Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-258/2021 10.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Şamaxı rayonu, Sabir qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şamaxı rayonu, Çıraqlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon X6 X7 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon X6 X10 tərəfindən tərtib olunmuş 09.06.2021-ci il tarixli, KYP 263937 saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru X3 izahatında göstərdi ki, 09.06.2021-ci il tarixində saat təxminən 20:30 radələrində vətəndaş Şəxs nəqliyyat vasitəsini idarə etmək hüquq olmadan idarə etdiyi “VAZ 2101” markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Şamaxı şəhəri, Şirvan küçəsində “Samand” markalı **-RS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını vuraraq yol nəqliyyatı hadisəsi törətmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, 09.06.2021-ci il tarixində saat təxminən 20:30 radələrində idarə etdiyi “VAZ 2101” markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Şamaxı şəhəri, Şirvan küçəsində H.Əliyev prospektinə yolu gözləyən “Samand” minik markalı **-RS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını arxadan vurmuşdur. Avtomobil ona məxsusdur, lakin nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Həmin gün spirtli içki qəbul etmişdir. Hadisə vaxtı heç bir xəsarət alan olmayıb. Əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahat verib bildirdi ki, 09.06.2021-ci il tarixində saat təxminən 20:30 radələrində özünə məxsus olan “Samand” minik markalı **-RS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Şamaxı şəhəri, Şirvan küçəsində H.Əliyev prospektinə yolu gözləyən arxandan gələn “VAZ 2101” markalı **-BB- *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın düzgün ara məsafəsi saxlamayaraq onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə vaxtı avtomobildə tək olmuş və heç bir xəsarət almamışdır. Avtomobilə dəymiş ziyanın məbləği 1060 manat müəyyən edilib. İş materiallarında olan 09.06.2021-ci il tarixli KYP 263937 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs 09.06.2021-ci il tarixdə saat 20:30 radələrində “VAZ 2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şamaxı şəhəri, Şirvan küçəsində “Samand” markalı **-RS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını vuraraq yol nəqliyyatı hadisəsi törətmişdir. İş materiallarında olan 10.06.2021-ci il tarixli arayışdan görünür ki, Şamaxı rayonu, Çıraqlı kəndində qeydiyyatda olan Şəxs sürücülük hüququnun olub-olmaması Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsinin mərkəzi məlumat xidmətinin bazasında yaxlanılarkən Şəxs məxsus sürücülük hüququnun olmaması müəyyən edilmişdir. İş materiallarında olan 147 nömrəli 09.06.2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, 09.06.2021-ci il tarixdə saat 21:50-də Şəxs sərxoşdur və onun qanında alkoqolun konsentrasiyasının həcmi 1,5 promildir. İş materiallarında olan 148 nömrəli 09.06.2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, 09.06.2021-ci il tarixdə saat 21:50-də Zərərçəkmiş şəxs ayıqdır. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasəan bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun yaşını, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 800 (səkkiz yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-258/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-258/2021
10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver