Məhkəmə qərarları › İş №3(074)-267/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-267/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-267/2020 24.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə Şamaxı rayonu, Göylər kəndində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək, ona sağlamlığa zərər vurmayan və dərəcələri təyin olmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində evə gələn zaman HafizSəlimovun yolun kənarında onun itini döydüyün görüb, Zərərçəkmiş şəxs bunun səbəbini soruşduqdan o, “yaxşı edirəm. Sən qudurmusan. Səni soyduracam” kimi cavablar vermiş, bu zaman Zərərçəkmiş şəxsla aralarında mübahisə başlamış, Zərərçəkmiş şəxs ona yumruq atmış, yumruq onun sağ qaşının üst tərəfindən dəymiş, daha sonra o, Zərərçəkmiş şəxs itələmiş, Zərərçəkmiş şəxs ayağa qalxdıqdan sonra onun və ailə üzvlərinin ünvanlarına nalayiq söyüşlər söymüşdür. Odur ki, Şəxs əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə o, kəndin dükanına ərzaq almağa gedən zaman Şəxs itlərinin dükandan gələn uşaqlara hürdüyünü görmüş və yerdən daş götürərək itlərə atmış, həmin vaxt Şəxs avtomobildən düşərək ona tərəf gəlmiş və onun ünvanına nalayiq söyüşlər söymüşdür. O, Şəxs söyüş söyməməsini bildirdikdə, Şəxs onun üzərinə gələrək yaxasında yapışmış, daha sonra onun qolundan tutaraq burub onu yerə yıxmış, sonra isə yumruqla başının arxa hissəsindən bir neçə dəfə vurmuş, həmin vaxt səsə həyat yoldaşı Şövqiyyə Səlimova gəlmiş, həyat yoldaşının ayağa gipsdə olduğundan yavaş-yavaş gəlmiş, Şəxs həyat yoldaşının gəldiyini görüb ondan uzaqlaşmış, həyat yoldaşı və onun ünvanına nalayiq söyüşlər söyərək həmin yerdən getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səlimova Şövqiyyə Ağaverdi qızı izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs ərzaq almaq üçün kəndin dükanına getmiş, daha sonra səs-küy gəldiyini eşidərək o, da dükana tərəf getdikdə Şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs yerə yıxaraq yumruqla vurduğunu görmüş, Şəxs onun gəldiyini gördükdə Zərərçəkmiş şəxs aralaşmış və həm onun, həm də həyat yoldaşı Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söymüşdür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs, Şəxs və Səlimova Şövqiyyə Ağaverdi qızının müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ekspert rəyinə görə Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində başın ənsə nahiyyəsinin boyun hissəyə keçən səthinin bir ədəd qançırının yumşaq kənarlı küt əşyanın təsirindən törədilməsi və törədilmə müddətinin xx.xx.2020ci il tarixə uyğun gəlməsi müəyyən edilmiş, həmçinin Şəxs bədənində xəsarət aşkar edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını və törətdiyi əməldən səmimi şəkildə peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. İnzibati xətaya görə Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasıını nəzərə alaraq hesab edir ki, ona, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan inzibati cərimə növündə cəza təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar