Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-273/2020 25.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 20-30 manat olan iki ədəd dörd metr uzunluğunda, biri 100 mm, digəri isə 80 mm diametrli borunu oğurlayaraq xırda talama hərəkətinə yol vermişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, maddi imkanı zəif olduğu üçün xx.xx.2020-ci il tarixdə Şamaxı şəhəri, Dədə Qorqud qəsəbəsində yerləşən tanımadığı həyətin qarşısında iki ədəd dəmir boru olduğunu görmüş, borular olan yerdə heçkimin olmadığını görmüş və həmin boruları oğurlayaraq yaşadığı Şamaxı rayonu, Şəhriyar qəsəbəsinə olan evinə gətirmişdir. Odur ki, Şəxs əməlindən peşman olduğunu və eyni zamanda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Şəxs ona məxsus ümumi dəyəri 20-30 manat olan iki ədəd dörd metr uzunluğunda, biri 100 mm, digəri isə 80 mm diametrli borunu oğurlamışdır. Zərərçəkmiş şəxs odur ki, Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Bu barədə ərizsini məhkəməyə təqdim etdi. İş materillarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanılmış materiallar əsasında cinayət işinin başlanması rədd edilmiş, oğurluq edən şəxs və ya şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilməsi qərara alınmışdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı və iş materialları ilə tam sübut olundu. Lakin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanın ödədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata o, zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanın ödədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-273/2020
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-273/2020
25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver