Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-268/2022 25.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində xidməti ərazini yoxlayan zaman Şamaxı şəhəri “Şirvangöl” restoranında bir nəfər şəxsin uca səslə nalayiq ünvansız söyüşlər işlətmiş, polis əməkdaşlarının qanuni göstərişlərinə məhəl qoymayaraq qanunsuz hərəkətlərinə davam etmiş və polis əməkdaşlarının da ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 24 oktyabr 2022-ci il tarixdə Şamaxı şəhərində yerləşən “Şirvangöl” şadlıq sarayına oğlu ilə birlikdə toya gəlmiş, toyda spirtli içki qəbul etdikdən sonra çölə çıxmış, həmin vaxt ünvansız nalayiq ifadələr və küçə söyüşləri söyməyə başlamış, daha sonra bunu görən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, ona söyüş söyməməyi və ictima qaydanı pozduğunu bildirərək nizam-intizama dəvət etmişlər, lakin o bu cür hərəkətlərini, yəni ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətməsini davam etdirərək polis əməkdaşlarının ünvanına da nalayiq ifadələr işlətməyə başlamış, polis əməkdaşları onu dəfələrlə bu cür hərəkətlərinə son qoyub polisin qanuni tələblərinə əməl etməyi bildirsələrdə o, polisin qanuni tələblərini əməl etməyərək nalayiq ifadələr işlətməsinə davam etmişdir. Daha sonra polislər barəsində tədbir görülməsi üçün onu rayon Polis Şöbəsinə dəvət etmişlər və o polis əməkdaşları ilə birlikdə rayon Polis Şöbəsinə gəlmişdir. Etdiyi əməldən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin sürücü polis serjantı X4 izahat verib bildirdi ki, 24 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində Şamaxı RPŞ-nin PPXB-nin bölük komandiri, polis kapitanı Eliyar Səmədovla xidməti ərazidə olan zaman Şamaxı şəhər "Şirvangöl" restoranının qarşısında insanların toplaşmağını görüb ora yaxınlaşmışlar və bir nəfər şəxsin sərxoş vəziyyətdə uca səslə ünvarsız nalayiq ifadələr və küçə söyüşləri söyərək ictima qaydanı pozmasını görmüşlər həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsə qanunsuz hərəkətlərinə son qoymağı bildirərək nizam-intizama dəvət etsələrdə, lakin sonradan adı onlara məlum olan Şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək polisin ünvanına da nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar dəfələrlə həmin şəxsə bu cür hərəkətlərinə son qoyub polisin qanuni tələblərinə əməl etməyi bildirsələrdə Şəxs polisin qanuni tələblərinə əməl etməyərək nalayiq ifadələr işlətməyinə davam etmiş və ictimai qaydanı pozmuşdur. Daha sonra onlar həmin şəxsi barəsində tədbir görülməsi üçün rayon Polis Şöbəsinə dəvət etmişlər və o, onlarla birlikdə rayon Polis Şöbəsinə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin bölük komandiri, polis kapitanı X2 şahid Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin sürücü polis serjantı X4 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin bölük komandiri, polis kapitanı Elyar Səmədov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində xidməti ərazini yoxlayan zaman Şamaxı şəhəri “Şirvangöl” restoranında bir nəfər şəxsin uca səslə ünvansız söyüşlər söydüyünü görmüşdür. Həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş, lakin həmin şəxs yenidən öz hərəkətlərinə davam edərək polisin ünvanına nalayiq küçə söyüşləri söymüş, polisin qanuni tələblərini kobudcasına pozmuşdur. Həmin şəxsi nizam intizama dəvət etsə də o öz hərəkətlərinə davam etmişdir. Tərəfindən həmin şəxsi Şamaxı RPŞ-nə gətirmişdir. Həmin şəxs RPŞ-də məlum olmuş ki, İbrahim İsmayıl oğludur. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 0.3619 promildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AZ № 017691 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:26 radələrində inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını, məsuliyyətini ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş vəziyyətdə törətməsini və məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 24 oktyabr 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-268/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-268/2022
25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver