Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-285/2022 21.11.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2 oğlunun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, 05 oktyabr 2022-ci il tarixdə, saat 1330-da Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda Şamaxı rayonu, Göylər kəndində yaşayan X1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Nişanə Fərzəliyevanın, Rahib adlı şəxs tərəfindən döyülməsi barədə məlumat verməsi göstərilmişdir. Aparılmış təhqiqat araşdırması zamanı 04 oktyabr 2022-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi fakt alınmış izahat ilə MTE-nin rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasmm İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Nişanə Fərzəliyeva həmkəndlisidir, onunla münasibətini yaxşı olmuş, aralarında dava-dalaş və ədavət olmamaışdır. Onun 11 yaşlı qızı Nişanə Fərzəliyevanın oğlu ilə sinif yoldaşıdır. Uşaqlar arasında mütamadi olaraq mübahisə yarandığından Nişanənin həyat yoldaşı Rəşad ilə söhbət etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə evlərinə getmiş, bu zaman Nişanə Fərzəliyeva həyətə çıxmış, bundan sonra onun uşağının mübahisə etdiyini, onu tərbiyələndirməsini xahiş etmişdir. Bu zaman Nişanə Fərzəliyeva sən kimsən mənim həyətimə gəlmisən demiş və onu söyüb təhqir etməyə başlamışdır. O, heç bir söz deməmiş, Nişanə üzünə şillə vurmaq istəyərkən onun əlindən tutub itələmişdir. Sonra heçbir söz deməyib uzaqlaşaraq evinə getmişdir. Nişanə Fərzəliyevanı döyməmiş, aralarında sözlü mübahisə baş vermişdir. Nişanənin bildirdiklərinin tamamilə şər və böhtan olmasını, Nişanə Fərzəliyeva ilə aralarında mübahisənin təxminən ümumilikdə üç-beş dəqiqə ərzində davam etmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Rahib adlı şəxs həmkəndlisi olmaqla, onunla münasibəti yaxşı olmuş, aralarında dava-dalaş və ədavət olmamışdır. 04 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində evdə olan zaman Rahib adlı şəxs evlərinə gələrək övladının onun oğlu ilə mübahisə etdiyini bildirmiş, niyə övladına tərbiyə verməməsini demiş, cavab olaraq o uşaq olduqlarını, Rahibi sakitləşmək istəmişdir. Lakin Rahib adlı şəxs öz qanunsuz hərəkətlərinə davam edərək onu söyüb təhqir etmiş, bundan sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Rahib üzünə bir şillə vurmuş, 05 oktyabr 2022-ci il tarixdə o olanlar barəsində həyat yoldaşı Rəşad Fərzalıyevə danışmış, həyat yoldaşı Rəşad Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və Şamaxı rayon polis şöbəsinə rəsmi ərizə ilə müracət etmişlər. Hadisə təxminən ümumilikdə 3-5 dəqiqə ərzində davam etmişdir. Odur ki, Həsən Həbibovla barışmamış, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 15 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı rayonu, Göylər kəndində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şamaxı rayonu, Göylər kəndində yaşayan Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmişdir. Həmin qərardan görünür ki, MTE-nin 10 oktyabr 2022-ci il tarixli 495 saylı ekspert rəyində Zərərçəkmiş şəxs oğlunun almış olduğu xəsarətlərin sağ bazunun yuxarı 1/3-nin sağ badun orta 1/3-nin qançırları küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilməsinin mümkün olmasnı, Zərərçəkmiş şəxs almış olduğu xəsarətin sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsinin təyin edilməməsi göstərilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Şəmşir Şirinov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs 05 oktyabr 2022-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə Rahib adlı şəxs tərəfindən döyülməsini göstərməklə, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Araşdırma zamanı 04 oktyabr 2022-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi fakt alınmış izahat ilə MTE-nin rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta hesab edilmişdir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-285/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-285/2022
21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver