Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-257/2022 11.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11611753 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X10 və X11 tərəfindən verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X10 və X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsinin EQ 11611753 nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırmışdır ki, X3 Mersedes-Benz markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Bu avtomobili idarə etmək üçün həyat yoldaşı X4 adına xx.xx.2022-ci il tarixdə, X1nun adına isə xx.xx.2022-ci il tarixdə etibarnamələr vermişdir. X1 bu ilin yayında Rusiyadan Azərbaycana gəlmiş və o, 25 sentyabr 2022-ci il tarixdə yenidən Rusiya Federasiyasına getmişdir. 05 oktyabr 2022-ci il tarixdə X18 Polisi əməkdaşları X7 xx.xx.2022-ci il tarixli EQ 11611753 saylı elektron qərar təqdim edərək bildirmişlər ki, X9 adında şəxs Mersedes-Benz markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2022-ci ildə saat 19.08-də Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində (X17 yanı) yol hərəkət qaydalarını pozmuşdur. Belə ki, qərarda yazıldığına görə Mersedes Benz markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edən X9 yol hərəkət qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat cərimə olunmuşdur. Bundan əlavə, ona 3 əmsalla cərimə balı yazıldığını da bildirmişlər. Buna dair Şamaxı DYP-dan xx.xx.2022-ci il tarixdə saat 19.08-də kameraya düşdüyü deyilən istifadələrində olan sözügedən avtomobilin 3 ədəd fotoşəkilini də ona təqdim etmişlər. Əvvəla onun qardaşı X8 xx.xx.2022-ci il tarixdə Rusiyadan Azərbaycana gəlmişdi və 25 sentyabr 2022-ci il tarixdə də Azərbaycandan Rusiyaya qayıdıb getmişdir. Odur ki, qardaşı istifadələrində olan Mersedes Benz markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə Azərbaycanda idarə edə bilməz. xx.xx.2022-ci il tarixdən bu avtomobili o, X10 idarə edir. Avtomobilin sahibi X5 deyil, X6 bu avtomobili idarə etmək üçün etibarnamə verilib. Yəni tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EQ 11611753 saylı elektron cərimə qərarı qondarma olduğuna görə Yanoş Məhərrəmovun qardaşının adı və soyadı da düzgün yazılmamışdır. Onlar o ad və soyadda şəxsi tanımırlar. İnzibati xəta haqqında iş baxılmağa hazırlanarkən müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 11611753 nömrəli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:08:26 radələrində “Mercedes Benz E280” markalı, **-LF-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X9 həmin maddə ilə təqsirli bilinərək, 60 manat cərimə edilmişdir. Şikayətin məzmunundan görünür ki, şikayət X10 və X11 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarından görünür ki, mübahisələndirilən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ 11611753 nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı X9 barəsində qəbul edilmiş, lakin həmin inzibati tənbeh vermə haqqında qərardan X10 və X11 tərəfindən şikayət verilmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ 11611753 nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət, şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildiyinə görə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128 və 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11611753 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X10 və X11 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-257/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-257/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver