Məhkəmə qərarları › İş №3(074)-260/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-260/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-260/2025 30.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş 26 iyun 2025-ci il tarixli 28852545 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 tərəfindən verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş 26 iyun 2025-ci il tarixli 28852545 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 600 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X1 şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və materialları nəzərdən keçirərək məhkəmə hesab edir ki, X1 tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməli və materialın aidiyyəti üzrə baxılması üçün Qobustan rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 26 iyun 2025-ci il tarixli 28852545 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 M-4 55.3 km. Qobustan rayonu Cəngi kəndi Yevlax istiqamətində xx.xx.2025-ci il tarixdə saat 17:20:28 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 600 manat məbləğində cərimə olunmuşdur. İnzibati xəta hadisəsi Qobustan rayonu ərazisində törədilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Şərh olunan maddənin mənasından da anlaşıldığı kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xəta haqqında işə yaşadığı yer üzrə baxılması ilə bağlı vəsatət, yalnız səlahiyyətli orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokolun baxılması üzrə məhkəmə aidiyyətini özündə ehtiva edir. Hazırkı halda isə ərizəçi tərəfindən səlahiyyətli orqanın qəbul etdiyi qərar mübahisələndirilir. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarındakı mövqeyinə əsasən, inzibati xəta hadisəsinin Qobustan rayonu ərazisində törədilməsini nəzərə alaraq verilmiş şikayətə Qobustan rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir. İşin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi, işin icraatını rədd edən hallar mövcuddurmu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı, iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 110 və 118-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş 26 iyun 2025-ci il tarixli 28852545 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 tərəfindən verilmiş şikayətə dair inzibati xəta haqqında materialın icraata qəbul edilməsindən imtina edilsin və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə Qobustan rayon Məhkəməsinə göndərilsin. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar