, 250000 manat Bayramov Oktay Möhübbət oğlunun, 250000 manat X12, 500000 manat X60, 250000 manat X51, 250000 manat X6, 250000 manat X44, 250000 manat X45, 250.000 manat X7, 250000 manat X33, 250000 manat Quliyev Əlövsət Müzəffər oğlunun, 280000 manat X13, 250000 manat X58 öglunun, 250000 manat X34, 250000 manat X25, 250000 manat X35, 250000 manat X46, 250000 manat X36, 250000 manat X37, 250000 manat X26, 250000 manat X47, 250000 manat X48, 270000 manat X2, 250000 manat X52, 250000 manat X49, 250000 manat X8, 250000 manat X1, 250000 manat X27 və 250000 manat X28 xeyrinə tutulmalıdır İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Şəxs vurulmuş ziyanın ödənilməsi hesabına 48.920,500 manat (hal hazırki pulla 9784,10 manat) X19 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Şəxs icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli bildirişin surətindən görünür ki, borcluya barəsində olan borcun icrasını könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli № 188-10720-1218 saylı məktubun surətindən görünür ki, Şəxs barəsində Şamaxı Rayon Polis Şöbəsində axtarış işi açılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(074)- 241/2018 saylı qərardadının surətindən görünür ki, Şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs izahatından görünür ki, Şəxs icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırdığı halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı izah olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədinin icrasını təmin etməyərək icranı həyata keçirməmişdir. Beləliklə də, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında işə baxılan zaman proses iştirakçılarının izahatları, iş materialları, inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 ( on ) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-252/2020
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-252/2020
12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver