Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-297/2024 18.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, "xxxx" MMC Poladəritmə zavodunda tökücü işləyən, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonunda yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra, icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmişdir. Borclu Şəxs icra sənədi üzrə 2024-cü ilin fevral-mart ayları ərzində, hissə-hissə olmaqla, müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Həmçinin, borclunun əmlak və gəlirlərinin axtarışları nəticəsində, onun "xxxx" MMC-də tökücü işlədiyi və aylıq gəlirinin 650 manat təşkil etdiyi müəyyən edilmişdir. Bununla əlaqədar, borclunun əmək haqqısından hər ay 70 faizinin tutulması məqsədi ilə, icra sənədi icra olunması üçün həmin şirkətə göndərilmişdir. Şəxs xx.xx.2024-cü il tarixə aliment borcu üzrə 1820 manat borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, övladları X5 və X1 üçün, ondan hər ay cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin, alimentin hesablanması xx.xx.2023-cü il tarixdən başladığından, müəyyən məbləğdə borcu yaranmışdır. O, borcu ödəməkdən imtina etməmiş və icra məmurunun bildirişini aldıqdan sonra, 2024-cü ilin fevral ayından başlayaraq, hal-hazıradək aliment borcunun əksər hissəsini ödəmişdir. Eyni zamanda, iş üzrə tələbkar Zərərçəkmiş şəxs ilə aralarında əldə olunmuş razılığa əsasən, o, hər ay tələbkara 600 manat ödəməklə, aylıq aliment məbləğini və yaranmış borcunu icra etməyi öhdəsinə götürmüşdür. Belə ki, işlədiyi "xxxx" MMC-dən əmək haqqı olaraq aldığı məbləğin 70 faizi tutulmaqla və əlavə olaraq nağd şəkildə ödəniş etməklə, hər ay razılaşdırılmış 600 manat məbləği ödəməlidir. xx.xx.2024-cü il tarixdə artıq əmək haqqısından 407,93 manat pul tələbkarın hesabına köçürülmüşdür. Lakin, tələbkar Zərərçəkmiş şəxs hazırda aralarında başqa bir məhkəmə mübahisəsinin olmasından qəzəblənərək, qalıq aliment borcunun birdəfəyə ödənilməsini tələb edir. Qalan borcu birdəfəyə hazırda ödəməyə imkanı yoxdur. Bununla belə, icra sənədini icra etməkdən imtina etmir və qısa zamanda borcunu tam şəkildə ödəməyi öhdəsinə götürür. Odur ki, məhkəmədən qərar qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, övladları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün, Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq, ona ödənilməlidir. İcra vərəqəsinə əsasən, ona hər ay 600 manat ödəməklə, aylıq aliment məbləğini və yaranmış borcunu icra edilməsi barədə borclu Şəxs ilə aralarında şifahi razılaşma olsa da, o, hazırda yaranmış 1820 manat borcunun tam şəkildə birdəfəyə ödənilməsini tələb edir. Əks təqdirdə, borclu Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3979/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3979/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, müxtəlif vaxtlarda, toplam 1853 manat məbləğində pul tələbkar Zərərçəkmiş şəxs bank hesabına köçürülmüşdür. Həmçinin, iş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, borclu Şəxs əmək haqqından hər ay 70 faizinin tutularaq, Zərərçəkmiş şəxs bank hesabına köçürülməsi üçün, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3979/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin surəti “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.1-ci maddəsinə əsasən, icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3979/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı, borclu Şəxs iş yeri olan "xxxx" MMC-dən 407,93 manat məbləğində vəsait tələbkar Zərərçəkmiş şəxs bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün, inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi, subyektiv tərəfinin elementi kimi, şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-297/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-297/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver