Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-273/2023 03.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş materialı nəzərdə keçirərək, m ü ə y y ə n e t d i: Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “VAZ 2106” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərarla müəyyən edilmiş inzibati cəriməni 3 ay ərzində ödəməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan DİN-nin DYP hökumət portalından çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixli EQ ******* saylı qərara əsasən, “VAZ 2106” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 50 manat məbləğində cərimə edilmişdir. Elektron məhkəmə informasiya sistemi üzrə çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldüyündən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-273/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-273/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver