Məhkəmə qərarları › İş №3(074)-253/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-253/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-253/2023 05.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Şamaxı şəhərində yeləşən İdman Kompleksində polis əməkdaşlaının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixidə az yaşlı oğlunu Şamaxı şəhərində yerləşən üzgüçülük hovuzuna idman kompleksinə aparmışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq oğurluqda şübhəli olduğunu deyib onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, isə oğurluqla bağlı heç bir məlumatının olmadığını və bu işdən xəbərdar olmadığını bildirmişdir. Həmçinin onu təkrar polis şöbəsinə dəvət etdikdə aralarında heç bir mübahisə olmamış və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Onlara qarşı hər hansı qanunsuz hərəkət etməmiş və onların dediyi göstərişə əməl etmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili X3 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Samir Allahverdiyev ilə birlikdə Şamaxı şəhərində yeləşən İdman Kompleksində xidmətdə olarkən oğurluqda şübhəli bilinən Şəxs görüb ona yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra izahatının alınması məqsədi ilə RPŞ-nə dəvət edən zaman həmin şəxs onlara qarşı nalayiq ifadələr işlətməyə və əl-qol hərəkətləri edərək onlarla gəlməyəcəyini bildirmişdir. Onlar dəfələrlə onu nizam-intizama dəvət etsələr də, həmin şəxs onlar qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməyə davam etmişdir. Daha sonra həmin şəxs tərəflərindən RPŞ-nə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı X1 şahid Şamaxı rayon Polis Şöbəsinin CABnin axtarış üzrə əməliyyat müvəkkili X3 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan AZA 019668 nömrəli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Samir Allahverdiyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində CAB-nin axtarış üzrə əməliyyat Müvəkkili polis leytenantı İftixar Məmmədov ilə birlikdə Şamaxı şəhərində yerləşən İdman Kompleksində xidmətdə olarkələrini təqdim etdikdən sonra izahatının alınması məqsədi ilə RPŞ-nə dəvət edən zaman həmin şəxs onlara qarşı nalayiq ifadələr işlətməyə və əl-qol hərəkətləri edərək onlarla gəlməyəcəyini bildirmişdir. Onlar dəfələrlə onu nizam-intizama dəvət etsələr də, həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməyə davam etmişdir. Daha sonra həmin şəxs tərəflərindən RPŞ-nə gətirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 04 iyul 2023-cü il tarix, saat 19:30-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar