Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-288/2025 16.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızının iştirakları ilə, 20 iyun 1964-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahat verib bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1392/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Şəxs qızından 1500 ABŞ dolları, 4000 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışları zamanı, ona məxsus torpaq sahəsi aşkar edilmişdir. Şəxs qızı tərəfindən bugünə qədər icra vərəqəsi üzrə heç bir ödəniş edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs qızının barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı izahat verib bildirdi ki, borcun ödənilməsindən yayınmamışdır. Mövcud borcu hissə-hissə ödənişlər etmək istəmişdir. Lakin, zərərçəkmiş şəxslər bununla razılaşmayaraq borcun tam ödənilməsini istəmişdir. Mülkiyyətində 0.538 ha torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin üzərində həbs olması səbəbi ilə sata bilməmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı qiymətləndirmə aparılmış və hərraca çıxarılması qərara alınsa da, nəticəsiz qalmışdır. Torpaq sahəsi üzərində olan həbsin götürülərsə torpağə satıb borcu ödəyəbilər. Torpaq sahəsinin hərraca çıxarılaraq satılmasına etiraz etmir. Məhkəmədən borcun ödənilməsi üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs qızının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1392/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs qızından 1500 ABŞ dolları, 4000 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2018-ci il tarixli İcraata başlamaq haqqında qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1392/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin 10 gün müddətinə icra edilməsi təklif olunmuşdur və tələbin könüllü icrası haqqında borclu Şəxs qızına bildiriş göndərilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 8(074)-289/2014 saylı qərardadının surətindən görünür ki, Şəxs qızının adına Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra Şöbəsinin xx.xx.2015-ci il tarixli, 4186-724/4 saylı məktubunun surətindən görünür ki, Şamaxı rayon İcra Şöbəsinin 2411-724/4 saylı, xx.xx.2015-ci il tarixli məktubu ilə "xxxx" MMC-yə göndərilmiş “hərracın keçirilməsi haqqında sifariş” və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Məlumat vərəqəsinin surətindən görünür ki, borclu Şəxs qızının ölkədən getmək hüququ Şamaxı rayon Məhkəməsinin 8(074)-442/2016 saylı, xx.xx.2026-cı il tarixli qərardadı əsasında məhdudlaşdırılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, QXM/586 saylı məktubunun surətindən görünür ki, Şəxs qızına məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0.538 ha torpaq sahəsinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 10 000 (on min) manat müəyyən edilmiş və bu barədə xx.xx.2018-ci il tarixli, QR-586 saylı Qiymətləndirmə rəyi Şamaxı rayonu İcra Şöbəsinə təqdim edilmişdir. İş materiallarında əlavə edilmiş daxil olma nömrəsi 1759 olan xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, tələbkar Zərərçəkmiş şəxs1 ona təklif edilən 0,538 ha torpaq sahəsini istəməməsini və həmin torpaq sahəsinin hərraca çıxarılaraq satılmasını və icra sənədinin icra edilməsinə yönəldilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarilxli ərizənin surətindən görünür ki, tələbkar Zərərçəkmiş şəxs1 Şamaxı rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək borclu Şəxs qızına məxsus 0,538 ha torpaq sahəsinin 2 dəfə qiymətləndirilməsi, hərracın təşkil edilməsi üçün aidiyyatı təşkilata müraciət edilməsi, torpaq sahəsinin hərraca çıxarılmaması, icra şöbəsinin məktubu əsasında hərracın keçirilməsi haqqında sifariş məktubunun geri qaytarılmasını bildirmiş, eləcədə işin icraata götürülməsi və ona yazılı surətdə məlumat verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmurları Orxan Bağırov, Pərvin Mehralıyev və hal-şahidləri Şamaxı şəhəri, Nəsimi küçəsində yaşayan X10, Şamaxı şəhəri, N.Nərimanov küçəsində yaşayan X12 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1392/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs qızının qeydiyyatda olduğu Şamaxı rayonu, Şəhriyar qəsbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirmək istərkən məlum oldu ki, borclu həmin ünvanda yoxdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Borclunun axtarılması haqqında” Qərarın surətindən görünür ki, borclu Şəxs qızı barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Pərvin Mehralıyev və hal-şahidləri Şamaxı şəhəri, Nəsimi küçəsində yaşayan X10, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan X1 iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1392/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs qızının qeydiyyatda olduğu Şamaxı rayonu, Şəhriyar qəsbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirmək istərkən məlum oldu ki, borclu uzun müddətdir ki, həmin ünvanda yaşamır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(074)-61/2020 saylı Qərarın surətindən görünür ki, Şəxs qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tarixli aktın surətindən görünür ki, Şamaxı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev, icra məmuru Orxan Novruzov və hal-şahidləri Şamaxı şəhəri, C.Balayev küçəsində yaşayan Nuranə Üzeyirova, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan X1 iştirakı ilə icra sənədinin icrası məqsədilə borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş, həmin evdə alinənin zəruri ehtiyacını ödəyəcək əşya və əmlaklardan başqa tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tarixli aktın surətindən görünür ki, Şamaxı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev, hal-şahidləri Şamaxı şəhəri, N.Nərimanov küçəsi 1075-də qeydiyyatda olan X12, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan X2 iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1392/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs qızı ilə telefon əlaqəsi saxlanılmışdır borcluya icra sənədi üzrə borc məbləğinin ödənilməsi tələb olunsa da o, maddi imkanının olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tarixli aktın surətindən görünür ki, Şamaxı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev, icra məmuru Orxan Novruzov, hal-şahidləri Şamaxı şəhəri, N.Nərimanov küçəsində qeydiyyatda olan X12, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan X2 iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1392/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin icrasını təmin etmək məqsədilə borclu Şəxs qızının istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanıldı və borc məbləğini ödəməsi barədə ona xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tarixli aktın surətindən görünür ki, Şamaxı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev, icra məmuru Orxan Bağırov, Şamaxı şəhəri, C.Balayev küçəsində yaşayan Nuranə Üzeyirova və Şamaxı şəhəri, N.Nərimanov küçəsində qeydiyyatda olan X6 iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1392/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin icrasını təmin etmək məqsədilə borclu Şəxs qızının istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanıldı və borc məbləğini ödəməsi barədə ona xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Borclunun axtarılması haqqında” Qərarın surətindən görünür ki, borclu Şəxs qızı barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Borclunun axtarışı haqqında” Qərarın surətindən görünür ki, borclu Şəxs qızı barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, Seriya RX, ******* nömrəli Çıxarışın sürətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən 0,538 ha ölçüdə olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi borclu Şəxs qızının xüsusi mülkiyyətindədir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs qızının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün, inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi, subyektiv tərəfinin elementi kimi, şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qızı icra sənədini icra etməkdən imtina etməmişdir. Əksinə mövcud borcu ödəmək üçün maddi imkanı olmadığından mülkiyyətində olan torpaq sahəsinin satılmasına və satışdan əldə oluna pul vəsaiti hesabına borcun ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Lakin, üzərinə məhkəmə qərarı həbs qoyulduğu üçün sata bilmədiyini və bu səbəbdən də, hərraca çıxarılaraq satılmasına razılığını bildirmişdir. Yuxarıda qeyd olunan torpaq sahəsinin bir neçə dəfə qiymətləndirilməsi həyata keçirilsə də, eləcədə hərraca çıxarılması üçün "xxxx" MMC-yə sifariş verilsə də, icra şöbəsi tərədindən sifariş mətubunun və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş edilmişdir. Bununla da, məcburi icra tədbirləri çərçivəsində üzərinə həbs qoyulmuş torpaq sahəsinin hərraca çıxarılması yolu ilə icra vərəqəsinin məcburi icrasının təmin edilməsi davam etdirilməmişdir. Halbuki, Azərbaycan Respublikaısnın “İcra haqqında” Qanununun 43.1.1-ci maddəsinin tələbinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri hesab edilir. Həmin Qanunun 44.1-ci maddəsinin tələbinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən edilmişdir. Həmin Qanunun 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Göründüyü kimi Azərbaycan Respublikaısnın “İcra haqqında” Qanununun istinad olunan normalarının mənasında başa düşülən odur ki, borclu könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddətdə tələbkarın tələblərinin təmin edə bilmirsə və təmin etmək üçün yetərli vəsaiti yoxdursa icra məmuru məcburi icra tədbirləri tətbiq edə, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsini təmin edə bilər. Lakin, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Şamaxı rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs qızının mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla müraciət edilərək həmin torpaq sahəsinin üzərinə Şamaxı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 8(074)-289/2014 saylı qərardadı ilə həbs qoyulmasına, eləcədə göstərilən torpaq sahəsinin bir neçə dəfə qiymətləndirilməsi və hərracın təşkil edilməsi ilə əlaqədar "xxxx" MMC-yə sifariş verilməsinə baxmayaraq, icra şöbəsi tərəfindən hərracın təşkil edilməsi ilə bağlı sifariş məktubunun və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasın tələb edilmişdir. Bu isə, icra şöbəsi tərəfindən həmin əmlakın satılması yolu ilə tələbin əmlaka yönəldilməsi ilə bağlı məcburi icra tədbirlərinin davam etdirilməməsini təsdiqləmiş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarında Şəxs qızı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməllə yəni, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs qızınun əməlində inzibati xəta tərkibi olmadığı üçün, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №3(074)-288/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-288/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver