Məhkəmə qərarları › İş №3(074)-295/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-295/2022

25.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-295/2022 25.11.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 18:20 radələrində Şəxs Şamaxı şəhəri, İsmayıl Şıxlı küçəsində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 24 noyabr 2022-ci il tarixdə təxminən saat 19 radələrində idarə etdiyi "VAZ 2106" markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə tək halda Şamaxı rayonu ərazisində yerləşən rayon sakinləri arasında "erməni qəbristanlığı" adlanan yerin yaxınlığından keçərkən təbii ehtiyacını qarşılamaq üçün həmin qəbristanlığın kənarında saxlayıb, piyada qəbristanlığın ərazisinə daxil olub ağaclıq tərəfə getməyə başlamış, həmin vaxt Ceyhun adlı şəxs dövlət qeydiyyat nişanını görmədiyi "Ford" markalı yük avtomobili ilə avtomobil yolundan keçərkən onun idarə etdiyi avtomobilin arxasında avtomobili saxlayıb, avtomobildən düşmədən siqnal verərək onu səsləyib, avtomobilini kənara çəkməyini istəmiş, o, uzaqdan Ceyhun adlı şəxsə səslənib, avtomobilinin keçməsi üçün yer olduğunu demiş, Ceyhun adlı şəxs isə yerin az olduğunu deyib, acıqlı şəkildə avtomobili kənara çəkməyini tələb etmişdir. Buna görə də, geri qayıdıb idarə etdiyi avtomobilə minərək avtomobili kənara çəkmiş, həmin vaxt adını bilmədiyi Ceyhun adlı şəxs "Ford" markalı dövlət qeydiyyat nişanlı avtomobi ilə bir qədər irəllədikdən sonra avtomobildən düşərək ona yaxınlaşaraq mübahisə edib, avtomobildə ailəsinin olduğunu, niyə görə yol kənarında təbii ehtiyacını ödədiyini soruşmuş, Ceyhun adlı şəxsə avtomobilində kiminsə olmasından məlumatı olmadığı, əgər avtomobilində ailəsinin olduğunu bilsəydi təbbi ehtiyacını ödəməyib, oradan keçməsini gözləyəcəyini demişdir. Mübahisə zamanı Ceyhun adlı şəxs üzərində bıçaq olduğunu onu vurmaq istədiyini demiş, Ceyhuna üzərində bıçaq olmadığını demiş, həmin vaxt şalvarının bel hissəsində tapanca formasında alışqan olmuş, mübahisə zamanı həmin alışqanı əlinə götürüb, yandırıb-söndürməyə başlamış, Ceyhun adlı şəxs əlindəki alışqanın tapanca formasında olduğunu görmüş, onun ona silah çıxartdığını düşünüb ondan üzr istəyərək, sakitləşib, nomal tərzdə söhbət etmək üçün mobil nömrəni istəmiş, o, Ceyhundan mobil nömrəni nə üçün istədiyini soruşmuşdur. Ceyhun adlı şəxs ona qardaşyana söhbət etmək üçün mobil nömrəni istədiyini demişdir. Buna görə də ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni vermiş, idarə etdiyi avtoməbilə minərək oradan uzaqlaşmışdır. Bir neçə saat keçdikdən sonra Ceyhun adlı şəxsin onun barədə Şamaxı rayon polis şöbəsinə müraciət etməsindən məlumatı olmuşdur. Ceyhunla aralarında olan hadisə zamanı o, belindəki tapanca formasındakı alışqanı çıxarmış, ona ağzının içərisindən vurar, onada Şamaxı Pərvin deyərlər deyə ifadə işlətməmiş, ümumiyyətlə onu silahla vuracağı ilə hədələməmiş, sadəcə tapancaya oxşar alışqanı belindən çıxarıb, doldururmuş kimi geriyə çəkib, Ceyhunun üzünə tutmadan bir-iki dəfə yandırıb, söndürmüş, daha sonra ondan nə istədiyini, sözünün canı nə olduğunu soruşmuşdur. Həmin hadisə zamanı Ceyhun adlı şəxsə qarşı heç bir qanunsuz hərəkət etməmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İB-nin müstəntiqi Bəhlul Məlikli tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 24 noyabr 2022-ci il tarixdə Şamaxı rayonu Çöl-Bağırlı kəndində qeydiyyatda olan, Şamaxı şəhəri, İ.Şıxlı küçəsində yaşayan X1 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə saat 18:20 radələrində Şamaxı şəhəri İsmayıl Şıxlı küçəsində əlindəki silah kimi təqdim etdiyi əşya ilə onu öldürəcəyi ilə hədələməsini, həmin şəxsin özünü Pərvin adı ilə təqdim etməsini göstərməklə, həmin şəxs barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı 24 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Şəxs Şamaxı rayonu Çöl-Bağırlı kəndində qeydiyyatda olan, Şamaxı şəhəri, İ.Şıxlı küçəsində yaşayan X3 öldürəcəyi ilə hədələməsi, zor tətbiq etməsi ilə və ya belə zorun tətbiq etməsi hədəsi ilə, yaxud sonuncunun əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən hərəkətlər etməsi faktı alınmış izahatlar ilə hədənin icra ediləcəyinə real əsaslar olmadığından öz təsdiqini tapmamış, lakin baş verən hadisə zamanı Şəxs xırda xuliqanlıq hərəkətləri etməsi faktı alınmış izahatlarla öz təsdiqini tapmışdır. Şəxs bu əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta hesab edilmişdir. İş materiallarında olan 25 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı rayonu Çöl-Bağırlı kəndində qeydiyyatda olan, Şamaxı şəhəri, İ.Şıxlı küçəsində yaşayan X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş, X6 ilə Şəxs aralarında şəxsi münasibətlər zəminində münaqişələr davam etdiyi üçün gələcəkdə həmin şəxslər arasında baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin və ya cinayət hadisəsinin qarşısının alınması məqsədi ilə tərəflər münaqişəli ailə kimi profilaktiki qeydiyyata götürülməklə qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmişdir. İş materiallarında olan 24 noyabr 2022-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış Şamaxı şəhəri, M.Ə.Rəsulazadə küçəsi 7B, mənzil 7-nin qarşısında, küçədə saxlanılmış Şəxs idarə etdiyi "VAZ 2106" markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmiş ki, "VAZ 2106" markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil sedan tipli minik avtomobildir. Həmin avtomobilin arxa yük yerinə (baqaj) və salonuna baxış keçirilərkən salonun ön sağ hissəsində, şitdə yerləşən bar yerində (bardaçok) bir ədəd odlu silah olan tapançaya oxşar alışqan aşkar edilmişdir. Həmin vaxt Şəxs Ceyhun Ağayev ilə aralarında baş vermiş mübahisə zamanı həmin alışqanın üzərində olduğunu şifahi olaraq bildirmişdir. Buna görə də, baxış zamanı "VAZ 2106" markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobildən bir ədəd tapancaya oxşar alışqan götürülmüşdür. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən hal kimi və məsuliyyəti ağırlaşdıran hallların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sansiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilsin və 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 25 noyabr 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar