Məhkəmə qərarları › İş №3(074)-278/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-278/2022

12.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-278/2022 12.11.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Türkmənistan Respublikası Bezmen şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 23.20 radələrində vətəndaş Şəxs Şamaxı şəhər A.M.Şərifzadə küçəsində yerləşən "Bağ” adlanan kafedə ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmiş və küçə söyüşləri söymuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni əmrinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 11 noyabr 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvanda və məhlədə spirtli içki olan viski və çaxır içdikdən sonra həmin gün təxminən saat 23 radələrində Şamaxı şəhəri A.M.Şərifzadə küçəsində yerləşən “Bağ” adlanan kafeyə gəlmiş və orada heç bir səbəb olmadan rayonun vəzifəli şəxslərinin və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr və küçə söyüşləri söyməyə başlamış, daha sonra bunu görən polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etdikdən sonra ona söyüş söyməməyi və ictima qaydanı pozduğunu bildirərək nizam-intizama dəvət etsələr də, o bu cür hərəkətlərinə, yəni ictimai qaydanı pozaraq rayonun vəzifəli şəxslərinin və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Daha sonra digər polis əməkdaşları da ictimai qaydanı pozduğu əraziyə yaxınlaşmış və ona dəfələrlə bu cür qanunsuz hərəkətlərinə son qoyub polisin qanuni tələblərinə əməl etməyi bildirsələr də, o, yenə də polislərin qanuni tələblərinə əməl etməyərək nalayiq ifadələr işlətməyinə davam etmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının da ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra polislər barəsində tədbir görülməsi üçün onu rayon Polis Şöbəsinə dəvət etmişlər və o polis əməkdaşları ilə birlikdə rayon Polis Şöbəsinə gəlmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXBnin polis serjantı X1 izahat verib bildirdi ki, 11 noyabr 2022-ci il tarixdə saat 23:22 radələrində xidməti ərazidə olan zaman Şamaxı şəhər A.M.Şərifzadə küçəsində yerləşən “Bağ” adlandırılan kafedə bir nəfər şəxsin ictmai qaydanı pozaraq rayonun vəzifəli şəxslərinin və polislərin ünvanına nalayiq ifadələr işlətməsi və küçə söyüşləri söyməsi barədə məlumat aldıqdan sonra digər polis əməkdaşı, polis kiçik serjantı X7 ilə birlikdə hadisə yerinə yaxınlaşmışlar. Hadisə yerinə gəldikdən sonra bir nəfər şəxsin ictimai qaydanı pozaraq rayonun vəzifəli şəxslərinin və polislərin ünvanına nalayiq ifadələr işlətməsi və küçə söyüşləri söyməsini görüb orada olan polis əməkdaşı ilə birlikdə ictimai qaydanı pozan sonradan adı onlara məlum olan Şəxs nizam-intizama dəvət edib nalayiq ifadələr və küçə söyüşləri işlətməməyi bildirsələr də, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlirini davam etdirərək polis əməkdaşlarının da ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Şəxs kafedən çölə çıxarsalar da o, çöldədə uca səslə söyüşlərinə davam etmişdir. Daha sonra onlar Şəxs barəsində tədbir görülməsi üçün rayon Polis Şöbəsinə dəvət etmişlər və o, onlarla birlikdə rayon Polis Şöbəsinə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXBnin polis kiçik serjantı X7 və Şamaxı rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi X3 şahid Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis serjantı X1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verib bildirdi ki, 11 noyabr 2022-ci il tarixdə saat 23:10 radələrində işlədiyi Şamaxı şəhər A.M.Şərifzadə küçəsində yerləşən "Bağ” adlandırılan kafedə müştərilərə xidmət edən zaman əvvəldən tanıdığı Şəxs əlində spirtli içki olan çaxır şüşəsi ilə kafeyə daxil olaraq sərxoş vəziyyətdə ictmai qaydanı pozaraq rayonun vəzifəli şəxslərinin və polislərin ünvanına nalayiq ifadələr işlətmiş və küçə söyüşləri söyməyə başlamış, sarpayçı yoldaşı X8 ona rayon rəhbərlərini söyməməyi içkili olduğu üçün kafeni tərk etməyi bildirsələr də, o, yenidən onu və rayonun rəhbər şəxslərini söyməyə başlamış və bir neçə dəqiqə sonra polis əməkdaşları kafeyə gələrək Şəxs nizam intizama dəvət edərək evinə getməyi spritli içki təsirində olmasını bildirmişlər. O, yenidən polis işçilərini və digər rəhbər şəxslər söyməyə davam etmiş və polis əməkdaşları həmin şəxsi RPŞ-nə barəsində qanuni tədbir görülməsi üçün aparmağı dəvət etsələrdə polisin tələbinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etdirmişdir. Şəxs Şamaxı şəhər A.M.Şərifzadə küçəsində yerləşən “Bağ” adlandırılan kafedə ictmai qaydanı pozaraq rayonun vəzifəli şəxslərinin və polislərin ünvanına nalayiq ifadələr işlədən zaman orada ondan başqa tanıdığı digər sarpayçı X8 və tanımadığı çoxsaylı müştərilər olmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi Mirəli Daşdəmirli tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 11.11 2022ci il tarixdə saat 23:20 radələrində Şamaxı şəhəri A.M.Şərifzadə küçəsində yerləşən “Bağ” adlandırılan kafedə bir nəfər şəxsin ictmai qaydanı pozaraq rayonun vəzifəli şəxslərinin və polislərin ünvanına nalayiq ifadələr işlətməsini və küçə söyüşləri söyməsini görüb həmin şəxsə yaxınlaşaraq özünü təqdim edərək nizam-intizama dəvət etsə də, həmin şəxs öz qanunsuz hərəkətlərinə son qoymayaraq qərəzli hərəkətlərini davam etdirmişdir. Buna görə də sözügedən əraziyə RPŞ-nin PPXB-nin əməkdaşlarını köməyə çağıraraq polis əməkdaşlarının köməyi ilə həmin şəxsi RPŞ-nə dəvət etmişlər. RPŞ-də məlim olmuş ki, ictimai qaydanı pozaraq nalayiq ifadələr işlədib polisin qanuni əmrinə tabe olmayan şəxs Şəxsdur. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 1.3418 promildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AZA 016634 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:41 radələrində inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş vəziyyətdə törətməsini və məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 11 noyabr 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar