Məhkəmə qərarları › İş №3(074)-287/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-287/2023

03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-287/2023 03.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 oğlunun, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 01 avqust 1991-ci ildə Şamaxı rayonu, Meysəri kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Şamaxı rayonu, Meysəri kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 izahatında göstərdi ki, 06 iyul 2023-cü il tarixdə, saat 11:23-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda Şamaxı rayon, Meysəri kəndində yaşayan Zərərçəkmiş şəxs2 Hüseyin qızı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək keçmiş kürəkəni Samir adlı şəxs tərəfindən döyülməsini göstərmişdir. Vətəndaş Zərərçəkmiş şəxs2 Hüseyin qızı 06 iyul 2023-cü il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə keçmiş kürəkəni Şəxs onu döyməsini göstərməklə, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Araşdırma zamanı 06 iyul 2023-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Hüseyin qızına sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı alınmış izahatlar və MTE-nin 13 iyul 2023-cü il tarixli rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasmm İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 2010-cu il tarixdə həmkəndlisi Təranə Həsənova ilə ailə həyatı qurmuş, bu nigahdan dörd övladı dünyaya gəlmişdir. 2022-ci il tarixdə həyat yoldaşı Təranə Həsənova hamiləlik zamanı, dünyasını dəyişmişi, bundan sonra övladlarından iksi Zəhra Həsənova və Zərərçəkmiş şəxs1 X2in himayısinə verilmişdir. X2 və qayınanası Zərərçəkmiş şəxs2 ilə münasibəti yaxşı olmuş, aralarında dava-dalaş və ədavət olmamış, lakin son vaxtlar Zərərçəkmiş şəxs2 onun himayəsində qalan iki övladını almaq üçün mütamadi olaraq mübahisə etmiş və ona şər böhtan atamağa çalışaraq, övladlarını almaq istəmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə onu himayəsində olan Yusif Həsənov qardaşları ilə oynamaq məqsədi dayısı Əlzamin, Zərərçəkmiş şəxs2 evinə aparmış, bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs2 ona səslənərək oğlu Yusifi evlərinə aparmağını bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs2 evinin həyətinə daxil olan zaman sonuncu anidən onu söyüb təhqir edərək həyətdən çıxmağını və oğlu Yusifi aparmamağını istəmiş, sakit olmasını, söyüş söyməməsini demiş, Zərərçəkmiş şəxs2 həyətdə olan ağac ilə onu hədələmiş, lakin heç bir söz demədən evinə qayıtmışdır. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdiyini öyrənmiş, Zərərçəkmiş şəxs2 döyməmiş, aralarında mübahisə olmuşdur. Zərərçəkmiş şəxs2 qarşı heç bir qanunsuz hərəkət etməmiş, hadisə Şamaxı rayonu Meysəri kəndi ərazisində Zərərçəkmiş şəxs2 evinin həyətində baş vermişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, qonşuları Cavid Bayramov da hadisə zamanı orda olmuş və onunla sonradan danışarkən Cavid də onun Bağdagülü vurmamasını bildirmiş, lakin Cavidi məhkəməyə dəvət etsə də Cavid onun Bağdagülü vurub-vurmamasını görmədiyini bildirmişdir. Cavid Bayramov əvvəldən orda olmamış, yoldan keçərkən səs-küyü eşitdiyi üçün içəri girmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahat verib bildirdi ki, keçmiş kürəkəni Şəxs ilə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında dava-dalaş və ədavət olmamışdır. 2022-ci il tarixdə qızı dünyasını dəyişdikdən sonra, 4 övladından ikisi Zərərçəkmiş şəxs1 və Zəhra Həsənova həyat yoldaşı Əhmədəli Şahverdiyevin himayəsinə verilmişi, digər ikisi Yusif Həsənov və Sənan Həsənov isə atası Şəxs humayəsində qalmışdır. Samir himayəsində olan uşaqlara onlara gəlməyinə icazə vermir. Yusif Həsənov və Sənan Həsənov onun evinə gəlmək istədiyi zaman atası Samir tərəfindən döyülür, bu səbəbdəndə uşaqlar qorxduğu üçün onun evinə gəlməkdən imtina edirlər. Lakin son vaxtlar Şəxs himayəsində olan iki uşaqdan imtina edərək, baxmaq istəməməsini, mütamadi olaraq ona söz göndərək, uşaqları gəlib aparmağını demiş, o, isə rəsmi olaraq uşaqları onun himayəsinə verməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Əhmədəli Şahverdiyev işdə olan zaman, saat təxminən 11 radələrində Yusif Həsənov həyət darvazasından içəriyə girəndə ondan niyə gəldiyini soruşduğu zaman, Yusif atasının, anasına məxsus foto şəkil olan ramkanı vurub sındırmasını, bu səbəbdəndə küsərək onlara gəldiyini demiş, cavab olaraq evə getməsini xahiş etmiş, bu zaman Şəxs həyətə daxil olaraq, Yusifə qışqırmışdır. Yusif ağlayaraq evə getmək istəmədiyini demiş, Samir əsəbləşərək Yusifin üzərinə getdikdə, onun himayəsində olan Saleh, atasının qarşısına keçib, qardaşını döyməməsini demişdir. Samir həyətdə olan ağacı götürərək Salehin qolundan vurmuş, bu zaman o, uşağı vurmamasını demiş, Samir onunda qolundan ağacla vurmuşdur. Dava-dalaş zamanı həmkəndlisi Cavid Bayramov evin qarşısından keçərəkən səslərinə içəriyə daxil olmuş və Samiri həyətdən çıxarmağa çalışmışan zaman Şəxs həyətlərində olan velosipeti qaldırıb başına tullamış və uzaqlaşaraq getmişdir. Həyat yoldaşı Əhmədəli Şahverdiyev evə gəldikdən sonra Azərbaycan respublikasının DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə zamanı Şəxs qarşı heç bir qanunsuz hərəkət etməmiş, hadisə yerində o, nəvəsi Zərərçəkmiş şəxs1, həmkəndlisi Cavid Bayramov və Şəxs olmuş, başqa heç kim olmamışdır. Cavid Bayramov sonradan gəlmiş və Samirin onları vurduğunu görübgörməməsini bilmir. Hadisə təxminən ümumilikdə 2-3 dəqiqə ərzində davam etmiş, Şəxs ona qarşı yuxarıda göstərdiklərindən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Hal-hazırda keçmiş kürəkəni Şəxs şikayətçidir. Belə ki. Samir əvvəllərdə onlara qarşı belə hərəkətlər etmiş lakin arxasınca olmamışdır. Hazırda onunla barışmamış, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi X1 işitrakı ilə izahat verib bildirdi ki, Şəxs atasıdır. 2022-ci il tarixdə anası dünyasını dəyişdikdən sonra mübasibətləri olmamışdır. O və bacısı Zəhra Həsəova baba və nənəsi ilə birlikdə yaşayırlar, digər qardaşları isə atası ilə birlikdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə qardaşı Yusif Həsənov onlara gələrək, evlərinə getmək istəmədiyini, atası Şəxs anasına məxsus foto şəkil olan çərçivəni vurub sındırdığını demişdir. X8 sakit olmasını evlərinə getməyini xahiş etmişdir. Həmin zaman atası Şəxs həyətə daxil olaraq, qardaşı Yusifi döymək istəmiş, o, atasının qarşısına keçib qardaşına toxunmamağını demişdir. Bu zaman atası onu ağac ilə qolundan vurmuş və daha sonra nənəsi Bağdagülü ağac ilə qolundan vurmuşdur. Həmin zaman yoldan keçən həmkəndliləri Cavid Bayramov həyətə daxil olaraq, atası Şəxs həyətədən çıxarmağa çalışan zaman, atası həyətdə olan velisopeti qaldırıb nənəsi Bağdagülün başına vurmuşdur. Bir müddət sonra babası Əhmədəli Şahverdiyev evə gəldikdən sonra Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər. İş materiallarında olan 16 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı rayon, Meysəri kəndində yaşayan Zərərçəkmiş şəxs2 Hüseyin qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şamaxı rayon, Meysəri kəndində yaşayan Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmişdir. Həmin qərardan görünür ki, MTE-nin 13 iyul 2023-cü il tarixli 209, 210 saylı ekspert rəyində Zərərçəkmiş şəxs2 Hüseyin qızının almış olduğu xəsarətlərin sol gözü al səthinin, sağ bazunun aşağı 1/3-nin qançırları küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməsinin mümkün olması, Zərərçəkmiş şəxs2 Hüseyin qızının almış olduğu xəsarətin sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsinin təyin edilməməsi, Zərərçəkmiş şəxs1 sağ əlin və sağ dirsək nahiyələrinin qançurları küt əşya təsirindən törənməklə sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarətlərə aid olması göstərilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Şəmşir Şirinov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 06 iyul 2023-cü il tarixdə, saat 11:23-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda Şamaxı rayon, Meysəri kəndində yaşayan Zərərçəkmiş şəxs2 Hüseyin qızının Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək keçmiş kürəkəni Samir adlı şəxs tərəfindən döyülməsini göstərilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs2 Hüseyin qızı 06 iyul 2023-cü il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə keçmiş kürəkəni Şəxs onu döyməsini göstərməklə, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Araşdırma zamanı 06 iyul 2023-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Hüseyin qızına sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi fakt alınmış izahat ilə MTE-nin 13 iyul 2023-cü il tarixli rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta hesab edilmişdir. İş materiallarında olan Şamaxı RİB-nın xx.xx.2022-ci il tarixli, 174 saylı sərəncamının surətindən görünür ki, X3 xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx.xx.2013-cü il təvəllüdlü X5 qəyyum təyin edilməsi qərar alınmışdır. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, himayəsində iki azyaşı uşağın olmasını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar