Məhkəmə qərarları › İş №3(074)-287/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-287/2022

22.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-287/2022 22.11.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Şamaxı rayonu, Cabanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon X6 X9 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində idarə etdiyi “VAZ 21070” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən idarə etməni qəflətən itirib yolun kənarında olan qaz borusuna çırpılmışdır. Hadisə vaxtı qaz borusuna heç bir ziyanlıq olmamış, lakin onun idarə etdiyi avtomobilə 1295 manat ziyan vurmuşdur. İdarə edən zaman avtomobildə tək olmuş, avtomobili etibarnaməsiz idarə etmişdir. Heç bir bədən xəsarəti almamışdır. Odur ki, törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin DYPBnin baş inspektoru X4 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixində saat təxminən 00:30 radələrində vətəndaş Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21070” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla avtomaşınla hərəkətdə olarkən idarə etməni qəflətən itirib yolun kənarında olan qaz borusuna çırpılaraq yol nəqliyyatı hadisəsi törətmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində “VAZ 21070” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş vəziyyətdə qaz borusuna vuraraq avtomaşına 1295 manat zərər vurmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 44 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 1,809% promildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli rəydən görünür ki, “VAZ 21070” markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına 1295 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan BD № 262667 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21070” minik markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomaşının sahibi X1r. İş materiallarında olan Şamaxı RPŞ-nin DYPB-nin rəisi Rəşad İsmayılov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan Şəxs sürücülük vəsiqəsinin olub-olmaması Azərbaycan Respublikası DİN-nin BDYP-nin mərkəzi məlumat bazasında yoxlanılmış və Şəxs sürücülük vəsiqəsinin olmaması müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasəan bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən hal kimi səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sansiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, zərərçəkmiş şəxs X2 ona vurulmuş maddi ziyanla bağlı Şəxs qarşı mülki icraat qaydasında iddia vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib, 1(bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar