Məhkəmə qərarları › İş №3(074)-265/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-265/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-265/2023 24.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanınnda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində vətəndaş Şabani X4 rayonu, Çuxuryurd kəndində polisin qanuni əmrinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq bildirdi ki, vətəndaş Şəxs ictimai qaydanı pozaraq səs-küy almış və sərnişin qismində olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, 24 iyul 2023-cü il tarixdə saat 02:30 radələrində dostu X2 ilə birlikdə Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən göldən balıq tutan zaman dostu ilə birlikdə spirtli içki qəbul etmişlər, təxminən 20 dəqiqə sonra oradan dostu Anar Məmmədova məxsus olan Çuxuryurd kəndində yerləşən evinə getmişlər, həyətin qarşısında dayanan vəziyyətdə 2 mülki maşında 5-6 nəfər şəxs mülki geyimdə yaxınlaşaraq maşını kimin idarə etdiyini soruşmuşlar, o qaçıb evin qapısını açmış ki, maşının yiyəsini çağırsın, sonra onun qolunu qandallayıb, döyə-döyə sinəsinə vurub maşına otuzdurmuşlar. Onu maşında vuran şəxslərdən biri hal-hazırda şahid qismində olan və çölə çıxan şəxs olmuşdur. Onun heç bir polislərlə mübahisəsi olmamışdır. O, onların polis əməkdaşları olmasını sadəcə onlardan biri qəfil vəsiqəsini təqdim etməsindən bilmişdir. Ozünün səhvi ancaq avtomobili sərxoş vəziyyətdə idarə etməsi olmuşdur. Odur ki, iş üzrə ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X3 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Fuad Məmmədovla birlikdə Şamaxı rayonu Çuxuryurd kəndində xidmətdə olan zaman VAZ-2107 markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəfələrlə yüksək surətlə ziq-zaqvari hərəkətlə edərək təhlükəli manevrlər etməsini görüb, həmin avtomobilə saxla əmri vermişlər, daha sonra avtomobilin sürücüsünə özlərini təqdim etdikdən sonra həmin şəxsin sərxoş vəziyyətdə olmasını görüb nizam-intizama dəvət edərək barəsində qanuni tədbir görülməsi üçün RPŞnə dəvət etmişlər, lakin həmin şəxs onların qanuni əmrlərinə tabe olmayaraq ictimai qaydanı pozub səs-küy salmağa başlamış, onlar dəfələrlə həmin şəxsi nizam-intizama dəvət etsələr də, o, öz qərəzli hərəkətlərini davam etdirmişdir. Daha sonra onlar həmin şəxsi barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə gətirmişlər. RPŞ-də məlum olmuş ki, həmin şəxs Şəxsdur. O və digər polis əməkdaşları Şəxs yaxınlaşarkən mülki geyimdə və mülki avtomobildə olmuşlar. Lakin vəsiqələrini təqdim edib polis olduqlarını bildirmişlər. Şəxs onların saxla əmrinə tabe olmadığından onun idarə etdiyi avtomobilin dayanmış vəziyyətdə olmasını görərək ona yaxınlaşmışlar. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 1.180 promildir. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Fuad Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023cü il tarixdə saat 03:00 radələrində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Novruz Cabbarovla birlikdə Şamaxı rayonu Çuxuryurd kəndində xidmətdə olan zaman VAZ- 2107 markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəfələrlə yüksək surətlə ziqzaqvari hərəkətlə edərək təhlükəli manevrlər etməsini görüb, həmin avtomobilə saxla əmri vermişlər, daha sonra avtomobilin sürücüsünə özlərini təqdim etdikdən sonra həmin şəxsin sərxoş vəziyyətdə olmasını görüb nizam-intizama dəvət edərək barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət etmişlər, lakin həmin şəxs onların qanuni əmrlərinə tabe olmayaraq ictimai qaydanı pozub səs-küy salmağa başlamış, onlar dəfələrlə həmin şəxsi nizam-intizama dəvət etsələr də, o, öz qərəzli hərəkətlərini davam etdirmişdir. Daha sonra onlar həmin şəxsi barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə gətirmişlər. RPŞ-də məlum olmuş ki, həmin şəxs Şəxsdur. Beləliklə məhkəmə iş materiallarında olan sənədlərə və işdə iştirak edən şəxslərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmasını faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43,114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar