Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-255/2023 05.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Şamaxı rayon Sabir qəsəbəsi ərazisində vətəndaş Şəxs ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmiş və onu nizam intizama dəvət edən polisin qanuni əmrinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, özünə məxsus “Şaqman” yük avtomobil var. xx.xx.2023-cü il tarixdə həmin avtomobilin sürücüsü ona zəng edərək polis əməkdaşları onu saxladığını bildirmiş və o onun yanına Sabir qəsəbəsinin yaxınlığına getmiş, həmin vaxt orada olan polis əməkdaşları ilə aralarında olan anlaşılmazlığa görə onu RPŞ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə aralarında olan mübahisənin səbəbi “Şaqman” yük avtomobilin yükünün normal olmasını tələb etməyi olmuşdur. O, ora yol patrul əməkdaşlarının gəlməsini və yükü yoxlamalarını xahiş etmiş, həmin vaxt polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Hazırda etdiyi əməldən peşmandır. Barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X3 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində PPXB-nün bölük komandiri polis kapitanı Eliyar Səmədovla birlikdə Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində xidmətdə olarkən xidməti zərurətlə əlaqədar hərəkətdə olan nəqliyyat vasitəsinə saxla əmri verən zaman yaxınlıqda olan tanımadıqları br nəfər şəxs onlara yaxınlaşaraq uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi sakitləşdirməyə çalışsalarda, həmin şəxs onlara qarşı müqavimət göstərərək qanuni tələblərinə tabe olmamışdır. Dəfələrlə nizam-intizama dəvət etməklərinə baxmayaraq həmin şəxs öz qanunsuz hərəkətlərini və nalayiq ifadələrini davam etdirmişdir. Həmin şəxs tərəflərindən RPŞ-nə dəvət olunmuşdur. RPŞ-də həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZA № 019667 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nün bölük komandiri polis kapitanı Eliyar Səmədov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində PPXB-nün polis nəfəri polis serjantı Ənvər Səlimov ilə birlikdə Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində xidmətdə olarkən xidməti zərurətlə əlaqədar hərəkətdə olan nəqliyyat vasitəsinə saxla əmri verən zaman yaxınlıqda olan tanımadıqları br nəfər şəxs onlara yaxınlaşaraq uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi sakitləşdirməyə çalışsalarda, həmin şəxs onlara qarşı müqavimət göstərərək qanuni tələblərinə tabe olmamışdır. Dəfələrlə nizam-intizama dəvət etməklərinə baxmayaraq həmin şəxs öz qanunsuz hərəkətlərini və nalayiq ifadələrini davam etdirmişdir. Həmin şəxs tərəflərindən RPŞ-nə dəvət olunmuşdur. RPŞ-də həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları və Şəxs ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 ( yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-255/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-255/2023
05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver