Məhkəmə qərarları › İş №3(074)-296/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-296/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-296/2024 16.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi X15 oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X1 X10 nümayəndəsi X7, Şikayət vermiş şəxs ` oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Qida X1 X13 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 03 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X8 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Qida X1 X13 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 03 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasmm Qida X3 X10 rəisi X5 barəsində 04 aprel 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqmda qərar qəbul etmişdir. Qərara əsasən guya o, Şamaxı marketdə Azərbaycan Respublikasmm İnzibati xətalar Məcəlləsinin 220.2, 444.1, 447.2, 31, 112, 115-ci maddələrinə əsasən, yəni standartların və digər normativ səndlərin tələblərinə cavab verməyən yararlılıq müddəti bitmiş məhsullarm satışına, mal qonşuluğu prinsipin pozulması və işçilərin gigenik təlimləri yerinə yetirilməsi xidmətlərin göstərilməsinə görə vəzifəli şəxs kimi 1500 (bir min beş yüz) manat cərimə edilmişdir. Qərarı 04 aprel 2024-cü il tarixdə poçt vasitəsi ilə almışdır. Hesab edir ki, qəbul edilmiş 04 aprel 2024-cü il tarxli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. İlk növbədə qeyd edir ki, şikayət olunan orqan əmakdaşları sahədə yoxlamanı qanunu tələblərinə uyğun olmayaraq aparmışlar. Bu da onların ona qərəzli olmalarından irəli gəlir. Belə ki, “Sahibkar sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların marqlarının müdafiəsi haqqmda” Azərbaycan Respulikası Qanunun 4-2.1.9-cu maddəsinə əsasən yoxlama aktını tərtib etmək və bir nüsxəsini sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək yoxlama zamanı yoxlayıcının vəzifələri sirasna aiddir.Lakin şikayət olunan orqanın əmakdaşları yoxlama zamanı heç bir yoxlama aktı tərtib etməmiş və ona həmin aktı təqdim etməmişlər. Onlar sonradan öz ofislərində “Yoxlamanın nəticələri üzrə” 04 aprel 2024-cü il tarixdə MN № ******* saylı qərar qəbul etmişlər. Lakin göründüyü kimi qanunvericilik belə bir şəraitdə (ofisdə) belə bir qərarın tərtibini nəzərdə tutmamışdır. Qanunvericilik yoxlama aktının yoxlama zamanında tərtibini ona görə nəzərədə tutmuşdur ki, bu akt yoxlama zamanı aşkar olunmuş nöqsanları birbaşa tam obyektiv əks etdirsin və yoxlama ilə baglı sahibkarın maraqlarının müdafiəsinə riayət olunsun. “Yoxlamanm” nəticələri üzrə 04 aprel 2024-cü il tarixə MN № ******* saylı qərarda qeyd olunlar isə həqiqəti əks etdirmir. Reallıqda isə ona məxsus xidmət sahəsi standartların və digər normativ sənədlərin tələblərinə cavab verir. Şikayət olunan orqanın rəhbərliyi onunla olan qərəzli münasibətləri onun barəsində qərəzli qərar qəbul etməsi ilə nəticəlnmişdir. Bunun bariz nümunəsi kimi onu da qeyd etmək istərdi ki, yoxlama orqanı barəsində qəbul olunmuş cərimə məbləğini də Azərbaycan Respulikasmm İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan sanksiyası 1500 manatdan 2000 manatadək olduğu halda ən yuxarı həddində, yəni 1500 manat etmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq Azərbaycan Republikasmm Qida X4 Bölməsinin rəisi X2 tərfindən qəbul olunmuş 04 aprel 20204-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqmda qərar ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X8 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilərək Azərbaycan Respublikası Qida X1 X13 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 03 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X1 X10 nümayəndəsi X12 izahat verərək bildirdi ki, istifadə müddəti bitmiş məhsulların satışı, məhsulların saxlama qaydalarının pozulmasına, işçilərin gigeyenik təlimlərə cəlb olunmamasıhalları aşkar edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida X1 X10 MN ******* nömrəli, 03 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində ünvanında yerləşən “Şamaxı” marketdə yararılıq müddəti bitmiş məhsulların satışına, mal qonşuluğu prinsipinin pozulması və işçilərin gigeyenik təlimlərə cəlb olunmaması aşkarlanmışdır. Vəzifəli şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 X10 MN ******* nömrəli, 27 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2024cü il tarixdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində ünvanında yerləşən “Şamaxı” marketdə yararılıq müddəti bitmiş məhsulların satışına, mal qonşuluğu prinsipinin pozulması və işçilərin gigeyenik təlimlərə cəlb olunmaması aşkarlanmış və bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2, 447.1, 447.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 27 mart 2024-cü il tarixli Yoxlama aktından görünür ki, mağazada iş prosesi zamanı əmələ gələn tullantıları atmaq üçün qapaqlı tullantı qabından istifadə edilmir. Anbarda havalandırma sistemi quraşrılmayıb. Mağazada mal qonşuluq prinsipləri pozulmuşdur. Belə ki, ərzaq məhsulları ilə qeyri ərzaq məhsulları birgə saxlanılıq. Mağazada çalışan işçilər münasib geyimdən istifadə etmirlər və gigeyenik təlimlərə cəlb edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə görə, saxlama müddəti ötmüş məhsulların satılması istehlakçıların hüquqlarının pozulması kmi qiymətləndirərək həmin əməli inzibati xəta kimi müəyyən etmişdir. X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, təqdim edilmiş fotoşəkillərdən proses iştirakçılarının məhkəmə iclasındakı izahatlarından da görünür ki, Şamaxı mağazasında saxlama müddəti ötmüş məhsullar satış üçün nəzərdə tutulmuş vitrində olmuşdur. Məhkəmə qeyd edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X1 X10 03 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Qida X1 X13 tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar