Məhkəmə qərarları › İş №3(074)-259/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-259/2022

13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-259/2022 13.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı rayonu Kərkənc kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, X1 qaymatası, Zərərçəkmiş şəxs keçmiş qayınanası, X6 isə keçmiş baldızı olmaqla, həmin şəxslərlə münasibətləri əvvəllər yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Beş il öncə keçmiş həyat yoldaşı Adil ilə münasibətləri pozulduğu üçün boşanmış, lakin buna baxmayaraq onun və oğlu Ağazeynalm keçmiş qayınatası Ağazeynal, Məlahət və Lamiyə ilə münasibətləri yaxşı olmuşdur. 2021-ci il tarixdə Lamiyənin qızı Pərvin ilə Saməddin adlı şəxs ailə həyatı qurmuşdurlar. Saməddin qohum olduqdan sonra keçmiş qayınatası Ağazeynal, Məlahət, Lamiyə ilə münasibətləri pisləşmiş, lakin buna baxmayaraq aralarında ədavət, dava-dalaş olmamışdır. 2021-ci il tarixdə keçmiş qayınatası Ağazeynalm yaşadığı evdə yaşamaq qərarına gəlmişdirlər. Buna görə də hal-hazırda qeydiyyatda olduğu Şamaxı şəhəri, A.Əhmədov küçəsi 9 saylı ünvanda yaşamaq hüququ əldə etmək üçün Şamaxı rayon məhkəməsinə müraciət etmişdir. Məhkəməyə müraciəti ilə bağlı Şamaxı rayon məhkəməsi onun həmin evə köçürülməsi ilə bağlı qərar qəbul etmişdir. Qərarla bağlı Şamaxı rayon İcra və Probasiya idarəsi 2022-ci ilin mart aymda onu həmin evin ikinci mərtəbəsində bir otaqda yerləşdirmiş və bununla bağlı akt tərtib etmişdir. Akt tərtib edildikdən sonra orada qalmayıb getmiş, bir neçə gün keçdikdən sonra oğlu Ağazeynal əşyaları gətirib, həmin otağa yerləşdirmişdir. 19 aprel 2022-ci il tarixdə təxminən saat 15 radələrində oğlu Ağazeynal ilə birlikdə qalan əşyaları daşımaq üçün həmin ünvana getmiş, oraya gedərkən kömək üçün fəhlə kimi tamdığı Mətləb adlı şəxsi də pul qarşılığında ödəniş etməklə köməyə dəvət etmişdirlər. Həmin ünvanda olarkən özü evdə əşyaları yerləşdirir, oğlu Ağazeynal isə küçədəki əşyaları daşımaq üçün Mətləbə verirdi. Bir neçə dəqiqə keçdikdən sonra olduğu otağın yerini silərkən keçmiş qayınatası Ağazeynal içəri girərək su vedrəsinə təpik ataraq dağıtçış, daha sonra dördgöz qaza təkpik atmağa başlamış, Mətləbə kömək etməsini, Ağazeynalm qaza təpik atmasının qarşısım almasını xahiş etmişdir. Hadisə zamanı Lamiyənin qızı Pərvin hadisə yerinə gəlib əlində telefonla video çəkməyə başlamış, həmin vaxt Məlahət ilə Lamiyə hadisə yerinə gəlib, mübahisə etməyə başlayıb, niyə görə gəldiyini soruşub, onu təhqir etməyə başlamış, daha sonra Lamiyə termonu aşırtmaq üçün itələməyə başlamışdır, lakin Mətləb termonu tutub, aşmasının qarşısını almış, Lamiyə ilə Məlahət daha sonra Pərvini evin birinci mərtəbəsinə aparıb, geri qayıdaraq,üzərinə gəlib, əl-qol atmağa başlamışdırlar. Hadisə yerinə gələn oğlu Ağazeynala tez polisə məlumat verməsini tapşırmışdır. Ağazeynal həyətə çıxdıqdan sonra keçmiş qayınatası Ağazeynal, Məlahət və Lamiyə hadisə yerindən uzaqlaşıb, evin birinci mərtəbəsinə düşmüşdürlər. Məlumat əsasında polis əməkdaşları hadisə yerinə gəlib, ilk öncə keçmiş qayınatası Ağazeynalm olduğu otağa daxil olub ərizələrin aldıqdan sonra ikinci mərtəbəyə gəlmiş, bundan sonra oğlu Ağazeynal hadisə barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı o və oğlu Ağazeynal Məmmədov, X5, X6 və Zərərçəkmiş şəxs qızma oğluna qarşı heç bir qanunsuz hərəkət etməmiş, sonuncuları döyməmişdirlər. Hadisə zamanı ümumiyyətlə oğlu Ağazeynal hadisə yerində olmamış, hadisə yerinə gələn kimi sonuncuya polisə məlumat verməsini demişdir. Baş verən hadisə zamanı hadisə yerində ondan başqa oğlu Ağazeynal, keçmiş qayınatası X5, Zərərçəkmiş şəxs, X6, sonuncunun qızı Pərvin və fəhlə Mətləb adlı şəxs olmuş, əlavə heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə iki-üç dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman oğlu Ağazeynal Məmmədovun keçmiş qayınatası X5, X6 və Zərərçəkmiş şəxs ilə aralarmda heç bir hadisə baş verməmiş, lakin hadisə zamanı həmin şəxslər ilə aralarmda sadəcə söz mübahisəsi olmuşdur. Hadisə zamanı əgər Mətləb hadisə yerində olmasaydı həmin şəxslər onu döyüb, xəsarət yetirə bilərdilər, lakin xoşbəxtlikdən belə bir hadisə olmamışdır. Keçmiş qayınatası Ağazeynal Məmmədovun göstərdiyi qapı 1995-ci il tarixdə düzəldilmiş qapıdır. Həmin evin tikilişində və təmirində özü iştirak etmiş və pulunun yarısını öz əməkhaqqı ilə ödəmişdir. Evin qapıları 1995-ci il tarixdə Sumqayıt şəhərində keçmiş həyat yoldaşı Adil düzəltdirmişdir, lakin qapıların düzəldildiyi taxta materiallar keyfiyyətsiz və qurdlu olduğundan yerə vurulan taxtalar bir neçə dəfə sökülüb, başqa taxtalarla əvəz edilmişdir. Keçmiş qayınatası Ağazeynal Məmmədovun göstərdiyi qapıda qurd olduğundan keçmiş əri Adil Məmmədov özü qapının çərçəvəsini çıxardıb, şüşəsini başqa otaqdakı qapı çərçəvəsinə salmış, taxta qurdlarını qapının göstərilən hissəsindən çıxarmaq üçün quraşdırılmış taxta hissə sökülmüşdür. 19 aprel 2022-ci il tarixdə keçmiş qaymatası Ağazeynal ilə oğlu Ağazeynalm aralarında heç bir hadisə baş verməmiş, oğlu Ağazeynal keçmiş qayınatası Ağazeynalm qollarından yapışmamış, sıxmamış, özü isə keçmiş qaymatası Ağazeynala şillə atmamış, sifətini cırmaqlamamışdır. Ağazeynalm izahatında göstərdikləri yalandır. Zərərçəkmiş şəxs ilə keçmiş qaymatası Ağazeynal Məmmədovun izahatları tamamilə yalandır. Hadisə zamanı əksinə keçmiş qayınatası Ağazeynal, Məlahət və Lamiyə onun üzərinə getmiş, həmin şəxslərin üzərinə getməmiş, döyməmişdir. Həmin şəxslər ona və oğlu Ağazeynal Məmmədova böhtan atırlar. Oğlu Ağazeynal sadəcə mübahisəni görüb, dərhal həyətə çıxmış, hadisəyə heç bir müdaxilə etməmiş, hadisə barədə polisə məlumat vermişdir. Həmin hadisə yerində fəhlə kimi işləyən Mətləb adlı şəxs olmuş, onu həmin şəxslərin əlindən almışdır. Lamiyənin izahatı ilə razı deyil, əksinə oğlu Ağazeynal hadisə yerinə gələndə artıq keçmiş qaymatası Ağazeynalın, Məlahətin və Lamiyənin onun üzərinə gəlmələrini görmüş, buna görə də polisə zəng etmişdir. Həmin hadisə zamanı oğlu Ağazeynal keçmiş qayınatası Ağazeynalın sol sifət və ya başqa bədən nahiyyəsinə yumruq vurmamışdır. Lamiyə isə bunu edərkən oğlu Ağazeynalı görməmiş, oğlu Ağazeynal həmin vaxt Lamiyənin sol göz nahiyyəsinə yumruq vurmamış, geriyə itəməmişdir. Keçmiş qaymatası Ağazeynalın, Məlahətin və Lamiyənin izahatlarında göstərdikləri tamamilə yalandır, həmin şəxslər məhkəmə tərəfindən verilmiş bir otaqda yaşamamaq üçün onları şərləyib, oradan çıxartmaq istəyirlər. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Şəxs keçmiş gəlini, Şəxs isə nəvəsi olmaqla, həmin şəxslərlə əvvəllər yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Beş il öncə oğlu Adil ilə Qumrunun münasibətləri pozulduğu üçün boşanmışdırlar. Həmin vaxtdan sonra Qumru və Ağazeynalm onunla münasibətləri pozulmuşdur, lakin həmin şəxslərlə ədavəti və problemi olmamışdır. 2021-ci il tarixdə keçmiş gəlini Qumru, hal-hazırda yaşadığı Şamaxı şəhəri, A.Əhmədov küçəsi 9 saylı ünvanda yaşamaq hüququ əldə etmək üçün Şamaxı rayon məhkəməsinə müraciət etmiş, müraciətdən sonra hətta onu döymüşdür, bununla bağlı Şamaxı rayon polis şöbəsinə müraciət etmiş, lakin nəvəsi olduğu üçün bağışlamışdır. Qumrunun məhkəməyə müraciəti ilə bağlı Şamaxı rayon məhkəməsi Qumrunun həmin evə köçürülməsi ilə bağlı qərar qəbul etmişdir. Qərarla bağlı Şamaxı rayon İcra və Probasiya idarəsi 2022-ci ilin mart ayında Qumrunu həmin evin ikinci mərtəbəsində bir otaqda yerləşdirmiş və bununla bağlı akt tərtib etmişdir. Akt tərtib edildikdən sonra Qumru orada qalmayıb getmiş, lakin nəvəsi Ağazeynal bir neçə ara ilə əşyaları gətirib, həmin otağa yerləşdirmişdir. Ağazeynala burada ancaq Qumrunun qalması ilə bağlı xəbərdarlıqlar etsə də, Ağazeyal anası harda özünündə orada qalacağını demiş, həmin vaxt hadisə baş verməsin deyə həmin şəxslərə məhəl verməmişdir. 19 aprel 2022-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı evin birinci mərtəbəsində olan zaman evin ikinci mərtəbəsində nələrinsə sındırıldığını eşidib, nə baş verdiyini bilmək üçün ikinci mərtəbəyə qalxmış və Ağazeynalın Qumruya verilmiş bir otaqdan əlavə digər otağın qapısını qırıb oraya əşya yığdığını görüb, bu barədə sonuncuları xəbərdar edib, anasına yalnız bir otağın verildiyini deyib, qapısını qırdığı otaqdan çıxmalarını tələb etmişdir. Ağazeynal otaqların hamısının sonuncunun özünə məxsus olduğunu deyib qapısını sındırıb, içərisinə əşya yığdığı otaqdan çıxmayacağını demişdir. Bundan sonra Ağazeynal ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Qumru da mübahisəyə müdaxilə etmişdir. Bundan sonra Ağazeynal hər iki qol nahiyyəsindən yapışıb, sıxmağa başlamış, Qumru isə sifət nahiyyəsinə şillə vurub, sol sifət nahiyyəsinə əlləri ilə cırmaq atmağa başlamışdır. Hadisənin səsinə həyat yoldaşı Zərərçəkmiş şəxs hadisə yerinə gəlib üzərlərinə qışqırıb onu Qumru ilə Ağazeynalın əlindən almağa çalışmış, Ağazeynal ilə Qumru onu buraxıb, Məlahətin üzərinə getmişdirlər, Qumru Məlahətin qollarından tutub geriyə itələmiş, Məlahət sağ tərəfi üstə yerə yıxılmışdır. Hadisə zamanı Məlahəti Qumrunun əlindən almaq istədikdə Ağazeynal ilə Qumru üzərlərinə gəlmiş və Ağazeynal sol sifət nahiyyəsinə bir dəfə yumruq vurmuşdur. Həmin vaxt qızı Lamiyə Məmmədova hadisə yerinə gəlib Ağazeynalın onu yumruqla vurduğunu görüb, nəvəsi Ağazeynalın üzərinə qışqırıb, onları aralayıb evin birinci mərtəbəsinə aparmaq istəmiş, nəvəsi Ağazeynal yenidən üzərlərinə gəlib Lamiyənin sol göz nahiyyəsinə yumruqla vurub, itələmiş, lakin buna baxmayaraq Lamiyə onunla əri Ağazeynalı hadisə yerindən uzaqlaşdırıb, evin birinci mərtəbəsinə düşürtmüş, birinci mərtəbədə olarkən özünə gəldikdən bir neçə dəqiqə keçdikdən sonra həyat yoldaşı Məlahət hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib, məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra Məlahət hadisə barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı o, həyat yoldaşı Zərərçəkmiş şəxs və qızı X11 Qumru Rəşid qızı ilə Şəxs oğluna qarşı heç bir qanunsuz hərəkət etməmiş, onları döyməmişdirlər. Baş verən hadisə zamanı hadisə yerində ondan başqa həyat yoldaşı Zərərçəkmiş şəxs, Lamiyə Məmmədova, Şəxs və Şəxs olmuş, əlavə heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə on-on beş dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Şəxs ona qarşı yuxarıda göstərdiklərindən əlavə söyüb-təhqir etmiş, başqa heç bir qanunsuz hərəkət etməmişdir. Şəxs isə yuxarıda göstərdiklərindən əlavə onu təhqir etmiş, evinin ikinci mərtəbəsindəki yataq otağının şüşəli qapısının çərçəvəsinin bir ədəd şüşəsini və qapının əlcək olan hissəsinin bir hissəsini sındırmaqla ona maddi ziyan vurmuş, həmin otaqdakı əşyaları isə həyətə atmış, başqa heç bir qanunsuz hərəkət etməmişdir. Həmin qapı əsl palıd ağacındandır. Həmin qapıları 1992-ci il tarixdə bir ədədini indiki məzənnə ilə 350-400 manata düzəltdirmişdir. Şəxs ona məxsus qapının bir ədəd şüşəsini və əlcək olan hissəsini sındırmaqla ona təxminən 250-300 manat maddi ziyan vurmuşdur. Onunla barışmamış və nəvəsi Ağazeynal ondan üzr istəməmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verib bildirdi ki, o, fəhləlik edərək pul qazanır. 19 aprel 2022-ci il tarixdə təxminən saat 10 radələrində Şəxs ona yaxınlaşıb, ünvan 5 ünvana əşyaları yığıb aparmağı təklif etmiş, Ağazeynala əşyaları yığıb göstərdiyi ünvanda boşaltmaq qarşılığında 20 manat pula razılaşmışdır. Bundan sonra həmin tarixdə saat 15 radələrində Şamaxı şəhəri, A.Əhmədov küçəsi 9 saylı ünvana çatmışdır. Şəxs evin ikinci mərtəbəsinə getmiş, Ağazeynal Məmmədov yük avtomobilinə çıxıb, əşyaları evə daşıması üçün ona vermiş, bir neçə dəqiqə əşyaları avtomobildən evin ikinci mərtəbəsinə doğru aparmağa başlamışdır. Bir neçə dəqiqə keçdikdən sonra əşyaları boşaltmaq üçün ikinci mərtəbəyə qalxdıqda daha sonra adlarının X5, Zərərçəkmiş şəxs və X6 olduğunu bildiyi şəxslərin Şəxs ilə mübahisə edib, evdən çıxmalarını tələb etmələrini, X2 vedrəyə təpik atıb, suyu dağıtmasım və dörgöz qaz deyilən əşyanı aşırtmağa çalışdığını, Lamiyə Məmmədovanın isə Şəxs üzərinə gedib, əl-qol atmasını görüb, dərhal araya girib, Lamiyəyə ayıb olduğunu deyib, sakitləşdirməyə çalışmışdır. Hadisə zamanı kənarda adının sonradan Pərvin olduğunu bildiyi xanımın mobil telefon ilə video çəkdiyini görüb, sonuncuya çəkməməsini videoaya düşmək istəmədiyini demiş, Pərvin adlı xanım təxminən bir dəqiqə daha video çəkdikdən sonra çəkməyi dayandırıb, evin birinci mərtəbəsinə düşməyə başlamış, həmin vaxt Şəxs oğlu hadisə yerinə gəlib, hadisəni gördükdən sonra polisə məlumat verəcəyini deyib, yenidən həyətə çıxmışdır. Bunu eşidən Ağazeynal Orucbaba oğlu, Zərərçəkmiş şəxs və Lamiyə Məmmədova evin birinci mərtəbəsinə düşmüşdürlər. Həmin şəxslər hadisə yerindən uzaqlaşdıqdan sonra yük maşınındakı əşyaları boşaldıb, evin ikinci mərtəbəsinə, Şəxs təmizlədiyi otağa boşaltmış, bir neçə dəqiqə keçdikdən sonra polis əməkdaşlarının gəldiyini görmüş, lakin işini görüb, bitirmiş və orada dayanmayıb yaşadığı evə getmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis kapitanı Bəhlul Məlikli tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 19 aprel 2022-ci il tarixində ünvan 6 ünvanda yaşayan Zərərçəkmiş şəxs ilə Şamaxı şəhəri, A.Əhmədov küçəsi ev 9da qeydiyyatda olan, Şamaxı rayonu, Kərkənc kəndində yaşayan Şəxs Şamaxı rayon polis şöbəsinə ünvanladıqları qarşılıqlı müraciətləri icraatına daxil olmuşdur. Araşdırma zamanı 19 aprel 2022-ci il tarixdə Şəxs X5 ilə X4, Şəxs isə Zərərçəkmiş şəxs qızma sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsi fakt alınmış izahat ilə MTE-nin 21 aprel 2022-ci il tarixli 97, 98, 99 saylı rəyləri ilə öz təsdiqini tapmışdır. Həmçinin baş vermiş hadisə zamanı Şəxs hadisə baş vermiş evin ikinci mərtəbəsindəki bir ədəd qapının çərçəvə və şüşəsini sındırması müəyyən edilməmişdir. Şəxs ilə Şəxs əməlləri hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta hesab edilir. Həmin hadisə zamanı Zərərçəkmiş şəxs, X2, X3, Şəxs və Şəxs kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində şərəf və ləyaqətlərinin nalayiq formada qəsdən alçaldılması faktı alınmış izahatlar ilə öz təsdiqini tapmamışdır. İş materiallarında olan 19 may 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ünvan 6 ünvanda yaşayan Zərərçəkmiş şəxs ilə Şamaxı şəhəri, A.Əhmədov küçəsi ev 9-da qeydiyyatda olan, Şamaxı rayonu, Kərkənc kəndində yaşayan Şəxs qarşılıqlı müraciələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs ilə Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən tədbir görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş, Qərarın surətləri Zərərçəkmiş şəxs, X5, X6, Şəxs və Şəxs oğluna verilməklə qəbul edilmiş qərardan narazı qaldıqları halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüquqlarının olduğu onlara izah edilmiş, Zərərçəkmiş şəxs, X2, X3, Şəxs və Şəxs özlərinin təhqir edilmələrini hesab edirlərsə bununla əlaqədar rayon məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edə biləcəkləri onlara izah edilmiş, Zərərçəkmiş şəxs, X5, X6 ilə Şəxs, Şəxs aralarında şəxsi münasibətlər zəminində münaqişələr davam etdiyi üçün gələcəkdə həmin şəxslər arasında baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin və ya cinayət hadisəsinin qarşısının alınması məqsədi ilə tərəflər münaqişəli ailə kimi profilaktiki qeydiyyata götürülməklə qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş və qərarın surəti prosessual rəhbərliyi həyata keçirən Şamaxı rayon prokuroruna göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 may 2022-ci il tarixli qərardan görünür ki, MTE-nin xx.xx.2022-ci il tarixli, 99 saylı ekspert rəyində X2 almış olduğu xəsarətlərin sağ əlin arxa səthinin və sağ mil-bilək nahiyyəsinin qançırlarının küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yıxılaraq alınmağauyğun gəlməsi, Zərərçəkmiş şəxs almış olduğu xəsarətin sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsinin təyin edilməməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materialları ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs və Şəxs qarşılıqlı müraciələri əsasında toplanmış material üzrə Şəxs oğlunun əməlində cinayət tərkibinin olmaması və buna görə də cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir və həmin qərarların qəbul edilməsindən üç aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar