Məhkəmə qərarları › İş №3(074)-270/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-270/2020

25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-270/2020 25.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Şamaxı rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə Şamaxı şəhərində yerləşən Azərsu ASC-nin 2 saylı su-kanal idarəsinin binasında Zərərçəkmiş şəxs bıçaqla sağlamlığa zərər vurmayan və dərəcələri təyin olmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrində evdə olarkən atası Faiq Hümbətov ona zəng edərək eynəyini iş yerinə gətirməsini xahiş etmiş, o, atasının eynəyini Şamaxı şəhərində yerləşən Azərsu ASC-nin 2 saylı su-kanal idarəsinin binasına apararkən həmin orqanın binasının qarşısında Zərərçəkmiş şəxs atası Faiq Hümbətova qarşı nalayiq ifadələr işlətməsini eşitmiş, bu zaman Zərərçəkmiş şəxsla aralarında mübahisə düşmüş, həmin yerdə olan tanımadığı şəxslər onları ayırdıqdan sonra o, binaya daxil olmuş və atasının otağına keçmişdir. Bir neçə dəqiqə keçdikdən sonra polis əməkdaşlarının həmin ünvana gəldiklərini gördükdə Zərərçəkmiş şəxs onun barəsində rayon polis şöbəsinə müraciət etməsindən məlumatı olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs izahatında göstərdiklərinin tamamilə yalan olduğunu, belə ki, hadisə zamanı üzərində ümumiyyətlə hər hansı kəsici-deşici alət, soyuq və ya odlu silah olmadığını bildirmişdir. Odur ki, Şəxs əməlində peşman olduğunu qeyd etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 09:20 radələrində işdə olarkən idarənin kargüzarı Xəyalə Bədəlova ona yaxınlaşaraq müdir Faiq Hümbətovun onu kabinetinə çağırmasını bildirmiş, buna görə də o, dərhal Faiq Hümbətovun iş kabinetinə getmiş, salamlaşıb əyləşmiş, söhbət etməyə başlamış, söhbət zamanı Faiq Hümbətov niyə görə onun barədəsində şikayətlər etdiyini, ondan nə istədiyini soruşmuş, o, isə heçnə istəmədiyimi, sadəcə olaraq qanunsuz əməllərindən əl çəkməsini Faiq Hümbətovdan tələb etmiş, bu zaman Faiq Hümbətov ona vəzifəsini təklif edib, qarşılığında şikayətlərini dayandırmağı xahiş etmiş, o, isə vəzifə istəmədiyini deyib, bir daha qanunsuz əməllərindən əl çəkməsini tələb etmiş, söhbət zamanı X1 Hümbətov əlində açılıbbağlanan, qırmızı rəngli bıçaqla içəri daxil olub, onu təhqir edib, üzərinə hücum çəkərək əlindəki bıçağı boğazına, sol qulaq nahiyyəsinin aşağı hissəsinə dirəyib, onu öldürəcəyi ilə hədələmiş, həmin vaxt Faiq Hümbətov araya girib onu Şəxs əlindən alaraq Şəxs iclas zalına aparmış, səsküyü eşidən iş yoldaşları Rəsul və Laçın adlı şəxslər otağa daxil olub onu dəhlizə çıxarmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün əbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ekspert rəyinə görə Zərərçəkmiş şəxs almış olduğu xəsarət sol qulaq sırğalıq hissəsinin aşağı arxa səthinin proyeksiyasının bir ədəd səthi cızığının hər hansı kəsici alətin uc hissəsinin təsirindən törəməsinin mümkün olması, xəsarətin yetirilmə müddətinin xx.xx.2020-ci il tarixə uyğun olması, Zərərçəkmiş şəxs almış olduğu xəsarətin sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsinin təyin edilməməsi müəyyən edilmişdir. İş materiallarında olan AZ-İ № 421216 saylı nikah haqqında şəhadətnamə, AA0689885, AZE № 11049408, AZE № 11049403 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Şəxs evlidir. Himayəsində biri xx.xx.2008-ci il, digəri xx.xx.2011-ci il təvəllüdlü olmaqla, iki yetkinlik yaşına çatmayan uşaq vardır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsi dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqların olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. İnzibati xətaya görə Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasıını nəzərə alaraq hesab edir ki, ona, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan inzibati cərimə növündə cəza təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar