Məhkəmə qərarları › İş №3(074)-298/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-298/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-298/2022 15.12.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Səlahiyyətli orqan Şamaxı rayonu Yol Patrul xidməti baş inspektoru X1, Şikayət vermiş şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayonu Yol Patrul xidməti baş inspektoru X1 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayonu Yol Patrul xidməti baş inspektoru X1 xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Polis Şöbəsinin DYP Bölməsi xx.xx.2022ci il tarixdə TR ******* saylı qərarla barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 338.5.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətaya görə 40 manat məbləğində cərimə olunmağı barədə qərar qəbul etmişdir. O, bu qərarla razı deyil. Belə ki, o, A.Məmmədağa küçəsi ev 14-də yaşayır. Həmin küçə aşağı tərəfdən S.Ə.Şirvani küçəsinə çıxır. Həyətində 10-12 baş qazı var. İki ədəd cinc erkək qazı da Ağsudan almışdır, birini 40 manata. xx.xx.2022-ci il tarixdə qazlar uçaraq küçəyə çıxmış, həmin anda yoldan keçən bir xarici maşın qazların həmin iki baş erkəklərini vurub, sonra da kəsib aparmışdır. İş polis şöbəsində Vahid Zərbalıyevdə olmuş, xeyli get gəldən sonra ona protokol yazıb ki, niyə qaz yola çıxıb. Bu qərəzli cərimədir. Düz də yazılmayıb. Hadisə 30 avqustda olub, o 30 sentyabr tarixinə yazıb. Protokoldan 2 ay keçəndən sonra da ona cərimə qərarı yazıb. Bunlar tamamilə qanunsuzdur, ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən X5 şikayətə uyğun izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şamaxı rayonu Yol Patrul xidməti baş inspektoru X3 izahat verərək bildirdi ki, vətəndaş X5 hadisə ilə bağlı 102 xidmətinə müraciət etmişdir. Sonra tərəfindən X4 xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar olaraq, yəni qazı sahibsiz yola buraxdığı üçün etdiyi qayda pozuntusu izah olunmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbində inzibati protokol tərtib edilmişdir. Eyni zamanda qeyd edir ki, vətəndaşın təqdim etdiyi avtomobil nömrəsi qeyri bir şəxsə aiddir və qazın mal-qara sayılıb-sayılması barədə baytarlıqdan araşdırılmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 xx.xx.2022-ci ildə saat 14:00 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində mal-qaranın yolda nəzarətsiz qoyulması nəticəsində inzibati xəta tələbini pozmuşdur. Bunun əsasında X5 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında İXP ******* saylı protokol əsas götürülərək X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanə törətdiyi üçün 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda işin müəyyən edilmiş halları göstərilməmiş, X2 barəsində həmin qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokol və digər sənədlər səlahiyyətli orqan tərəfin məhkəməyə təqdim edilməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda həmin qərarın xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında İXP ******* saylı protokol əsasında qəbul edildiyi göstərilsə də həmin inzibati xəta haqqında protokol məhkəməyə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə inzibati məsuliyyət müəyyən etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə dair, Azərbaycan Respublikasının İXM-nin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayonu Yol Patrul xidməti baş inspektoru X1 xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayonu YPX-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayonu YPX-nin X2 barəsində olan xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayonu YPX-yə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar