Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-275/2022 09.11.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Şamaxı şəhəri, N.Nərimanov küçəsində Şamaxı RPŞ-nin polis əməkdaşlarını söyüb təhqir etmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında təxmini 15:00 radələrində dostu Xəyyam Vəliyev ilə birlikdə ona məxsus olan “RANGE ROVER VOGUE” minik markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonuna gəlmişlər. İstirahət etmək üçün “Rose Park” restoranında əyləşib yemək yeyən zaman dostu Xəyyam spirtli içki qəbul etmişdir. Dostu ilə birlikdə Şamaxı rayonunun müxtəlif yerlərini gəzmək üçün onun avtomobili ilə çıxmışlar. Sonra yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışlar. O, avtomobili idarə etdiyi üçün saxlanılmalarının səbəbini soruşduqda ötmə əməliyyatını pozduğunu bildirmişdir. O, da yol patrul əməkdaşlarından görüntünü təqdim etmələrini xahiş etmişdir. Yanında olan dostu Xəyyam görüntünü görmədiyi üçün protokol tərtib olunmasına etiraz etmişdir. Törətdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, Şəxs heç bir polis əməkdaşlarına tabesizlik etməmiş, sadəcə Xəyyam adlı şəxsin yol patrul əməkdaşlarından görüntünü təqdim etmələrini xahiş etmişdir. Törətdiyi əməldən peşmandır. Müdafiəçi bunların nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis serjantı X5 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 23:00 radələrində PPXB-nin tağım komandiri polis leytenantı X13 rayon ərazisində xidmətdə olduqları zaman növbətçi hissənin göstərişi ilə N.Nərimanov küçəsində xidmət aparan YPX əməkdaşlarına kömək etmək üçün ora yaxınlaşmışlar. Bu zaman iki nəfər şəxsin YPX əməkdaşlarına əl qol hərəkətləri ilə söyüş təhqir etmiş, onların qanuni tələblərini kobud şəkildə pozmuş, onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və onları qanunsuz əməllərinə davam etdirirdilər. Onlarda həmin şəxsləri RPŞ-nə dəvət etmişlər, iki nəfər şəxs RPŞ-nə gətirilərkən xidməti avtomaşında onlara qarşı söyüş, təhqir işlədib öz telefonuna çəkirdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin tağım komandiri polis leytenantı X10, Şamaxı rayon yol patrul xidməti inspektorları X2 və X1 RPŞ-nin PPXB-nin polis serjantı X5 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı Yol patrul xidməti inspektoru polis baş serjantı Ceyhun Bayramlı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixində saat 21:00 radələrində BMW markalı **-YP-*** nömrəli dövlət qeydiyyat nişanlı avtopatrul maşını ilə xidməti yoldaşı polis baş serjantı Samir Xanaliyev ilə birlikdə Şamaxı şəhəri N.Nərimanov küçəsində xidmətdə olan zaman “RANGE ROVER VOGUE” minik markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ötmə əməliyyatı və əvvəllər elektron protokolu olduğu üçün tərəflərindən saxla işarəsi verilmişdir. Nəqliyyat vasitəsinin sürücüsü qismində olan şəxs adı onlara sonradan məlum olan Şəxs Samir Xanaliyev yaxınlaşaraq özünü təqdim edən zaman sərnişin qismində olan şəxs adı onlara sonradan məlum olan X7S.Xanaliyeva yaxınlaşaraq onun xidmətə maneə olaraq polisə nəlayiq ifadələr işlədərək uca səslə söyüşlər söylməyə başlamışdır. Onlar həmin şəxsləri dəfələrlə nizam intizama dəvət etsələrdə onlar onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişlər. ona görəd həmin yerə PPXB-nin əməkdaşlarını köməyə çağırmışlar. Həmin əraziyə yaxınlaşan PPXB-nin əməkdaşları hər iki şəxsi sakitləşdirməyə və polisin qanunu tələbinə tabe olmağı tələb edərək onları RPŞnə dəvət etsələrdə həmin şəxslər öz hərəkətlərini davam etdirdikləri üçün tərəflərindən RPŞ-nə gətirilmişlər. Daha sonra onlara məxsus nəqliyyat vasitəsi RPŞ-nin mühafizə olunan duracağa yerləşdirilmişdir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 0.000 promildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AZ № 017642 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan TP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokola əsasən, “RANGE ROVER VOGUE” minik markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 327.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddələri ilə səlahiyyətli orqan tərəfindən 150 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Qeyd edilən Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini və Şəxs ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakin Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-275/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-275/2022
09.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver