Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-269/2025 28.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala əsasən, Şəxs MMC əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan məlumatları təqdim etməmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X5 izahat verərək bildirdi ki, Zəngilan Rayon Polis Şöbəsinin müraciəti əsasında, Naftalan şəhər sakini X6 və Goranboy rayonu, Səfikürd kənd sakini X3 2024-cü ilin qış aylarında Şəxs MMC-də iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi, lakin əmək haqqının ala bilməməsi barədə məlumat X8 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsinə daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı, müvafiq sənədlərin 7 iş günü ərzində X8 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsinə təqdim edilməsi Şəxs MMC-dən xahiş olunmuşdur. Lakin, tələb olunan sənədlər təqdim olunmadığından, hüquqi şəxs Şəxs MMC-nin barəsində İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə inzibati xəta haqqında materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Zəngilan Rayon Polis Şöbəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsinə ünvanladığı məktubunda göstərilir ki, Naftalan şəhər sakini X6 və Goranboy rayonu, Səfikürd kənd sakini X7 ərizə ilə polis şöbəsinə müraciət edərək, 2024-cü ilin qış aylarında Zəngilan rayonu, Ağalı kəndində Şəxs MMC-də əmək müqaviləsi olmadan iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiklərini, lakin işlədikləri müddət ərzində iki nəfər üçün ümumilikdə 4200 manat əmək haqqının verilməməsini bildirmişdirlər. Sonradan, vətəndaş X6 təkrar olaraq ərizə ilə müraciət edərək, əmək haqqının artıq ödənildiyini bildirmişdir. X1 əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi ilə bağlı etdiyi müraciətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətlərinin olması ehtimal edildiyindən, toplanmış materialın baxılması üçün aidiyyəti üzrə göndərilməsi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsinin Şəxs MMC-yə ünvanladığı məktubunda göstərilir ki, Zəngilan Rayon Polis Şöbəsinin müraciəti əsasında, Naftalan şəhər sakini X6 və Goranboy rayonu, Səfikürd kənd sakini X3 2024-cü ilin qış aylarında Şəxs MMC-də iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi, lakin iki nəfərə görə ümumilikdə 4200 manat əmək haqqının ala bilməməsi barədə məlumat X8 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsinə daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı, ətraflı arayışla münasibət bildirilməsi və müvafiq sənədlərin 7 iş günü ərzində X8 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsinə təqdim edilməsi Şəxs MMC-dən xahiş olunmuşdur. Əks təqdirdə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə məsuliyyət daşımaları izah olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan məlumatları təqdim etməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-269/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-269/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver