Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-267/2025 09.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 15 may 1989-cu ildə Şamaxı rayonu, Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-1021/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs məxsus sep 1 ədəd, 585 əyyarlı, 14 qr çəkidə 952 manat dəyərində, qolbaq 1 ədəd, 585 əyyarlı, 7 qr çəkidə, 476 manat, nişan üzüyü 1 ədəd, 585 əyyarlı, 4,5 qram çəkidə, 306 manat, komplekt 1 ədəd, 585 əyyarlı, 10,2 qr, 693,6 manat, üzük 1 ədəd, 4 qr çəkidə 272 manat dəyərində qızıl zinət əşyaları naturada və ya pulla dəyəri alınıb, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün dəfələrlə xəbərdarlıq edilmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, barəsində axtarış elan edilmişdir. Lakin o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 2699 manat 60 qəpik borcu vardır. Əlavə olaraq bildirildi ki, borclu Şəxs barəsində xx.xx.2025-ci il tarixdə yenidən axtarş verilmiş, Xankəndində posta saxlanılıb, gətirilmişdir. Borclu Şəxs izahat verib bildirmişdir ki, məhkəmə qərarında göstərilən borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. xx.xx.2025-i il tarixdə borcundan 1000 manat ödəyəcəyinə söz vermişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, icra sənədi barəsində atası Qəhrəmanov Əzizağanın xx.xx.2020-ci il tarixində Şamaxı rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Bildirişi aldıqdan sonra zəng edib məlumat verməsi əsasında xəbəri olmuş, qeyd olunan qızıllar bacısa məxsus olmuş, toydan sonra həmin qızılları bacısına qaytarmışdır. O, uzun müddətdir ki, Rusiya Federasiyasında ailəsi ilə birlikdə yaşayır. Hazırda Rusiya Federasiyasında işə düzəlməsi ilə əlaqədar burada olan borcunu ödəməsi üçün gəlmişdir. Əlində olan pullarını karta qoymuş, amma burada həmin karta aid bank olmadığına görə kartını tanışına vermişdir ki, o onun pulunun çıxardıb ona gətirsin. Həmin tanışı da, hazırda Rusiya Federasiyasının Dağıstan Respublikasında, Azərbaycanla Respublikası ilə olan sərhəddindədir, maşınlar buraxılmır, bir həftəyə gələcəkdir. Onun ailəsi Rusiyada yaşadığı üçün o, borcunu ödəyib onların yanına qayıtmalıdır. Odur ki, ona borcunu ödəməsi üçün vaxt verilməsini məhkəmədən xahış edir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli 2(074)-1021/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs məxsus sep 1 ədəd, 585 əyyarlı, 14 qr çəkidə, 952 manat dəyərində, qolbaq 1 ədəd, 585 əyyarlı, 7 qr çəkidə, 476 manat, nişan üzüyü 1 ədəd, 585 əyyarlı, 4,5 qram çəkidə, 306 manat, komplekt 1 ədəd, 585 əyyarlı, 10,2 qr, 693,6 manat, üzük 1 ədəd, 4 qr çəkidə 272 manat dəyərində qızıl zinət əşyaları naturada və ya pulla dəyəri alınıb, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 07 yanvar 2020-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan 07 yanvar 2020-ci il tarixli 88/3 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan 08 may 2020-ci il tarixli aktdan görünür ki, icra sənədi üzrə borclu ilə bağlı tələbin yönəldilməsi məqsədi ilə borclu Şəxs yaşadığı Şamaxı rayonu, Çıraqlı kəndində olarkən, onu həmin ünvanda tapmaq mümkün olmamışdir Ətrafda yaşayan vətəndaşların bildirilmələrinə əsasən borclu uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. İş materiallarında olan borclunun axtarılması haqqında 08 may 2020-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Şamaxı rayonu, Çıraqlı kəndində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İzahatdan görünür ki, borclu Şəxs Şamaxı rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli 2(074)-1021/2019 saylı icra sənədindən xəbərdar olduğunu, borcu tam şəkildə ödəməyə imkanının olmamasını, imkanı olduqca ödəniş edəcəyinə söz verdiyi bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İltizamdan görünür ki, borclu Şəxs Şamaxı rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli 2(074)-1021/2019 saylı icra sənədinə əsasən ödəməli olduğu borcu xx.xx.2025-ci il, saat 16.00-da ödəcəyini bildirmişdir. İş materiallarında olan borclunun axtarışı haqqında 21 may 2025-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İzahatdan görünür ki, borclu Şəxs Şamaxı rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli 2(074)-1021/2019 saylı icra sənədinə əsasən ödənilməli olan borcu tam şəkildə ödəməyə imakanının olmamasını, xx.xx.2025-ci il tarixədək borcundan 1000 manat pul ödəyəcəyini bildirmişdir. Məhkəmə proses iştraçılarının izahatını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə fiziki şəxslərin beş yüz manatdan min manatadək məbləğdə cərimə edilməsi və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbsin tətbiq olunması, vəzifəli şəxslərin min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qürür Abasov
Məhkəmə qərarları › İş №3(074)-267/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-267/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver