Məhkəmə qərarları › İş №3(074)-283/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-283/2022

15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-283/2022 15.11.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 oğlunun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ağsu rayonu Suraxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Şamaxı rayonu Qaravəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, 15 oktyabr 2022-ci il tarixdə, saat 06:59-da Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda Şamaxı rayonu, Qaravəli kəndində yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək həmin tarixdə Həsən adlı şəxs tərəfindən döyməsini bildirməsi göstərilmişdir. Aparılmış təhqiqat araşdırması zamanı 15 oktyabr 2022-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi fakt alınmış izahat ilə MTE-nin 17 oktyabr 2022-ci il tarixli 515 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla, həmin şəxslə münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 14 oktyabr 2022-ci il tarixdə Şamaxı rayon Qaravəli kəndinin qoyunların otarılmasında növbədə olmuş elə həmin günü axşam saatlarında qardaşı Məhəmməd ona zəng etmiş,Zərərçəkmiş şəxs ona zəng edərək bir baş keçisinin gəlmədiyini demişdir. Qardaşı Məhəmmədə cavab olaraq Tahirin ona zəng etməsini konturunun olmamasını bildirmişdir. Sonra səs-soraq çıxmamış növbəti gün 15 oktyabr 2022-ci il tarixdə səhər 6-da xırda buynuzlu qoyunları örüşə yəni Şamaxı rayonu Qaravəli kəndində çıxacağı ilə üzü Ağsu istiqamətinə ötürməyə gəlmiş, Tahir adlı həmkəndlisinin heyvanın axtarmasını görüb sonra Tahirdən heyvan-qaranın içində nəyi axtarmasını soruşmuş, göy rəngdə keçini axtardığını demiş, dedikdən sonra keçinin həmin yerdə olduğunu özünə bildirmiş, özü baxandan sonra balasının olduğunu lakin ana keçinin olmadığını bildirmişdir. Sonra Tahirə heyvanın ekiz balası olmasını hardan bildiyini demiş, bu vaxtı aralarında mübahisə yaranmış, onu təhqir edərək üzərinə gəlmiş həmin vaxtda onu itələyərək özündən uzaqlaşdırmış, qardaşı Məhəmməd onları aralayaraq dalaşmağa qoymamışdır. Nalayiq ifadələr işlədə işlədə çıxıb getməsini bildirmişdir. Həmin hadisə Şamaxı rayonu, Qaravəli kəndində yerləşən örüş sahəsində baş vermişdir. Tahirin örüşdə gəlmədiyi dediyi xırda buynuzlu keçini tapıb özünə demiş, baş verən hadisə zamanı hadisə yerində ondan başqa qardaşı Məhəmməd adlı şəxs olmuş, əlavə heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə iki-üç dəqiqə ərzində davam etmişdir. O, Tahir döyməmiş və heç bir xəsarət yetirməmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Həsən adlı şəxs həmkəndlisi olmaqla, həmin şəxslə münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 14 oktyabr 2022-ci il tarixdə Həsən Şamaxı rayon Qaravəli kəndinin qoyunlarının otarılmasında növbədə olmuş, elə həmin günü özünün bir baş keçisi örüşdən gəlməmiş, axşam saatlarında kəndə soraq vermiş bir baş heyvanı tapılmamışdır. Bundan sonra Həsənin qardaşı Məhəmmədə zəng etmiş qardaşının növbəsində heyvanının gəlmədiyini demiş, o isə qardaşına deyəcəyini bildirmişdir. Növbəti dəfə zəng edəndə qardaşı ilə danışdığını iki nəfərə soraq edəcəyini hal-hazırda həmin şəxslərin evdə olmamasını bildirmişdir. 15 oktyabr 2022-ci il tarixdə səhər 6-da tez oyanmış, kənd heyvanlarının ötürülən yerə getmiş, həmin yerdədə heyvanı tapmamış, sonra Həsənin heyvanlarını gətirdiyini görüb özünə dünəndən keçinin gəlməməsini demiş, o da cavabında hansı heyvanın gəlmədiyini soruşmuş, cavab olaraq keçən il aldığı balalı keçinin gəlmədiyini özünə bildirmişdir. Məsafələri uzaq olduğundan ona yaxınlaşmış təkrar deyən zaman bu vaxt onun üstünə gələrək yaxasından yapışmış alın nahiyəsinə kələ atmış, ucadan nalayiq ifadələr işlətmişdir. Həmin ərazidə Hörmət Zərbalıyev və Həsənin qardaşı Məhəmməd olmuşdur. Hörmət onları sakitləşdirmiş, özü dərhal kənara keçən kimi döyülməyi barədə DİN-nin 102 zəng xidmətinə məlumat verib, taksiyə minərək Şamaxı rayon polis şöbəsinə gedərək hadisə barədə müraciət etmişdir. Həmin hadisə zamanı Şəxs qarşı heç bir qanunsuz hərəkət etməmiş, döyməmişdir. Həmin hadisə Şamaxı rayonu, Qaravəli kəndində yerləşən örüş sahəsində baş vermişdir. Baş verən hadisə zamanı hadisə yerində ondan başqa Hörmət və Məhəmməd adlı şəxslər olmuş, əlavə heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə iki-üç dəqiqə ərzində davam etmişdir. Odur ki, Şəxsla barışmamış, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 26 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı rayonu, Qaravəli kəndində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şamaxı rayonu, Qaravəli kəndində yaşayan Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmişdir. Həmin qərardan görünür ki, MTE-nin 17 oktyabr 2022-ci il tarixli 505 saylı ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin alın və qarın nahiyyələrində qançıları küt əşya təsirindən, törənməklə qərarda göstərilən tarixdə yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən, yetirilməsinin mümkün olduğunu, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələrinin təyin edilməməsi göstərilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Ağa Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 15 oktyabr 2022-ci il tarixdə Şamaxı rayonu, Qaravəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə Həsən adlı şəxsin onu döyməsini göstərməklə, həmin şəxs barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı 15 oktyabr 2022-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi fakt alınmış izahat ilə MTE-nin 17 oktyabr 2022-ci il tarixli 505 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta hesab edilmişdir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar