Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-26/2022 11.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Müdafiəçi Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 26.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahat verib bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 25 fevral 2013-cü il tarixli 2(074)-237/2013 saylı icra vərəqəsinə əsasən Şamaxı şəhəri, N.Nəcəfov küçəsi 80 saylı evdə yaşayan Şəxs 3500 manat məbləğində borc və 20 manat dövlət rüsumu, cəmi 3520 manat vəsait məcburi qaydada tutulub X2 verilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Lakin o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 2820 manat borcu vardır. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, icra sənədinin icrasında yayınmır. Halhazırda icra sənədi üzrə zərəçəkmiş şəxs (tələbkar) X3 borcundan 500 (beş yüz) manat ödəməyə hazırdır, qalan borcunu isə ona 10 gün vaxt verilərsə ödəyəcəyini bildirərək məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, borclu Şəxs icra sənədinin icrasında yayınmamış, maddi imkansızlıqdan ödəniş etməmişdir. Əvvəlki məhkəmə iclasında borcundan 500 (beş yüz) manat ödəmiş, qalan borcunu isə 10 gün ərzində ödəyəcəyinə söz vermişdir. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, tələbkar və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 25 fevral 2013-cü il tarixli 2(074)-237/2013 saylı icra vərəqəsinə əsasən Şamaxı şəhəri, N.Nəcəfov küçəsi 80 saylı evdə yaşayan Şəxs 3500 manat məbləğində borc və 20 manat dövlət rüsumu, cəmi 3520 manat vəsait məcburi qaydada tutulub X2 verilməlidir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 26.02.2013-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı dərhal təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 26.02.2013-cü il tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun axtarılması haqqında 15.07.2014-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 8(074)-594/2015 saylı, 30.12.2015-ci il tarixli qərardadının surətindən görünür ki, xx.xx.1985-ci ildə Şamaxı rayonunda anadan olmuş, ünvan 1-də qeydiyyatda olan borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan borclunun axtarılması haqqında 15.0.2022-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan zərəçəkmiş şəxs (tələbkar) X1 Şamaxı rayon İcra və probasiya Şöbəsinə ünvanladığı şikayət ərizəsinin surətində görünür ki, Şəxs borcunun ödənilməsindən boyun qaçırmış, buna görə də onun barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə müdafiəçinin izahatını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs uzun müddət ərzində yəni icra məmuru tərəfindən icraatın başlandığı 26.02.2013-cü il tarixdən hal hazıradək məhkəmə qərarlarının icrasına laqeyd yanaşması, yalnız onun barəsində inzibati tənbeh təhdidinin mövcud olma hissini anladıqdan sonra borcun az bir hissəsini ödəməsi (26.01.2022-ci il tarixdə 500 manat) dövlət adından qəbul edilmiş məhkəmə qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinə dəlalət edir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-26/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-26/2022
11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver