Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-261/2020 14.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Mikayılov Kamran Mikayıl oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs Şamaxı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 3(074)-148/2016 saylı və Şamaxı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(074)-91/2017 saylı icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 500 manat, xx.xx.2017-ci il tarixli qərarı ilə 800 manat məbləğində cərimə edilmiş, lakin maddi imkanı olmadığı üçün cərimə borclarından ödəniş etməmişdir. Şəxs sonda əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş icra məmuru X2 izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 3(074)-148/2016 saylı icra vərəqəsi üzrə 500 manat, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(074)-91/2017 saylı icra vərəqəsi üzrə isə 800 manat məbləğində borcu vardır. Şəxs əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, barəsində axtarış elan olunmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs borcundan ödəniş etməmiş, izahat verməkdən isə imtina etmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 3(074)- 148/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(074)- 91/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 334.2 və 334.3-cü maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi cəzanı əhatə edən 334.3-cü maddəsinin sanksiyası çərçivəsində 800 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 3(074)-148/2016 saylı icra vərəqəsi əsasında Şamaxı rayon İcra və Probasiya Şöbəsində icra işi başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli bildirişin surətindən görünür ki, Şəxs Şamaxı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 3(074)-148/2016 saylı icra vərəqəsi üzrə borcunu dərhal təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(074)-91/2017 saylı icra vərəqəsi əsasında Şamaxı rayon İcra və Probasiya Şöbəsində icra işi başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli bildirişin surətindən görünür ki, Şəxs Şamaxı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(074)-91/2017 saylı icra vərəqəsi üzrə borcunu könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 989/4 saylı xəbərdarlıq məktubundan görünür ki, Şəxs barəsində olan 500 manat cəriməni ödəməsi barədə rəsmi xəbərdarlıq edilmiş və əks halda inzibati məsuliyyətə cəlb olunacağı elan edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 212/6 saylı xəbərdarlıq məktubundan görünür ki, Şəxs Şamaxı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(074)-91/2017 saylı icra vərəqəsi üzrə 800 manat cəriməni ödəməsi barədə rəsmi xəbərdarlıq edilmiş və əks halda inzibati məsuliyyətə cəlb olunacağı elan edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 421/6 saylı xəbərdarlıq məktubundan görünür ki, Şəxs Şamaxı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(074)-91/2017 saylı icra vərəqəsi üzrə 800 manat cəriməni ödəməsi barədə rəsmi xəbərdarlıq edilmiş və əks halda inzibati məsuliyyətə cəlb olunacağı elan edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli borclunun axtarılması haqqında qərarı surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № 844 saylı məktubun surətindən görünür ki, Şamaxı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs icra şöbəsinə gətirilməsinin təmin edilməsi barədə Şamaxı Rayon Polis Şöbəsinə müraciət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində olan xx.xx.2016-cı il tarixli 3(074)-148/2016 saylı və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(074)- 91/2017 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta məhkəmə iclasında vermiş olduğu izahatla, həmçinin iş üzrə şahid qismində dindirilmiş icra məmurunun izahatı ilə, iş materiallarında olan inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi şəkildə peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, məsuliyyətinin yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan inzibati həbs növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-261/2020
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-261/2020
14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver