Məhkəmə qərarları › İş №3(074)-29/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-29/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-29/2023 06.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Çuxuryurd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, Şəxs 03 fevral 2023-cü il tarixdə saat 19:25 radələrində Şamaxı şəhəri N.Nərimanov prospektində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, 03 fevral 2023-cü il tarixdə yaşadığı evdən çıxıb özünə məxsus olan “Toyoto Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək rayonun A.Məmmədağa küçəsində hərəkət edən zaman “Toyoto-Land Cruser” markalı avtomaşın ilə üz-üzə gəldikdə həmin avtomobili idarə edən polis əməkdaşı ona yol vermiş və o, daha sonra rayonun N.Nərimanov prospektinə çıxaraq Bakı şəhərinə getmək üçün hərəkət etmişdir. Daha sonra rayonun N.Nərimanov prospektində yerləşən "888 Market" adlanan mağazanın yaxınlığında “Toyoto-Land Cruser” markalı avtomaşını onun avtomaşınına arxadan işıq siqnalı verərək maşınını saxlaması üçün işarə vermiş, o, isə həmin avtomobili idarə edən şəxsin polis əməkdaşı olmasını bilib avtomobilini saxlamaqdan qorxmuş və rayonun Mədrəsə qəsəbəsi istiqamətində hərəkət etməyə başlamış, həmin vaxt polis əməkdaşı dəfələrlə ona arxadan işıq siqnalı verərək saxlamağı bildirsə də, o, avtomobilini saxlamayaraq hərəkətinə davam etmiş və bu barədə DİN-nin “102” xidmətinə qorxduğu üçün müraciət etmişdir. Ona saxla işarəsi verən avtomobili polis geyimində olan şəxs idarə etsədə avtomobil polis avtomobili olmamışdır. Daha sonra rayonun Mədrəsə qəsəbəsinin qarşısında digər polis əməkdaşlarını da görüb avtomilini saxlamış, daha sonra saxla əmrinə tabe olmadığı polis əməkdaşı da avtomobilini saxlayaraq onun yanına gəlmişdir. Polis əməkdaşı özünü təqdim etdikdən sonra ona etdiyi qanun pozuntusunu izah edərək barəsində tədbir görülməsi üçün onu RPŞ-nə dəvət etmiş və o, polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Mirzəyev Mir-Rəşad Elşadoviç izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:25 radələrində Şamaxı şəhərində xidməti ərazidə olan zaman Şamaxı şəhəri, A.Məmmədağa küçəsində “Toyoto Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili tanımadığı şəxs idarə edirmiş, həmin şəxs onu gördükdən sonra özünü şübhəli apararaq avtomobili sürətlə hərəkət etdirməyə başlamış, o, törədilmiş və hazırlanmış cinayətlərin qarşısını almaq məqsədilə həmin şəxsdən şübhələndiyi üçün həmin şəxsi özünə məxsus olan “Toyoto-Land Crüser” markalı avtomaşınla arxasıycan gedərək rayonun N.Nərimanov prospektində yerləşən "888 Market” adlanan mağazanın yaxınlığında şübhələndiyi “Toyoto Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə işıq siqnalı verərək saxla əmri vermiş, lakin həmin şəxs onun polis əməkdaşı olmasını bilsə də, idarə etdiyi avtomaşının sürətini daha da artıraraq daha çox özünü şübhəli aparmış, o, dəfələrlə həmin şəxsə işıq siqnalı və səs siqnalı verərək saxla əmri versədə onun qanuni əmrinə tabe olmayarq hərəkətinə yüksək sürətlə davam etdirmiş, daha sonra ‘Toyoto Prius” markalı **-KY- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs rayonun Mədrəsə qəsəbəsinin qarşısında digər polis əməkdaşlarını da görüb avtomilini saxlamış və o, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etdikdən sonra pozduğu qanun pozuntusu izah edərək həmin şəxsin barəsində tədbir görülməsi üçün onu RPŞ-nə dəvət etmiş və həmin şəxs onunla birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-də məlum olmuş ki, Toyoto Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Şamaxı şəhəri, A.Məmmədağa küçəs 47 A ünvanında yaşayan Şəxsdur. Verilmiş suala cavab olaraq bildirdi ki, Mədrəsə qəsəbəsində X2 avtomobilini saxladıqdan sonra ona və digər polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmiş, X2 onun polis əməkdaşı olmasını bilə-bilə saxla əmrinə tabe olmadığından ona tabesizlik göstərmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Mir-Rəşad Mirzəyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:25 radələrində Şamaxı şəhərində xidməti ərazidə olan zaman Şamaxı şəhəri, A.Məmmədaya küçəsində “Toyoto Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili tanımadığı şəxs idarə edirmiş, həmin şəxs onu gördükdən sonra özünü şübhəli apararaq avtomobili sürətlə hərəkət etdirməyə başlamış, daha sonra o, törədilmiş və hazırlanmış cinayətlərin qarşısını almaq məqsədilə həmin şəxsdən şübhələndiyi üçün həmin şəxsi özünə məxsus olan “Toyoto-Land Crüser” markalı avtomaşınla arxasıycan gedərək rayonun N.Nərimanov prospektində yerləşən "888 Market” adlanan mağazanın yaxınlığında şübhələndiyi “Toyoto Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə işıq siqnalı verərək saxla əmri vermiş, lakin həmin şəxs onun polis əməkdaşı olmağını bilsə də, daha da idarə etdiyi avtomaşının sürətini artıraraq daha çox özünü şübhəli aparmış, o, dəfələrlə həmin şəxsə işıq siqnalı və səs siqnalı verərək saxla əmri versədə onun qanuni əmrinə tabe olmayarq hərəkətinə yüksək sürətlə davam etdirmiş, daha sonra ‘Toyoto Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs rayonun Mədrəsə qəsəbəsinin qarşısında digər polis əməkdaşlarını da görüb avtomilini saxlamış və o, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etdikdən sonra pozduğu qanun pozuntusu izah edərək həmin şəxsin barəsində tədbir görülməsi üçün onu RPŞ-nə dəvət etmiş və həmin şəxs onunla birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-də məlum olmuş ki, Toyoto Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Şamaxı şəhəri, A.Məmmədağa küçəs 47 A ünvanında yaşayan X1r. Beləliklə məhkəmə iş materiallarında olan sənədlərə və işdə iştirak edən şəxslərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmasını faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43,114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar