Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-297/2022 06.12.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ İŞamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə İsmayıllı rayonu, Mican kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli. İsmayıllı rayonu, Mican kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixində, saat 23:00 radələrində Şamaxı şəhəriində yerləşən Cümə məcidi yaxınlığında saxlanılaraq Şamaxı RPŞ-nə gətirilmiş İsmayıılı rayonu, Mican kəndində yaşayan Şəxs cibində olan siqaret kağızına bükülü təmiz çəkisi 0,191 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Bu fakt baxış protokolu ilə, alınmış izahatlar ilə və Məhkəmə Ekspertiza Mərkəzindən göndərilmiş xx.xx.2022-ci il tarixli, 7/1154 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bu səbəbdəndə, şəxsi islehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana saxladığı üçün Şəxs əməli hazırki qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, əvvəllər də narkotik vastə istifadə etmiş, lakin narkotik vastələrdən istifadə etməsi ilə əlaqədar məhkum olunmamışdır. Təxminən 20 gün bundan əvvəl yaşadığı İsmayılı rayon Mican kəndindən yol kənarından siqaret kağızına bükülü olan marixuna taparaq cibinə qoysada istifadə etməmişdir. 07 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Şamaxı rayon Cümə Məscidinin yanında olan zaman həmin marixuana cibində olmuş, həmin vaxt Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik maddələrin saxlanılmasında şübhəli bilinib Şamaxı rayon polis şöbəsinə dəvət olunmuşdur. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla video görüntüyə çəkilməklə üzərinə baxış keçirən zaman əynindəki qara rəngdə olan şalvarının sağ cibindən siqaret kağızına bükülü olan marixuna aşkar olunmuşdur. Polis əməkdaşları həmin siqaret kağızının içərisinə baxan zaman narkotik vasitə olan marixuna aşkar edildi. Həmin vaxt polis əməkdaşlarının və onun iştirakı ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmişdilər. O, bu narkotik vastəni yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamış, marixuna satışı ilə məşğul olmur. Hazırda etdiyi əməldən peşmandır, bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, Şəxs etdiyi əməli etiraf edir və əməlindən peşman olduğunu bildirir. Buna görə məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis kapitanı Telman Xasayev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 07 oktyabr 2022-ci il tarixdə Şamaxı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiklərə əməliyyat axtarış tədbirləri nəticəsində İsmayıllı rayon Mican kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs narkotik maddələrin saxlanılmasında şübhəli bilinərək rayon polis şöbəsinə gətrildikdən sonra Şamaxı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı F.Mirzəyevin raportu daxil olmuşdur. Raport törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında HK-1-1231 saylıda qeydiyyata alınaraq araşdırması aparılmışdır. Beləliklə araşdırma zamanı İsmayıllı rayon Mican kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs üzərində, olan siqaret kağızına bükülüdə təmiz çəkisi 0,191 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitələr olan marixuananı saxlaması faktı baxış protokolu, alınmış izahatlar ilə, Məhkəmə Ekspertiza Mərkəzindən göndərilmiş 08 oktyabr 2022-ci il tarixli, 7/1154 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Lakin üzərində şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana saxladığı üçün Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə inzibati xəta hesab edilir. İş materiallarında olan 22 oktyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İsmayıllı rayon Mican kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs verilməklə qəbul edilmiş qərardan narazı qaldığı halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət müraciət etmək hüququnun olduğu ona izah edilmiş, Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş, Şəxs oğlunun üzərindən aşkar olunaraq götürülmüş, kağız zərfə qoyularaq qablaşdırılmış təmiz çəkisi 0,191 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün aidiyyəti üzrə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 7/1154 saylı ekspert rəyindən görünür ki, Şəxs üzərindən götürülmüş təmiz çəkisi 0,191 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. İş materiallarında olan İsmayıllı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(037)-438/2022 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 manat miqdarında inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, ekspert rəyi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati tənbeh almasını onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İş üzrə narkotik vasitə 0,191 qram qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. İş üzrə narkotik vasitə 0,191 qram qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-297/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-297/2022
06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver