Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-258/2023 10.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1989-cu ildə Şamaxı rayonu, Sis kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Şamaxı rayonu, Sis kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Çuxuryurd kəndində uca səslə nalayiq ifadələr işlətmiş və polisə müqavimət göstərmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, atası xərçəxg xəstəsidir. Ona iynə alıb kəndə qayıdarkən, qabaqda hərəkətdə olan ağ NİVA markalı avtomobil qəza işıqlarını yandırıb gedərkən, o, qırıq-qırıq xətlə həmin avtomobili keçmişdir. Başqa bir niva markalı avtomobil isə onları sıxıb qəza şəraiti yaratmışdır. Sonra Çuxuryurd kəndinin girişində “Star Otel”-in qarşısında həmin avtomobil qabağa keçib onları saxlamışlar. O, idarə etdiyi avtomobildən düşərkən onunla birlikdə olan qardaşı Kərim də avtomobildən düşmüşdür. Aralarında mübahisə yaranmış, sonra post patrul maşını yaxınlaşmışdır. Savaşma söyüşmə olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunmuşlar. Polislər onu itələyib polis maşına otuzdurmuşlar, amma onları polis şöbəsinə gətirəndən sonra orada onun qardaşını gətirən polis əməkdaşı şillə vurmuş, onu isə mülki geyimdə olan əməkdaş şillə vurmuşdur. Polis şöbəsində o, izahat yazmamış, sadəcə 3 yerə imza etmişdir. Polis şöbəsindən çıxandan sonra Diaqnostika mərkəzinə müraciət etmiş müayinədən keçmişlər, amma xəsarətlərlə bağlı demişlər ki, məhkəməyə göndəriləcəkdir. Həmin vaxt polislər ona avtomobilə otiurmasını deyən kimi post patrul maşınına oturmuşdur. Həmin vaxt polislərlə mübahisə etməmiş, ancaq əsəbi olduğundan onu saxladan maşında olanlarla mübahisə etmişdir. O, polislərə onlardan X8 şikayət edəcəyini bildirdiyindən onu sillə ilə vurmuşlar. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, heç bir polisə qarşı müqavimət olmayıb, əslində “Star Otel”-in qarşısında video görüntülər var onlar götülsəydi həmin görüntülərlə müəyyən etmək olardı ki, kimin tərəfindən mabahisə yaranmışdır. Belə ki, qəza şəraiti yaradan avtomobilin sürücüsü sərxoş olmuşdur. Qeyd edilənləri nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPX-nin polis nəfəri, polis serjantı X1 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:20 radələrində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Orxan Əmrahov ilə Şamaxı rayon Çuxuryurd kəndində xidmətdə olan zaman “Star otelin” qarşısında bir qrup şəxsin ictimai qaydanı pozub bir-biri ilə mübahisə etdiyini görüb onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslərə mübahisəni dayandırmağı tələb edən zaman onlardan adı onlara sonradan məlum olan Şəxs və X5 onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş həmçinin onlara qarşı nalayiq ifadələr işlətmiş və əl-qol hərəkətləri edərək müqavimət göstərmişdir. Onlar dəfələrlə həmin şəxsləri nizam-intizama dəvət etsələrdə həmin şəxslər öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Daha sonra həmin şəxslər tərəflərindən RPŞ-nə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X6 şahid Şamaxı rayon Polis Şöbəsinin PPX-nin polis nəfəri, polis serjantı X1 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin PPX-nin polis nəfəri, polis serjantı Nurpaşa Dünyamaliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:20 radələrində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Orxan Əmrahov ilə Şamaxı rayon Çuxuryurd kəndində xidmətdə olan zaman “Star otelin” qarşısında bir qrup şəxsin ictimai qaydanı pozub bir-biri ilə mübahisə etdiyini görüb onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslərə mübahisəni dayandırmağı tələb edən zaman onlardan adı onlara sonradan məlum olan Şəxs və X5 onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş həmçinin onlara qarşı nalayiq ifadələr işlətmiş və əl-qol hərəkətləri edərək müqavimət göstərmişdir. Onlar dəfələrlə həmin şəxsləri nizam-intizama dəvət etsələrdə həmin şəxslər öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Daha sonra həmin şəxslər tərəflərindən RPŞ-nə gətirilmişdir. Beləliklə, məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-258/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-258/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver