Məhkəmə qərarları › İş №3(074)-294/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-294/2021

13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-294/2021 13.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Şamaxı rayonu, Mərzəndiyə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Mərzəndiyə kəndində qeydiyyatda olan və Şamaxı rayonu, Sabir qəsəbəsi, Pirsaat yaşayış massivində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 13.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs 23 iyun 2021-ci il tarixdə yaşadığı evin həyətində Zərərçəkmiş şəxs döyərək ona məxsus velosipedi yerə vuraraq ona məxsus əmlaka ziyan vurmuşdur. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi və qonşusudur. Onunla əvvəllər bir kəndli və qonşu kimi münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Şəxsi təsərrüfatında xırdabuynuzlu heyvanlar və əkin sahəsi vardır, heyvanların qış fəslində ac qalmaması üçün əkin sahəsində biçdirdiyi otu yığdırıb, pres halına saldırmış, təxminən 19-20 may 2021-ci il tarixlərində Vilayətə pul müqabilində traktora yüklətdirib, Şamaxı rayonu, M.Ə.Sabir qəsəbəsi, Pirsaat massivində yerləşən fermasına gətizdirib, fermanın həyətinə boşaltdırmışdır. Həmin tarixdən bir neçə gün Vilayətə otu fermanın banına yığmasını xahiş etmiş, lakin Vilayət vaxtının olmadığını demişdir. 22 may 2021-ci il tarixdə axşam saatlarında evdə olan zaman Vilayət ona zəng edib, otu yığdırıb-yığdırmadığını soruşmuş, o, Vilayətə hələ adam tapmadığını demiş, Vilayət isə 23 may 2021-ci il tarixdə saat 07:00 radələrində bir nəfər fəhlə tapıb, otu yığmaq üçün gələcəyini demişdir. 23 may 2021-ci il tarixdə saat 07:00 radələrində fermaya gəlib saat 10:00 radələrinə kimi Vilayətin gəlməsini gözləmiş və onun mobil telefonuna zəng etmiş, lakin Vilayət nə gəlməmiş, nə də telefonlara cavab vermədiyi üçün Şamaxı rayonu 2-ci Çaylı kəndinə gedərək otu yığmaq üçün fəhlə tapıb, fermaya aparmış, yolda Vilayətin velosiped sürməsini görüb, etdiyi hərəkətə əsəbləşib, onun tərəfə tüpürüb, dayanmadan fermaya doğru getmiş, bundan sonra Vilayət bir neçə dəfə ona zəng etmiş, lakin onun zənglərinə cavab verməmişdir. Fermada olan zaman Vilayət velosiped sürərək yanına gəlib, onu təhqir etməyə başlamış, Vilayətdən niyə görə onu aldatdığını soruşmuş və aralarınzda mübahisə yaranmış, mübahisə zamanı sağ əli ilə Vilayətin sifətindən itələyib, getməsini tələb etmiş, Vilayət bir qədər kənara keçib, polisə zəng etdiyini demiş, o, Vilayətin velosipedini götürüb, ona tərəf atıb, çıxıb getməsini tələb etmişdir. Vilayət polisin gəlməsini gözlədiyini demiş, o, Vilayətə iki gün əvvəl işlətməsi üçün verdiyi yabanı gətirməsini, daha sonra gözləməsini demişdir. Vilayət ona doğru atdığı velosipedi götürmədən yaşadığı ünvana getmiş və bir neçə dəqiqə keçdikdən sonra yabanı gətirib fermanın giriş qapısına qoymuşdur. Vilayətin onu təhqir etməsinə görə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, məlumat əsasında polis əməkdaşları olduğu yerə gəlmiş və o, hadisə ilə bağlı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmişlə barışmağa cəhd etsə də Vilayət onunla barışmaq istəmir. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Şəxs həmkəndlisi və qonşusudur. Onunla münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 22 may 2021-ci il tarixdə saat 18:00 radələrində əkin sahəsində heyvanları üçün ot yığan zaman Şəxs ona zəng edib fermasına gətizdirdiyi otu fermanın banına yığmasını xahiş etmiş, lakin o, vaxtının olmadığını demişdir. 23 may 2021-ci il tarixdə saat 11:00 radələrində yuxudan durub, makretə gedərkən Asif yolda onu görüb, onun tərəfə tüpürüb, uzaqlaşaraq getmişdir. Asifin etdiyi hərəkətin səbəbini bilmək üçün bir neçə dəfə ona zəng etmiş, lakin Asif zənglərinə cavab verməyib təxminən bir-iki dəqiqə keçdikdən sonra Asif özü zəng edərək niyə görə onu aldadıb, ot yığmaq üçün gəlmədiyini soruşmuş, o, Asifə onu aldatmadığını, əgər vaxtı olarsa gələcəyini bildirdiyini demişdir. Bundan sonra Asif yaba götürüb, fermasına gəlməyi, onunla işi olduğunu demiş, o, dərhal yaşadığı evdən yaba götürüb, velosipedə minərək Asifin fermasına gedib, qapının ağzında dayanıb, Asifi səsləmişdir. Asif içəri girməsini dedikdən sonra fermanın içərisinə daxil olmuş, fermaya daxil olub, Asifə yaxınlaşıb salamlaşmışdır. Asif yenidən niyə görə onu aldatdığını soruşmuş, Asifə pulunu alıb qaçmadığını, aldatmadığını demiş, bundan sonra Asif yumruqla bir dəfə baş nahiyyəsinə vurmuş, zərbənin təsirindən özünü itirmiş, Asif isə dayanmayıb boğazından yapışıb sıxaraq sifət nahiyəsini şillələməyə başlamışdır. O, Asifin əlindən qaçıb, fermadan çıxaraq həyətdə saxladığı velosipedə minib hadisə yerindən uzaqlaşmaq istəmiş, lakin Asif ona çatıb, yaxasından yapışıb, sinə nahiyyəsini sıxaraq, velosipeddən düşürdüb, velosipedi baş nahiyyəsinə vurmuş, nəticəsində sol gözündən xəsarət almışdır. O, velosipedi götürmədən hadisə yerindən qaçaraq uzaqlaşmış, Asif isə yerə aftdığı yabanı götürüb, arxasınca qaçaraq yabanın sapı ilə belinə vurmuş, lakin o, dayanmayıb oradan uzaqlaşmışdır. Asif geri qayıdıb həmin velosipedi yenidən yerdən götürüb, yerə çırpmışdır. O, hadisə yerindən uzaqlaşıdqdan sonra baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, sonra polis əməkdaşları olduğu yerə gəlmişlər və o, hadisə barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Şəxs ona məxsus 24 nömrəli velosipedin oturacağını və arxa təkərini sındırmaqla ona 50 (əlli) maddi ziyan vurmuşdur. İş materiallarında olan 22.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs və Şəxs qarşılıqlı müraciətləri əsasında toplanılmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin qəraradan görünür MTE-nin 27 may 2021-ci il tarixli 150 saylı ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin sol gözün bayır bucağının və boynun sağ yan səthinin sıyrıqlarının, döş qəfəsinin sağ yan səthinin qançırının küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni 23.05.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsinin mümkün olması, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələrinin təyin edilməməsi göstərilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə təqsirli bilinməli və ona İXM-nin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində və 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar