Məhkəmə qərarları › İş №3(074)-262/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-262/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-262/2020 14.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, X1, müdafiəçi Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Sabirabad rayonu, Nizami kəndində müəllim və Azərbaycan Avtomobil Yolları 19 saylı xüsusi təyinatlı idarənin sahə rəisi işləyən, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olan, faktiki olaraq Şamaxı rayonu, Quşçu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1, 334.1 və 510-cu maddələri ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1 maddələri ilə İXP № ******* saylı inzibati xəta haqqında protokol, 510 maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində nəqliyyat vasitəsində işıq cihazlarından istifadə qaydalarını pozmaqla, nəqliyyat vasitəsini etibarnamə və idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etmiş, eyni zamanda Şamaxı şəhəri N.Nərimanov küçəsində yerləşən rayon polis şöbəsinin inzibati binasının qarşısında xırda xuliqanlıq hərəkətlərinə yol verərək ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində Şamaxı şəhərində yerləşən Şirvangöl restoranında yemək yeyərək spirtli içki qəbul etdikdən sonra atasına məxsus Vaz 21015 markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə oradan qayıdarkən yol partul xidmətinin polis əməkdaşları ona saxla əmri vermiş, o, idarə etdiyi avtomobili saxlamış, polis əməkdaşları ondan sərxoş olub-olmamasını soruşduqda sərxoş olduğunu bildirmiş, daha sonra onu rayon polis şöbəsinə gətirmişlər. O, rayon polis şöbəsində söyüş söyməmiş və nalayiq ifadələr işlətməmişdir. Həmçinin polis əməkdaları ilə aralarında heç bir narazıçılıq olmamışdır. Odur ki, inzibati xəta törədən əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin DYPB-nin əməkdaşı X4 izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə Vaz 21015 markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yol partul xidmətinin polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman həmin avtomobili idarə edən və sonradan adının Şəxs avtomobili etibarnamə olmadan, sərxoş vəziyyətdə, eyni zamanda sürücülük hüququ olmadan idarə etdiyi müəyyən olunmuşdur. Qeyd olunan avtomobil rayon polis şöbəsinin dayanacağına yerləşdirilən zaman Şəxs ictimai yerdə ünvansız söyüşlər söymüş və xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin əməkdaşları X11, X10, X7 və X3 şahid X4 ilə eyni məzmunlu izahat verdilər. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi şəkildə peşman olmasının və ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasının cəza təyin olunarkən nəzərə alınmasını və İXM-nin 510-cu maddəsi ilə özünü təqsirli bilmədiyi və söyüş söymədiyini qeyd etdiyi üçün həmin maddə üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan AZA № 005414 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 00:10 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2020-ci il tarixli 148 saylı aktdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində orta dərəcədə sərxoş olmuşdur. İş materiallarında olan DİN-in DYP veb portalından çıxarışdan görünür ki, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X12 tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X2 etibar edilmişdir. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatı, iş materialları, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1, 334.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və daha ciddi xətanı əhatə edən 334.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını və törətdiyi əməldən səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. İş üzrə məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan inzibati həbs növündə cəza təyin olunmalı, Şəxs inzibati qaydada tutma müddəti onun protokol tərtib etmək üçün gətirildiyi və ayıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il saat 22:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1, 334.1 və 510-cu maddələri ilə təqsirli bilinsin, və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyası çərçivəsində 6 ( altı ) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il saat 22:30-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar