Məhkəmə qərarları › İş №3(074)-273/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-273/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-273/2024 04.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X16 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Şamaxı Rayon Polis Şöbəsinin İTB-nın sahə rəisi X2 iştirakı ilə, xx.xx.1973-cü ildə Şamaxı rayonu, Qaladərəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “Azəriqaz” X4 Xidmət Sahəsində nəzarətçi işləyən, Şamaxı rayonu, Qaladərəsi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur ki, o, xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Çuxuryurd kəndində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Şamaxı RPŞ-nin İTB-nın sahə rəisi X6 göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri Ziya Səlimov ilə Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri X11 rayon Qaladərəsi kəndində xidmətdə olan zaman, **-BG-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı avtonəqliyat vasitəsinin kənd ərazisində yüksək sürətlə idarə etdiyini görmüş və həmin avtonəqliyyat vasitəsinin saxlanılması üçün işarə verilmişdir. Avtomaşın saxlayan zaman, sürücünün Qaladərəsi kənd sakini Şəxs bilinmiş və ona etdiyi qayda pozuntusunu izah etmək istəyərkən, sürücü avtomaşını onların üstünə sürərək, həmin yerdən Şamaxı şəhəri istiqamətinə uzaqlaşmışdır. Polis əməkdaşları tərəfindən dərhal Şamaxı RPŞ-nin YPX və PPXB-nin əməkdaşlarına məlumat verilmişdir. Sürücü Çuxuryurd kənd ərazisində YPX-nin əməkdaşları tərəfindən saxlanılan zaman, polisin qanuni tələbinə tabe olmayaraq, heç bir sənəd təqdim etməyərək, öz qanunsuz əməllərinin düzgün olduğunu söyləyib, həmin yerdən avtomaşını idarə edərək, uzaqlaşmaq istəyərkən, saxlanılaraq barəsində qanuni tədbir görülməsi üçün Şamaxı RPŞ-yə gətirilmişdir. Bununla bağlı, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək, izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, səhər saat 07:30 radələrində yaşadığı Şamaxı rayonu Qaladərəsi kəndində yerləşən evdən özünə məxsus **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə çıxarkən, iki nəfər tanıdığı Ziya Səlimov və Seyid Tağıyev kimi tanıdığı polis əməkdaşları mülki geyimdə avtomobili saxlamağı ondan tələb etmişdirlər. Həmin şəxslər onların avtomobilinə oturaraq, onlarla birlikdə polis şöbəsinə getməsini istəmişdirlər. Lakin, o, özü şöbəyə gedəcəyini bildirib, həmin şəxslərlə birlikdə avtomobillərinə minib, getməkdən imtina etmişdir. Bundan sonra, o, özünə məxsus avtomobil ilə yoluna davam etmişdir. Qaleybuğurd kəndinin ərazisində dəfələrlə onun avtomobilini saxlatdırmaq istəmişlər, ona maneçilik törətmişlər, bununla bağlı, o, DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra, Çuxuryurd kəndi ərazisində hərəkətdə olarkən, kəndin girişində Yol Patrul Xidmətinin əməkdaşları onu görüb geri qayıdaraq, “Eldorado” marketin qarşısına, güzgüdən YPX əməkdaşlarının gəlməsini görüb, avtomobili özü saxlamışdır. Tanıdığı Ruxsar adlı polis əməkdaşı ona yaxınlaşaraq, onunla polis şöbəsinə getməli olduğunu ona demişdir. O, nə səbəbə görə getməli olduğu soruşmuş, lakin bu barədə ona heç bir məlumat verilməmişdir. Bu səbəbdən o, avtomaşından enməyərək, qapılarını bağlayıb və yan şüşələrini qaldırmışdır. Daha sonra, onu məcbur edib, polis avtomaşınına mindirib, polis şöbəsinə aparmışdırlar. Heç bir qanun pozuntusuna yol vermədiyindən, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi X3 göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində Şamaxı rayonu, Qaladərəsi kəndində polis sahə rəisi Mirdadaş Tağıyev ilə birlikdə xidmətdə olarkən, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün kəndin ərazisində yüksək sürətlə, təhlükəli manevrlər etdiyi üçün, “saxla” işarəsi verilmiş, lakin sürücü avtomobili onların üstünə sürmüş və hadisə yerindən uzaqlaşmışdır. Həmin şəxsin kənd sakini kimi tanıdıqları Şəxs olmasını bilmişdirlər. Onlar bu barədə YPX və PPX əməkdaşlarına məlumat vermişdirlər. Daha sonra Çuxuryurd kəndinin ərazisində **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə YPX əməkdaşları tərəfindən “saxla” işarəsi verilmişdir. Sürücü avtomobili saxlasa da, avtomobilin qapılarını və yan şüşəsini açmamış, YPX əməkdaşlarına sənədlərini təqdim etməmiş və bundan sonra, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaması səbəbindən, həmin şəxs PPX əməkdaşlarının köməkliyi ilə Şamaxı Rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi X1 şahid X3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru X7 göstərdi ki, xx.xx.2024-cü il tarixdə, səhər saat 08:15 radələrində Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi Mirdadaş Tağıyev ona zəng edərək, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Qaladərəsi kəndində yüksək sürətlə təhlükəli manevrlər etməsini, sürücünün avtomobili saxlamamasını və üstünə tərəf avtomobili sürməsini bildirmişdir. **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində “saxla” işarəsi verilmişdir. Sürücü avtomobili saxladıqda, sürücünün onun tanıdığı Şəxs adlı şəxs olmasını müəyyən etmişdir. O, yaxınlaşaraq özünü təqdim etmiş və sənədləri təqdim etməsini istəmiş, lakin sürücü avtomobilin yan şüşələrini və qapısını açmamış, dəfələrlə sənədləri təqdim etməsini istəsə də, sonuncu qanuni tələblərinə qəsdən tabe olmayaraq, avtomobilin yan şüşəsini açmamış və oradan uzaqlaşmaq istəmişdir. Bundan sonra, PPX əməkdaşlarının köməkliyi ilə sürücü Şamaxı Rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru X9 və Şamaxı RPŞ-nin PPXB-nin komandiri X8 şahid X7 ilə oxşar məzmunlu ifadə vermişdirlər. İş materiallarında olan AZA 021351 nömrəli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:30-da inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs tərəfindən inzibati xətanın törədilməsi iş materialları və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona inzibati həbs növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarix, saat 09:30-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı Rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar