Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-258/2022 13.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X13, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X18 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 15:00-da Azərbaycan Respublikası DİN-in 102 xidmətindən Şamaxı rayon Polis Şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda Şamaxı şəhəri, A.Əhmədov küçəsi ev 9-da qeydiyyatda olan və yaşayan X14 və Şamaxı rayonu Kərkənc kəndində yaşayan X16 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək evinə 2 nəfər şəxsin icazəsiz girməsi barədə məlumat verməsi göstərilmişdir. Təhqiqat araşdırması zamanı X23 və Şəxs X14, Zərərçəkmiş şəxs, X1 zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı alınmış izahatlar ilə MTE 21 may 2022-ci il tarixli 97, 98, 99 saylı rəyi ilə öz təsdiqini tapmışdır. X3, Zərərçəkmiş şəxs, X1 zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsi faktı hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Zərərçəkmiş şəxs babası, X14 nənəsi, X11 bibisi olmaqla, həmin şəxslərlə münasibətləri əvvəllər yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Beş il öncə atası Adil ilə anası Qumrunun münasibətləri pozulduğu üçün boşanmış, lakin buna baxmayaraq onun və anasının babası Ağazeynal, nənəsi Məlahət, bibisi Lamiyə ilə münasibətləri yaxşı olmuşdur. 2021-ci il tarixdə Lamiyənin qızı Pərvin ilə Saməddin adlı şəxs ailə həyatı qurmuşlar. Saməddin qohum olduqdan sonra babası Ağazeynal, nənəsi Məlahət, bibisi Lamiyə ilə münasibətləri pisləşmiş, lakin buna baxmayaraq aralarında ədavət, dava-dalaş olmamışdır. 2021-ci il tarixdə babası Ağazeynalın yaşadığı evdə yaşamaq qərarına gəlmişlər. Buna görə də anası X23 hal-hazırda qeydiyyatda olduğu Şamaxı şəhəri, A.Əhmədov küçəsi 9 saylı ünvanda yaşamaq hüququ əldə etmək üçün Şamaxı rayon məhkəməsinə müraciət etmiş, Məhkəmə Qumrunun həmin evə köçürülməsi ilə bağlı qərar qəbul etmişdir. Qərarla bağlı Şamaxı rayon İcra və Probasiya idarəsi 2022-ci ilin mart ayında Qumrunu həmin evin ikinci mərtəbəsində bir otaqda yerləşdirmiş və bununla bağlı akt tərtib etmişdir. Akt tərtib edildikdən sonra Qumru orada qalmayıb getmiş, bir neçə gün keçdikdən sonra əşyaları gətirib, həmin otağa yerləşdirmişdir. 19 aprel 2022-ci il tarixdə təxminən saat 15 radələrində anası Qumru ilə birlikdə qalan əşyaları daşımaq üçün həmin ünvana getmiş, oraya gedərkən kömək üçün fəhlə kimi tanıdığı Mətləb adlı şəxsi də pul qarşılığında ödəniş etməklə köməyə dəvət etmişdir. Həmin ünvanda olarkən anası Qumru evdə əşyaları yerləşdirmiş, o isə küçədəki əşyaları daşımaq üçün Mətləbə vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra anasının olduğu evin ikinci mərtəbəsindən səs-küy gəldiyini eşidib, içəri daxil olmuş və Ağazeynal, Məlahət və Lamiyənin anası Qumru ilə mübahisə etmələrini görüb, dərhal hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Ağazeynal, Məlahət və Lamiyə polisə məlumat verdiyini görüb, evin birinci mərtəbəsinə düşmüşdür. Məlumat əsasında polis əməkdaşları hadisə yerinə gəlib, ilk öncə babası Ağazeynalın olduğu otağa daxil olub ərizələrin aldıqdan sonra ikinci mərtəbəyə gəlmiş, bundan sonra o hadisə barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı o və Qumru Alcanova Zərərçəkmiş şəxs, X11 və X9 qarşı heç bir qanunsuz hərəkət etməmiş, döyməmişdirlər. Baş verən hadisə zamanı hadisə yerində ondan başqa anası X23, X10, X14, X11 və fəhlə Mətləb adlı şəxs olmuş, əlavə heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə iki-üç dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman onun Zərərçəkmiş şəxs, X11 və X14 ilə aralarında heç bir hadisə baş verməmiş, lakin hadisə zamanı həmin şəxslər ilə anası Qumrunun arasında sadəcə söz mübahisəsi olmuşdur. Hadisə zamanı əgər Mətləb hadisə yerində olmasaydı həmin şəxslər anası Qumrunu döyüb, xəsarət yetirə bilərdilər, lakin xoşbəxtlikdən belə bir hadisə olmamışdır. Babası Zərərçəkmiş şəxs göstərdiyi qapı 1995-ci il tarixdə düzəldilmiş qapıdır. Həmin evdə uşaqlığı keçmişdir, böyüdüyü müddətdə həmin qapının taxta hissəsi çürümüş və sınmışdır. Qapının taxta çərçəvəsi qopduğu üçün qapının şüşəsi anası Qumrunun deməsinə görə atası Adil digər otağın qapısına taxmışdır. Həmin qapının taxtasını və şüşəsini o sındırmamış, babası Ağazeynal ona şər atmışdır. 19 aprel 2022-ci il tarixdə babası Ağazeynal ilə aralarında heç bir hadisə baş verməmiş, babasının qollarından yapışmamış, sıxmamış, anası Qumru isə Ağazeynala şillə atmamış, sifətini cırmaqlamamışdır. Bababsı Ağazeynalın izahatında göstərdikləri yalandır. Məlahət Məmmədova ilə babası Zərərçəkmiş şəxs izahatları tamamilə yalandır. Hadisə yerinə gələrkən əksinə babası Ağazeynal, nənəsi Məlahət və bibisi Lamiyə anası Qumrunun üzərinə gedirdilər, anası Qumru həmin şəxslərin üzərinə getməmiş, döyməmişdir. Həmin şəxslər ona və anası Qumruya böhtan atırlar. Sadəcə mübahisəni görüb, dərhal həyətə çıxmış, hadisəyə heç bir müdaxilə etməmiş, hadisə barədə polisə məlumat vermişdir. Həmin hadisə yerində fəhlə kimi işləyən Mətləb adlı şəxs olmuşdur. Lamiyənin izahatı ilə razı deyil, əksinə o hadisə yerinə gələndə artıq Ağzeynalın, Məlahətin və Lamiyənin anası Qumrunun üzərinə gəlmələrini görmüş, buna görə də polis zəng etmişdir. Həmin hadisə zamanı Ağazeynalın sol sifət və ya başqa bədən nahiyyəsinə yumruq vurmamışdır. Lamiyə isə bunu edərkən onu görməmiş, həmin vaxt Lamiyənin sol göz nahiyyəsinə yumruq vurmamış, geriyə itləməmişdir. Babası Ağazeynalın, nənəsi Məlahətin və bibisi Lamiyənin izahatlarında göstərdikləri tamamilə yalandır, həmin şəxləslər babası, nənəsi və bibisidir, onlara əl qaldırmaz, pislik etməz, həmin şəxslər məhkəmə tərəfindən verilmiş bir otaqda yaşamamaq üçün onları şərləyib, oradan çıxartmaq istəyirlər. Həmçinin həmin hadisə zamanı bibisi Lamiyənin qızı Pərvin də hadisə yerində olmuş, hadisəni telefonla görüntüyə almışdır. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, X8 gəlini, Şəxs isə nəvəsi olmaqla, həmin şəxslərlə münasibəti əvvəllər yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Beş il öncə oğlu Adil ilə Qumrunun münasibətləri pozulduğu üçün boşanmışlar. Həmin vaxtdan sonra Qumru və Ağazeynalın onunla münasibətləri pozulmuş, lakin həmin şəxslərlə ədavəti və problemi olmamışdır. 2021-ci il tarixdə keçmiş gəlini Qumru, hal-hazırda yaşadığı Şamaxı şəhəri, A.Əhmədov küçəsi 9 saylı ünvanda yaşamaq hüququ əldə etmək üçün Şamaxı rayon məhkəməsinə müraciət etmiş, müraciətdən sonra hətta onu döymüşdür, bununla bağlı Şamaxı rayon polis şöbəsinə müraciət etmiş, lakin nəvəsi olduğu üçün bağışlamışdır. Qumrunun məhkəməyə müraciəti ilə bağlı Şamaxı rayon məhkəməsi Qumrunun həmin evə köçürülməsi ilə bağlı qərar qəbul etmişdir. Qərarla bağlı Şamaxı rayon İcra və Probasiya idarəsi 2022-ci ilin mart ayında Qumrunu həmin evin ikinci mərtəbəsində bir otaqda yerləşdirmiş və bununla bağlı akt tərtib etmişdir. Akt tərtib edildikdən sonra Qumru orada qalmayıb getmiş, lakin nəvəsi Ağazeynal bir neçə ara ilə əşyaları gətirib, həmin otağa yerləşdirmişdir. Ağazeynala burada ancaq Qumrunun qalması ilə bağlı xəbərdarlıqlar etsə də, Ağazeyal anası harda özünündə orada qalacağını demiş, həmin vaxt hadisə baş verməsin deyə həmin şəxslərə məhəl verməmişdir. 19 aprel 2022-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı evin birinci mərtəbəsində olan zaman evin ikinci mərtəbəsində nələrinsə sındırıldığını eşidib, nə baş verdiyini bilmək üçün ikinci mərtəbəyə qalxmış və Ağazeynalın Qumruya verilmiş bir otaqdan əlavə digər otağın qapısını qırıb oraya əşya yığdığını görüb, bu barədə sonuncuları xəbərdar edib, anasına yalnız bir otağın verildiyini deyib, qapısını qırdığı otaqdan çıxmalarını tələb etmişdir. Ağazeynal otaqların hamısının sonuncunun özünə məxsus olduğunu deyib qapısını sındırıb, içərisinə əşya yığdığı otaqdan çıxmayacağını demişdir. Bundan sonra Ağazeynal ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Qumru da mübahisəyə müdaxilə etmişdir. Bundan sonra Ağazeynal hər iki qol nahiyyəsindən yapışıb, sıxmağa başlamış, Qumru isə sifət nahiyyəsinə şillə vurub, sol sifət nahiyyəsinə əlləri ilə cırmaq atmağa başlamışdır. Hadisənin səsinə həyat yoldaşı X14 hadisə yerinə gəlib üzərlərinə qışqırıb onu Qumru ilə Ağazeynalın əlindən almağa çalışmış, Ağazeynal ilə Qumru onu buraxıb, Məlahətin üzərinə getmiş, Qumru Məlahətin qollarından tutub geriyə itələmiş, Məlahət sağ tərəfi üstə yerə yıxılmışdır. Hadisə zamanı Məlahəti Qumrunun əlindən almaq istədikdə Ağazeynal ilə Qumru üzərlərinə gəlmiş və Ağazeynal sol sifət nahiyyəsinə bir dəfə yumruq vurmuşdur. Həmin vaxt qızı Lamiyə Məmmədova hadisə yerinə gəlib Ağazeynalın onu yumruqla vurduğunu görüb, nəvəsi Ağazeynalın üzərinə qışqırıb, onları aralayıb evin birinci mərtəbəsinə aparmaq istəmiş, nəvəsi Ağazeynal yenidən üzərlərinə gəlib Lamiyənin sol göz nahiyyəsinə yumruqla vurub, itələmiş, lakin buna baxmayaraq Lamiyə onunla əri Ağazeynalı hadisə yerindən uzaqlaşdırıb, evin birinci mərtəbəsinə düşürtmüş, birinci mərtəbədə olarkən özünə gəldikdən bir neçə dəqiqə keçdikdən sonra həyat yoldaşı Məlahət hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib, məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra Məlahət hadisə barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı o, həyat yoldaşı X14 və qızı Lamiyə X4 ilə Şəxs qarşı heç bir qanunsuz hərəkət etməmiş, onları döyməmişlər. Baş verən hadisə zamanı hadisə yerində ondan başqa həyat yoldaşı X14, Lamiyə Məmmədova, X23 və Şəxs olmuş, əlavə heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə on-on beş dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman X23 ona qarşı yuxarıda göstərdiklərindən əlavə söyüb-təhqir etmiş, başqa heç bir qanunsuz hərəkət etməmişdir. Şəxs isə yuxarıda göstərdiklərindən əlavə onu təhqir etmiş, evinin ikinci mərtəbəsindəki yataq otağının şüşəli qapısının çərçəvəsinin bir ədəd şüşəsini və qapının əlcək olan hissəsinin bir hissəsini sındırmaqla ona maddi ziyan vurmuş, həmin otaqdakı əşyaları isə həyətə atmış, başqa heç bir qanunsuz hərəkət etməmişdir. Həmin qapı əsl palıd ağacındandır. Həmin qapıları 1992-ci il tarixdə bir ədədini indiki məzənnə ilə 350-400 manata düzəltdirmişdir. Şəxs ona məxsus qapının bir ədəd şüşəsini və əlcək olan hissəsini sındırmaqla ona təxminən 250- 300 manat maddi ziyan vurmuşdur. Onunla barışmamış və nəvəsi Ağazeynal ondan üzr istəməmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahat verib bildirdi ki, o, fəhləlik edərək pul qazanır. 19 aprel 2022-ci il tarixdə təxminən saat 10 radələrində Şəxs ona yaxınlaşıb, ünvan 4 ünvana əşyaları yığıb aparmağı təklif etmiş, Ağazeynala əşyaları yığıb göstərdiyi ünvanda boşaltmaq qarşılığında 20 manat pula razılaşmışdır. Həmin hadisə zamanı Şəxs, Qumru Alcanova Zərərçəkmiş şəxs, X11 və X15ma oğluna qarşı heç bir qanunsuz hərəkət etməmiş, sadəcə hadisəyə müdaxilə edib, böyüməsinin qarşısını almışdır. Baş verən hadisə zamanı hadisə yerində ondan başqa X23, Zərərçəkmiş şəxs, X14, X11, Pərvin adlı qadın olmuş, Şəxs hadisə başlayandan sonra hadisə yerinə gəlmişdir. Baş verən hadisə təxminən ümumilikdə iki-üç dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman onun Zərərçəkmiş şəxs, X11 və X14 ilə aralarında heç bir hadisə baş verməmiş, ona heç bir qanunsuz hərəkət etməmişdirlər, lakin hadisə zamanı həmin şəxslər ilə Qumrunun arasında sadəcə söz mübahisəsi olmuşdur. Hadisə yerində olarkən, hadisədən bir neçə dəqiqə əvvəl Qumru Alcanovanın əşyalarını evin ikinci mərtəbəsinə apararkən həmin qapının bir hissəsinin sındırılmadığını kəsilməsini və şüşəsinin isə yerində olmamasını görmüşdür. Həmin hadisə zamanı Şəxs həmin qapıya tərəf belə getməmişdir. 19 aprel 2022-ci il tarixdə Şəxs babası Ağazeynal ilə aralarında polis əməkdaşları gələnə kimi heç bir hadisə baş verməmiş, Şəxs babası Ağazeynalın qollarından yapışmamış, sıxmamış, Qumru isə Ağazeynala şillə atmamış, sifətini cırmaqlamamışdır. Hadisə zamanı Şəxs küçədə yük avtomobilinin yanında olmuş, hadisəyə heç bir aidiyyəti olmamışdır. Şəxs hadisə yerinə gəlib heç orada dayanmamış, polisə məlumat vermək üçün həyətə çıxmışdır. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis kapitanı Bəhlul Məlikli tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 19 aprel 2022-ci il tarixində ünvan 5 ünvanda yaşayan X14 ilə Şamaxı şəhəri, A.Əhmədov küçəsi ev 9-da qeydiyyatda olan, Şamaxı rayonu, Kərkənc kəndində yaşayan X16 Şamaxı rayon polis şöbəsinə ünvanladıqları qarşılıqlı müraciətləri icraatına daxil olmuşdur. Araşdırma zamanı 19 aprel 2022-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs ilə X6, X16 isə X2 zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsi faktı alınmış izahat ilə MTE-nin 21 aprel 2022-ci il tarixli 97, 98, 99 saylı rəyləri ilə öz təsdiqini tapmışdır. Həmçinin baş vermiş hadisə zamanı Şəxs hadisə baş vermiş evin ikinci mərtəbəsindəki bir ədəd qapının çərçəvə və şüşəsini sındırması müəyyən edilməmişdir. Şəxs ilə X16 əməlləri hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta hesab edilir. Həmin hadisə zamanı X7, Zərərçəkmiş şəxs, X5, X16 və Şəxs kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində şərəf və ləyaqətlərinin nalayiq formada qəsdən alçaldılması faktı alınmış izahatlar ilə öz təsdiqini tapmamışdır. İş materiallarında olan 19 may 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ünvan 5 ünvanda yaşayan X14 ilə Şamaxı şəhəri, A.Əhmədov küçəsi ev 9-da qeydiyyatda olan, Şamaxı rayonu, Kərkənc kəndində yaşayan X16 qarşılıqlı müraciələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs ilə X23 barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən tədbir görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş, X7, Zərərçəkmiş şəxs, X5, X16 və Şəxs özlərinin təhqir edilmələrini hesab edirlərsə bununla əlaqədar rayon məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edə biləcəkləri onlara izah edilmiş, X14, Zərərçəkmiş şəxs, X11 ilə X23, Şəxs aralarında şəxsi münasibətlər zəminində münaqişələr davam etdiyi üçün gələcəkdə həmin şəxslər arasında baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin və ya cinayət hadisəsinin qarşısının alınması məqsədi ilə tərəflər münaqişəli ailə kimi profilaktiki qeydiyyata götürülmüşdür. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 may 2022-ci il tarixli qərardan görünür ki, MTE-nin xx.xx.2022-ci il tarixli, 99 saylı ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin sağ əlin arxa səthinin və sağ mil-bilək nahiyyəsinin qançırlarının küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yıxılaraq alınmağauyğun gəlməsi, X7 almış olduğu xəsarətin sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsinin təyin edilməməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materialları ilə müəyyən olunur ki, X14 və X16 qarşılıqlı müraciələri əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibinin olmaması və buna görə də cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir və həmin qərarların qəbul edilməsindən üç aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-258/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-258/2022
13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver