Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-252/2023 03.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Qobustan rayonu, Dərəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Qobustan rayonu, Dərəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 izahatında göstərdi ki, xx.xx.2023-cu il tarixdə Şəxs Şamaxı rayonu, Pirquli qəsəbəsi ərazisində magistral yolun kənarında heyvan satışı həyatə keçirdiyi zaman polis nəfərləri ona yaxınlaşıb buna son qoymasını tələb etmiş, bir qədər sonra isə Şəxs heyvanlarını magistral yolun asfalt örtüyü ilə apararkən polis əməkdaşları ona yaxınlaşın bunun qanun pozuntusu olduğunu bildirsələr də o, arkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs qanunsuz küçə ticarəti ilə məşğul olmasına dair barəsində protokol tərtib edilməsinə dair onda məlumat yoxdur. Heyvanların asfalt örtüyü ilə aparılmasına dair ona sübutlar yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Pirquli qəsəbəsi ərazisində Şamaxı-Pirqulu magistral yolunun kənarında özünə məxsus 93 baş xırda buynuzlu heyvanlarını kəndlərinə aparmaq üçün maşın gözləyən vaxt 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb heyvanları satmağa apardığını soruşmuş, o, onlara maşın gözlədiyini, kəndə apardığını bildirmişdir. Onlar ona yol kənarında satış olmaz demişlər, o, da onlara bildirmişdir ki, o, heç bir satış etmir. Sonra ona polis maşınına minməyi bildirmişlər. O, etiraz etmiş və polis əməkdaşları ona zor tətbiq edərək onu maşına mindirmişlər. Eyni zamanda bildirdi ki, polis əməkdaşları ondan heyvan istəmişlər, o, isə vermədiyi üçün onu xəsarət yetirərək polis şöbəsinə gətirmişlər. Həmin vaxt orada satış etsəydi heyvan alan şəxs də olardı. O, heyvanlarını asfalt örtüyü ilə aparmamış, heyvanlarını bir yerə yığıb maşın gözləmiş, lakin polis əməkdaşları ilə söhbət edərkən heyvanları nəzarətsiz qaldığından bir neçəsi yola çıxmışdır. O, polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjaantı X7 izahatında bildirdi ki, Şamaxı şəhəri Pirqulu qəsəbəsində polis əməkdaşı ilə birgə xidmət apardığı zaman tanımadığı bir nəfər şəxsin yolun asfalt örtülüyü İlə heyvan apararkən onlar ona yaxınlaşıb özlərini təqdim etmişlər. Ona törətdiyi əməlin qanun pozuntusu olmasını bildirmişlər o, isə onların sözlərinə məhəl qoymayaraq həmin vaxt heyvan sürüsünü yol ilə aparacağını bildirmişdir. Bundan əlavə nalayiq ifadələrin işlətməməsini dedikdə onlara öz işiniz ilə məşğul olun dedi əsəbi halda yenə hüquq pozuntusuna davam edib, dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq qanuni tələblərinə tabe olmamışdır. Şöbəyə gəlməkdən imtina etmiş tabesizlik göstərdiyi üçün xidmət yoldaşınının köməyi ilə Şöbəyə vətəndaşı gətirmişlər, daha sonra Şöbədə məlum olmuş ki, Qobustan rayonu, Dərəkənd kənd sakini X4r. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPŞ-nin polis nəfəri, polis serjantı X1 şahid Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjaantı X7 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı RPŞ-nin PPŞ-nin polis nəfəri, polis serjantı Nurpaşa Dünyamaliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində postaçı yoldaşı PPXB-nin polis nəfəri, polis serjantı Fərman Nuraliyev ilə xidməti zərurət ilə bağlı Şamaxı rayon, Pirqulu qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolunun kənarında adı sonradan onlara məlum olan Qobustan rayon Dərəkənd kənd sakini Şəxs yolun asfalt örtülüyü ilə heyvan apararkən onlar ona yaxınlaşıb özlərini təqdim edib hərəkətlərinin qanunsuz olduğunu izah etmək istəyərkən həmin şəxs polisin ünvanına nalayiq ifadələr işlədərək onlara gedin işinizlə məşğul olun deyərək öz qanunsuz hərəkətlərinə davam etmişdir. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələrdə o, onlarn qanuni tələblərini qəsdən pozduğları üçün tərəflərindən Şamaxı rayon polis şöbəsinə gətirilmişdir. Beləliklə məhkəmə iş materiallarında olan sənədlərə və işdə iştirak edən şəxslərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmasını faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43,114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-252/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-252/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver