Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-257/2025 10.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Şikayət vermiş X1 iştirakı ilə, Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektoru, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 13 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektoru, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 13 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə saat 13:43 radələrində istifadəsində olan Hyundai Elantra minik markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şamaxı şəhəri, Nərimanov küçəsində hərəkət etmişdir. Yol Patrul Xidməti tərəfindən heç bir yol hərəkət qaydalarını pozmadığı halda saxlanılmışdır. Ona bildirilib ki, guya yolayrıcı keçmə qaydalarını pozmuşdur. Faktiki olaraq o, heç bir yol hərəkət qaydalarının pozulmasına yol verməmişdir. Qərarda göstərilən ərazidə Daxili İşlər Nazirliyinin və digər qurumların müşahidə kameraları işlək vəziyyətdə mövcuddur. Əsasız və səbəbsiz olaraq Yol Patrul Xidmətinin əməkdaşı kamera müşahidələrini təqdim etməkdən imtina etmişdir. Nəticədə yol hərəkət qaydaları, yol hərəkətləri təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli əsasız, qanunsuz və son dərəcə ədalətsiz olan qərar çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən X3 oğlu şikayətin məzmununa uyğun izahat verərək və əlavə ərizə məhkəməyə təqdim edərək Şamaxı rayon Polis şöbəsinin YPX baş inspektoru polis kapitanı X2 tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP7308376 saylı inzibati tənbeh vermək haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, heç bir qayda pozuntusu etmədiyindən polis tərəfindən inzibati xəta törətməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilə bilmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, (səlahiyyətli orqanın nümayəndəsinin iştirakını təmin etmək üçün məhkəmə iclası iki dəfə təxirə salınmışdır) səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 13 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 13 may 2025-ci il tarixli İXP ******* nömrəli protokola əsasən, X3 xx.xx.2025-ci il tarixdə saat 15:43 radələrində “HYUNDAİ ELANTRA” minik markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd edilən Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Belə olan halda X1 inzibati tənbeh vermə haqqında qərarda göstərilən inzibati xətanı törətməsini səlahiyyətli orqan sübut etməlidir. Lakin səlahiyyətli orqan məhkəmə iclasının vaxtı barədə dəfələrlə xəbərdarlıq edilməsinə və sübutları təqdim edilməsi barədə bildiriş göndərilsə də məhkəmə iclasında iştirak etməmiş və inzibati xəta ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 13 may 2025-ci il tarixdə yolayrıcını keçmə qaydalarını pozumasına dair inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən şikayət təmin edilməli, 13 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektoru, polis kapitanı X2 tərəfindən X1 barəsində qəbul edilmiş 13 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-257/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-257/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver