Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-261/2022 17.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, 22 sentybar 2022-ci il tarixində, saat 21:30 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən M.Ə.Sabirin ev muzeyinin yaxınlığında saxlanılaraq Şamaxı rayon Polis Şöbəsinə gətirilmiş Şəxs üzərində, bir ədəd kibrit qutusunda təmiz çəkisi 1.054 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanması faktı tərtib olunmuş baxış protokolu ilə, alınmış izahatları ilə, Məhkəmə Ekspertiza Mərkəzindən göndərilmiş 23 sentyabr 2022-ci il tarixli, 7/1083 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bu səbəbdəndə, şəxsi islehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana saxladığı üçün Şəxs əməli hazırki qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 22 sentyabr 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evə su gətirmək üçün su qablarını götürüb, "Musa Bulağı" adlanan bulağa piyada gedərkən yol kənarında, yerdə bir ədəd üzərində paraşüt şəkili olan kibrit qutusu görmüş, həmin vaxt siqaret yandırmaq üçün alışqanı olmadığı üçün kibrit qutusunun içərisində kibrit dənəcikləri olduğunu düşünüb həmin kibrit qutusunu yerdən götürmüşdür. Bir ədəd kibrit qutusunu açıb içərisinə baxdıqda qutunun içərisində spesifik iyə malik narkotik maddə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin narkotik vasitəni gələcəkdə istifadə etmək üçün götürüb, əynindəki göy rəngli cins şalvarın sol yan cibinə qoyub su qablarını doldurub, yaşadığı evə getmiş, həmin tarixdə təxminən 21:30 radələrində ərzaq almaq üçün evdən çıxıb marketə doğru getmiş, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi ilə Sabir küçəsinin kəsişməsində M.Ə.Sabirin ev muzeyinin yaxınlığında piyada gedərkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd kibrit qutusu aşkar olunmuşdur. Polis əməldaşları həmin kibrit qutusunu açdıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Hazırda etdiyi əməldən peşmandır, bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X2 izahat verib bildirdi ki, 22 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumat daxil olmuş, həmin məlumat əsasında araşdırma aparılması üçün rayon polis şöbəsinin rəisinə raportla məruzə edilmişdir. Daha sonra rayon Şamaxı RPŞ-nin NMQ-ın əməliyyat müvəkkili, polis kapitanı X5 ilə polis birlikdə 22 sentyabr 2022ci il tarixdə saat 21:30 radələrində Şəxs Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi ilə Sabir küçəsinin kəsişməsində M.Ə.Sabirin ev muzeyinin yaxınlığında mülki geyimdə yaxınlaşıb, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu bildirmişlər. Şəxs onlara, yəni polis əməkdaşlarına etiraz edib üzərində narkotik vasitənin olduğunu etiraf etməmişdir. Həmin vaxt onlar Şəxs Şamaxı rayon polis şöbəsinə dəvət etdiləri üçün Şəxs onlarla birlikdə rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntiyə çəkilməklə onların və vəkil Əlisa Abdullayevin iştirakı ilə Şəxs üzərinə baxış keçirilmişdir. Şəxs üzərinə baxış keçirərkən onun əynindəki əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd üzündə yuxarı hissəsində rus dilində, kirilcə spiçki yazısı, orta hissəsində paraşüt şəkilli, aşağı hissəsində rus dilincə, kirilcə paraşüt sözləri yazılmış, o biri üzündə də, həmçinin kiriİ əlifbası ilə paraşüt sözləri yazılmış kibrit qutusu aşkar olunmuşdur. Həmin aşkar olunmuş kibrit qutusu açılaraq içərisinə baxıldıqda, kibrit qutusunun içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Şəxs üzərindən aşkar olunmuş, bir ədəd kibrit qutusundakı kütlə narkotik vasitə olan qurudulmuş marixuana olmasını və ona məxsus olmasını bildirmişdir. Götürülmüş bir ədəd kibrit qutusundakı qurudulmuş marixuana kağız zərfə qoyulub qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin möhürü ilə möhürlənmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, Şəxs, vəkil Əlisa Abdullayev, baxışda iştirak edən digər polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında şahid qismində Şamaxı RPŞ-nin NMQ-ın əməliyyat müvəkkili, polis kapitanı X5 şahid Şamaxı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X2 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis kapitanı Bəhlul Məlikli tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 22 sentyabr 2022-ci il tarixdə Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon polis şöbəsinə gətirilmiş, ünvan 2 ünvanda yaşayan Şəxs narkotik vasitələr əldə etməsində və üzərində saxlamasında şübhəli olması ilə bağlı rayon polis şöbəsinin təhqiqat qrupuna Şamaxı rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili polis kapitanı X3 tərtib etdiyi 22 sentyabr 2022-ci il tarixli raport daxil olmuşdur. Həmin raport törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 1147 saylı ilə qeydiyyata alınmışdır. Araşdırma zamanı 22 sentyabr 2022-ci il tarixdə, saat 21:30 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən M.Ə.Sabirin ev muzeyinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş ünvan 2 ünvanda yaşayan Şəxs üzərində, bir ədəd kibrit qutusunda təmiz çəkisi 1.054 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlaması faktı tərtib olunmuş baxış protokolu ilə, alınmış izahatlar ilə, Məhkəmə Ekspertiza Mərkəzindən göndərilmiş 23 sentyabr 2022-ci il tarixli, 7/1083 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Lakin üzərində şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana saxladığı üçün Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta hesab edilmişdir. İş materiallarında olan 01 oktyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ünvan 2 ünvanda yaşayan Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş, Şəxs üzərindən aşkar olunaraq götürülmüş, kağız zərfə qoyularaq qablaşdırılmış təmiz çəkisi 1.054 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməsi üçün aidiyyəti üzrə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, HK-1/1147 saylı ekspert rəyindən görünür ki, Şəxs üzərindən götürülmüş təmiz çəkisi 1,054 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, ekspert rəyi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İş üzrə narkotik vasitə 1,054 qram qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 17 oktyabr 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. İş üzrə narkotik vasitə 1,054 qram qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-261/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-261/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver