Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-273/2022 03.11.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1973-cü ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verib bildirdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-727/2021 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs apelyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı rayon məhkəməsinin 27 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh Şəxs 20.000 manat borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı X2 verilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, barəsində axtarış elan edilmişdir. Lakin o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 20000 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, məhkəmə qərarında göstərilən pulu götürməmişdir. O, tələbkardan 5000 manat götürmüşdür. Həmin puldan 760 manatı Akif Fətəliyev götürmüş 4240 manat pulu isə ona verib. Bakı şəhərində 4-cü mikrarayonda yerləşən notariusda 20.000 manat borcunun olması barədə ona qol çəkdiriblər. Səhhətində yaranmış xəstəliklə əlaqədar olaraq çağırışlara gələ bilməmişdir. Psixi vəziyyəti gərgin olduğu üçün Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən psixatriya xəstəxanasında müalicə alır. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, məhkəmə qərarında göstərilən pulu götürməmiş, onu aldadıb imza etdirmişlər. Borclu Şəxs icra sənədinin icrasında yayınmamış, səhhətində yaranmış xəstəliklə əlaqədar olaraq çağırışlara gələ bilməmişdir. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs (tələbkar) X4 teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-727/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh Şəxs apelyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı rayon məhkəməsinin 27 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh Şəxs 20.000 manat borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı X2 verilməlidir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi üzrə icraata başlanılmış və borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun məcburi gətirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs məcburi qaydada Şamaxı rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1973-cü təvəllüdlü, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda oaln Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə zərəçəkmiş şəxs (tələbkar) X1 Şamaxı rayon İcra və probasiya Şöbəsinə ünvanladığı ərizəsinin surətində görünür ki, Şamaxı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) iddianın qismən təmin edilməsi, cavabdeh Şəxs 20.000 manat əsas borcu, hüquqi yardıma görə ödənilmiş xərc üzrə 100 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Cavabdeh Şəxs qətnamədən apelyasiya şikayəti vemişdir. Sumqayıt Apelyasiya məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi) Ş.Abasov və T.Məmmədov) cavabdeh Şəxs apelyasiya şikayətinin qismən təmin edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, cavabdeh Şəxs 20.000 manat borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı X2 verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh - Şəxs kassasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-727/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2021 -ci il tarixli 29105)-727/2021 saylı qətnaməsindən cavabdeh - Şəxs tərəfindən verilmiş kassasiya şikayətinin ona geri qaytarılması, qərardadın qəbul edildiyi andan qüvvəyə minməsi qərara alınmışdır. Beləliklə də, Sumqayıt Apelyasiya məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra edilməlidir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, Sumqayıt Apelyasiya məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsinin icrasının təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Həkim-Psixiatrik komissiyasının rəyinin surətindən görünür ki, Şəxs qayıdan depresiv pozuntu, orta dərəcəli növbəli depressiya epizodu diaqnozu qoyulmuşdur. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştraçılarının izahatını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-273/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-273/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver