Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-296/2022 28.11.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, müdafiəçi Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu Sabir qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 27 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 29 oktyabr 2022-ci il tarixdə saat 16:00 radələrində “Şirvan” restoranının yaxınlığında olarkən polis əməkdaşları onun nartotik vasitələr əldə etməsi və üzərində saxlamasında şübhəli olduğunu bildirib, polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin və digər şəxslərin iştirakı ilə üzərinə baxış keçirilmiş və onun üzərində olan bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,37 qram qurudulmuş marixuana saxlamaı aşkar edilmişdir. Polis əməldaşları həmin kibrit qutusunu açdıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Hazırda etdiyi əməldən peşmandır, bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 10 noyabr 2022-ci il tarixli raportdan görünür ki, 29 oktyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Bak-Şamaxı-Yevlax yolunun 108 km-də “Şirvan” restoranını yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş Şamaxı rayon Sabir qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs üzərində bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,37 qram olan narkotik vasitə qurudulmuşş marixuana saxlaması faktı tərtib olunmuş bxış protokolu ilə alınmış izahatlar ilə Məhkəmə Ekspertiza Mərkəzindən göndərilmiş 30 oktyabr 2022-ci il tarixli 7/1245 saylı ekspert rəyi ilə öz təsdiqini ntapmışdır. Lakin üzərində şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş mariz=xuana saxladığı üçün Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta hesab edilir. İş materiallarında olan 10 noyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şamaxı rayonu Sabir qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs üzərindən aşkar olunaraq götürülmüş kağız zərfə qoyularaq qablaşdırılmış təmiz çəkisi 1,37 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməsi üçün aidiyyəti üzrə verilmişdirünvan 3 ünvanda yaşayan X4 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X4 barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş, X2 üzərindən aşkar olunaraq götürülmüş, kağız zərfə qoyularaq qablaşdırılmış təmiz çəkisi 1.054 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməsi üçün aidiyyəti üzrə verilmişdir. İş materiallarında olan 30 oktyabr 2022-ci il tarixli, 7/1245 saylı ekspert rəyindən görünür ki, Şəxs üzrəindən yazısı və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 1,37 qram olan bitki mən şəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kananabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqaın dəyəri 78,0 manatdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, ekspert rəyi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İş üzrə narkotik vasitə 1,054 qram qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertizanın xərci 78.0 manat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. İş üzrə narkotik vasitə 1,37 qram qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri –78,0 manat məbləğində pul Şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Azərbaycan Respublikası İXM-nin 206-cıi maddəsi ilə təqsirləndirilən şəxs Şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 1 saat hüquqi yardıma görə 6 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №3(074)-296/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-296/2022
28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver