Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-265/2025 17.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı X3 tərəfindən qəbul edilmiş 12 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün prosessual müddətin bərpa edilməsi haqqında X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı X3 tərəfindən qəbul edilmiş 12 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 342.2.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat cərimə edilmişdir. Qərardan narazı qalan X2 şikayət verərək, Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı X3 tərəfindən qəbul edilmiş 12 iyun 2025-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda, X2 vəsatətlə Şamaxı rayon Məhkəməsinə müraciət edərək, Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı X3 tərəfindən qəbul edilmiş 12 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Daha sonra X2 ərizə ilə məhkəməyə müraciət edərək Şamaxı rayonu X6 Patrul Xidmətinin 12 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə hüquqi qiymət verilmədən geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Bu səbəbdən məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin və şikayət vermiş şəxsin iştirakları olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin geri qaytarılmasına dair ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı X3 tərəfindən qəbul edilmiş 12 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün prosessual müddətin bərpa edilməsi haqqında X1 vəsatəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132.1.3-cü maddəsini rəhbər tutaraq, qəraraaldı: Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı X3 tərəfindən qəbul edilmiş 12 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün prosessual müddətin bərpa edilməsi haqqında X1 vəsatəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-265/2025
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-265/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver